Bizə yazın

Baku

-°C

USD

-

MN-in Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisinin məhkəməsi başlayıb 

Cəmiyyət 16 Aprel 2026, 12:49

1248

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Citypost.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib. Daha sonra təqsirləndirilən şəxsin vəkili Sabir Abdinov vəsatət verib. Bildirib ki, müvəkilinin 4500 manat rüşvət almaqda ittiham olunduğu hissə ittiham aktından xaric olunmalıldır. Çünki Rasim Həsənov həmin vaxt nə Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi, nə də komissiyanın üzvü olub. O, həmçinin müvəkkilinin himayəsində azyaşlı övladının olduğunu, səhhətində problem olmasını əsas gətirərək onun ev dustaqlığına buraxılmasını xahiş edib.

Dövlət ittihamçısı ev dustaqlığı vəsatətinin təmin edilməməsini, digər vəsatətin isə məhkəmənin baxış iclasında baxılmalı olduğunu bildirib.

Məhkəmə ev dustaqlığı vəsatətinin təmin edilməməsi, digər vəsatətin baxılmamış saxlanılması, işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası aprelin 23-nə təyin olunub.

Məlumata görə, Həsənov Rasim Əlövsət oğlunun Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (APA)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah 25 dərəcə isti olacaq 

Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı...

22 Aprel 2026, 12:39

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan və Latviya prezidentləri İlham Əliyev və Edqars Rinkeviçs arasında geniş tərkibdə görüş keçirilib."Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

22 Aprel 2026, 12:35

Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları proqnozu cüzi üstələyib

Bu ilin I rübündə Azərbaycanda neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmalar ümumi daxilolmaların 42,3 %-ni təşkil etməklə 4 milyard 64,9 milyon manat olub ki, bu da proqnozla müqayisədə 12,4 milyon manat və yaxud 0,3 % çoxdur.CityPost.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, yanvar-mart aylarında büdcə gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21 %-ni və yaxud 854,9 milyon manatı vergi daxilolmaları, 79 %-ni və yaxud 3 milyard 210 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edib.Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 48,8 %-i və yaxud 417,4 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər...

22 Aprel 2026, 12:31

Cəbrayılda “Şəfəq” layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb 

Cəbrayıl rayonunda yerləşən “Şəfəq” günəş layihəsi sahəsində günəş panellərinin quraşdırılmasına başlanılıb.BP-dən Citypost.az-a verilən məlumata görə, ilk günəş panelinin bu ayın əvvəlində quraşdırılması ilə layihə üzrə tikinti işləri plana uyğun irəliləməkdə davam edir.Məlumata görə, “Şəfəq” günəş enerjisi layihəsinin tikinti işləri ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib. Fotovoltaik modullar, payalar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb. Payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə də ciddi irəliləyiş əldə olunub və bu avadanlıqların təxminən 30%-i artıq quraşdırılıb.Tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Cəbrayılda inşa edilən bu 240 MVt gücündə stansiyanın ildə təxminən...

22 Aprel 2026, 12:25

YAP MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edib 

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün namizədlərinin siyahısını Milli Məclisə təqdim edib.Citypost.az xəbər verir ki, bununla bağlı YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun təqdimatına əsasən, Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Milli Məclisə təqdimat verilməsi barədə qərar qəbul edilib....

22 Aprel 2026, 12:05

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək 

Azərbaycanda aprelin 26-da 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.Bu barədə Citypost.az Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.Bildirilib ki, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.İmtahan keçirilən şəhər və rayonlarda...

22 Aprel 2026, 11:30