ADY şagirdlərə təhlükəsiz hərəkət mövzusunda təlim keçib
Cəmiyyət 20 Aprel 2026, 17:13
452
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmir yolu ətrafında yerləşən məktəblərdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, eləcə də Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilən növbəti görüş Xırdalan şəhər 3 saylı məktəb-liseydə baş tutub.
120-dən çox şagird və müəllimin qatıldığı tədbirdə uşaqlara dəmir yolu xətləri ətrafında təhlükəsiz davranış qaydaları sadə və anlaşılan dildə izah olunub. Qatarların yüksək sürəti, məsafə və reaksiya vaxtı kimi vacib məqamlar xüsusi vurğulanıb, real risklər üzərindən nümunələr təqdim edilib.
Qeyd edilib ki, görüşdə qatarların hərəkətinə risk yaradan hallara xüsusi diqqət ayrılıb. Qatarlara daş atılması, dəmir yolu üzərinə kənar əşyaların qoyulması kimi davranışların həm sərnişinlər, həm də bu hərəkətləri edən şəxslər üçün ciddi təhlükə yaratdığı konkret nümunələrlə izah olunub, mövzu üzrə videoçarxlar nümayiş etdirilib.
Həmçinin oxuyun
Eyni zamanda vurğulanıb ki, şagirdlərin hər biri bu gün öyrəndikləri təhlükəsizlik mesajlarının yayılmasında aktiv rol oynayan kiçik səfirlər ola bilərlər.
İnteraktiv formatda keçən görüşdə məktəblilərin sualları cavablandırılıb. Bildirilib ki, ADY piyadaların və nəqliyyat vasitələrinin təhlükəsizliyini artırmaq məqsədilə müasir yolötürücülərin, yerüstü və yeraltı keçidlərin inşasını davam etdirir, əraziləri müasir xəbərdaredici siqnalizasiya sistemləri ilə təchiz edir.
"ADY üçün təhlükəsizlik əsas dəyərlərdən və prioritet məsələlərdəndir. Bu istiqamətdə həm əyani təlimlər, həm də sosial media vasitəsilə maarifləndirmə tədbirləri davamlı şəkildə həyata keçirilir. Məqsəd dəmir yolu ətrafında yaşayan və gündəlik olaraq bu infrastrukturdan istifadə edən hər kəs üçün daha təhlükəsiz mühit formalaşdırmaqdır", - məlumatda qeyd edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan nar ixracını 19 % azaldıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan 3 min 886 ton nar ixrac edib."Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 392 min ABŞ dolları olub.Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 908 ton (19 %), dəyər baxımından isə 726 min dollar (17,6 %) azdır.Hesabat dövründə nar ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində cüzi paya malik olub.Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ...
20 Aprel 2026, 17:42
İdxal edilən toyuq məhsullarında uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Ladess Group” MMC-nin Ukraynadan idxal etdiyi “Lutsk Agricultural Company LLC” şirkətinin istehsalı olan 4,9 ton dondurulmuş toyuq məhsulundan (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) nümunələr götürülüb.AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, laborator müayinələr nəticəsində məhsulda “salmonella” aşkarlanıb.Bildirilib ki, aşkarlanan uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb....
20 Aprel 2026, 17:38
BMU-da Çin universiteti ilə birgə fakültə açılıb
Bakı Mühəndislik Universitetində (BMU) Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə yaradılan PKTU-BMU Mühəndislik fakültəsinin rəsmi açılış mərasimi keçirilib.BMU-dan Citypost.az-a bildirilib ki, hər iki universitetin rektoru və akademik heyətinin iştirak etdiyi mərasimdə öncə BMU ilə PKTU arasında fakültənin fəaliyyətini tənzimləyəcək müqavilə imzalanıb, gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, bu əlamətdar hadisə təkcə ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni mərhələsi deyil, eyni zamanda, Azərbaycan ilə Çinin mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təhsil sahəsində daha da möhkəmləndirilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin ötən il imzaladıqları Birgə...
20 Aprel 2026, 17:27
Naxçıvanda III "Qərbi Azərbaycana Qayıdış" festival-konqresi keçiriləcək
Naxçıvanda iyunun 18-19-da III "Qərbi Azərbaycana Qayıdış" festival-konqres keçiriləcək."Report" xəbər verir ki, ilk tədbiri Naxçıvan şəhərində, ikinci tədbiri isə Batabat yaylağı ərazisində baş tutan layihənin növbəti dayanacağı Ordubad şəhəri olacaq.Konqres çərçivəsində alimlər, tədqiqatçılar və ictimai xadimlər Qərbi Azərbaycan həqiqətləri, tarixi irs və qayıdış perspektivləri ilə bağlı məruzələrlə çıxış edəcəklər. Proqramda panel müzakirələr və elmi təqdimatlar əsas yer tutur.Festival hissəsində isə milli-mədəni dəyərləri əks etdirən təqdimatlar, incəsənət nümunələri nümayiş olunacaq və ictimai həmrəyliyə təşviq edən tədbirlər keçiriləcək.Qeyd edək ki, "Qərbi Azərbaycana Qayıdış" Festival və Konqresi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət...
20 Aprel 2026, 17:21
ABŞ səfirliyi vətəndaşlarını İraqı tərk etməyə çağırıb
ABŞ-ın Bağdaddakı səfirliyi İraqa səfərlə bağlı xəbərdarlığını yeniləyib.APA xəbər verir ki, səfirlik ABŞ vətəndaşlarını İraqa səfər etməməyə və orada olan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.Eyni zamanda, səfirlik İranla əlaqəli silahlı qrupların ABŞ vətəndaşlarına və Vaşinqtonun maraqlarına qarşı yeni hücumlar planlaşdırdığını bəyan edib.“İraq hökuməti ilə əlaqəli bəzi elementlər terrorçu qruplara siyasi, maliyyə və əməliyyat baxımından fəal şəkildə dəstək verməyə davam edir”, - səfirliyin məlumatında deyilir....
20 Aprel 2026, 17:03
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "güclü külək" işarəsi aktivləşdirilib: "Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".
20 Aprel 2026, 16:30