Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 16 Aprel 2026, 13:27
428
Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb.
Citypost.az xəbər verir ki, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank kartından 400 manatın oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, zərərçəkənə zəng edərək özünü bank əməkdaşı kimi təqdim edib. Daha sonra kartda texniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olan pul vəsaitini oğurlayıb.
Həmçinin oxuyun
Araşdırmalar davam etdirilir. (APA)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub
Aprelin 16-da elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində olub.Bu barədə Citypost.az Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, əvvəlcə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra sözügedən təhsil müəssisəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib."Nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarında keçirilən dərs prosesini izləyib, müəllim və şagirdlərlə görüşüb. Görüş zamanı tədrisin keyfiyyəti, təhsil mühitinin təşkili və şagirdlərin bilik və bacarıqlarının inkişafı məsələləri müzakirə olunub.Sonra nazir peşə təmayüllü...
16 Aprel 2026, 15:03
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib.Citypost.az xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.
16 Aprel 2026, 14:52
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilir
Bu gün Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.APA xəbər verir ki, iclasda Hökümətlərarası Dövlət Komissiyasının həmsədrləri – Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sədirliyi ilə Rusiya və Azərbaycan arasında praktiki qarşılıqlı fəaliyyətin bütün aktual məsələlər kompleksi müzakirə edilir.Müzakirələrdə ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar-sənaye əməkdaşlığının möhkəmləndirilməsi əsas diqqət mərkəzindədir....
16 Aprel 2026, 14:37
Mağazadan 2900 manatlıq telefon oğurlanıb
Paytaxtın Yasamal rayonunda elektronika mağazalarının birindən 2900 manat dəyərində mobil telefon oğurlanıb.Bu barədə Citypost.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı O.Burciyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, satıcının başının qarışıq olmasından istifadə edərək əməli törədib. Saxlanılan şəxsin Nəsimi rayonu ərazisindəki mağazadan da 750 manat dəyərində qızıl-zinət əşyası talaması məlum olub.Araşdırmalar davam etdirilir....
16 Aprel 2026, 14:36
Ukraynada azərbaycanlı hərbçi itkin düşüb
Rusiya ordusunun tərkibində döyüşən azərbaycanlı hərbçi Zaur Əjdər oğlu Hacıəliyev Ukraynada itkin düşüb.Modern.az xəbər verir ki, bu barədə onun qohumu sosial şəbəkə hesabında videomüraciət paylaşıb.“Qohumum Hacıəliyev Zaur Əjdər oğlunu axtarıram.O, 1977-ci ilin 16 dekabrında Xaçmaz rayonunda anadan olub. Zaur müharibəyə qədər Rusiyanın Krasnadar şəhərində yaşayıb. Rusiya ordusunun tərkibində Kursk və Luqansk ərazilərində döyüşlərdə iştirak edən Zaur 2024-cü ildə itkin düşüb. Sonuncu dəfə onunla həmən ilin avqustunda dostu əlaqə saxlayıb. Bundan sonra onunla heç bir əlaqə qura bilməmişik”.Videomüraciəti təqdim edirik:...
16 Aprel 2026, 14:22
Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb
2026-cı ilin I rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub.Bu barədə Citypost.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.Müraciətçilərin 1050-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 255 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb."Mənfi qərarla yekunlaşan müraciətlərə nəzər saldıqda, 110 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 50 əhəmiyyətli fərq (kredit sayı), 28 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq, 14 təhsilalma forması, 10 autentik (həqiqi) olmayan diplom , 10 ekvivalenti olmayan ixtisas, 9 qəbula...
16 Aprel 2026, 14:14