"Baku Steel Company" Almaniyada Tube 2026 sərgisində iştirak edib
Cəmiyyət 20 Aprel 2026, 14:33
439
13–17 aprel 2026-cı il tarixlərində Almaniyanın Düsseldorf şəhərində boru sənayesinin aparıcı beynəlxalq tədbirlərindən biri olan Tube 2026 sərgisi keçirilib. Azərbaycanı sərgidə yeganə milli iştirakçı qismində “Baku Steel Company” QSC (bundan sonra – BSC) təmsil edib.
Citypost.az “Baku Steel Company” QSC-ə istinadən xəbər verir ki,sərgi çərçivəsində şirkətin nümayəndə heyəti Avropa İttifaqı, ABŞ, Mərkəzi Asiya və Yaxın Şərq regionlarından olan mövcud və potensial müştərilərlə bir sıra işgüzar görüşlər keçirib. Danışıqların nəticəsi olaraq tərəfdaşların BSC-nin istehsalat sahələrinə səfərləri, eləcə də xarici regionlarda sifarişçilərin obyektlərinə texniki səfərlərin təşkili razılaşdırılıb. Keçirilən görüşlər şirkətin ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq işgüzar əlaqələrinin yeni müstəviyə çıxarılması baxımından əhəmiyyətli olub.
Bundan əlavə, aparıcı avadanlıq istehsalçıları ilə keçirilən görüşlərdə perspektivli birgə layihələr, uzunmüddətli təchizat imkanları və texnoloji əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Tədbirin önəmli nəticələrindən biri də BSC-nin Beynəlxalq Boru Assosiasiyasına (International Tube Association – ITA) üzvlük üçün rəsmi dəvət alması olub. Bu, şirkətin beynəlxalq bazarlardakı fəallığının, artan sənaye nüfuzunun və qlobal standartlara uyğun fəaliyyətinin göstəricisidir.
Həmçinin oxuyun
Tube sərgisi 1988-ci ildən etibarən iki ildən bir keçirilir. 2026-cı il sərgisində 40-dan çox ölkədən 1100-dən artıq şirkət iştirak edərək boru sənayesi üçün geniş çeşiddə həllər nümayiş etdirib.
Xatırladaq ki, BSC 2024-cü ildə API (American Petroleum Institute) sertifikatını əldə edərək, bu beynəlxalq standart çərçivəsində istehsal olunan boru məhsullarının ABŞ və Avropa İttifaqı bazarlarına ixracına başlayıb. Bu sertifikat şirkətin məhsullarının neft-qaz sənayesinin yüksək keyfiyyət və texniki tələblərinə uyğunluğunu təsdiq edir və beynəlxalq bazarlardakı rəqabət qabiliyyətini daha da gücləndirir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "güclü külək" işarəsi aktivləşdirilib: "Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".
20 Aprel 2026, 16:30
Süni intellekti özünə vəkil tutdu - qalib gəldi
Almaniya vətəndaşı vəkil əvəzinə ChatGPT istifadə edərək məhkəmədə qalib gəlib.Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, bu ölkə tarixində ilk belə hadisədir.Leypsiq sakini David Hinz müavinət alır, eyni zamanda iş axtarırdı. Vəzifə tapıldıqdan sonra, gözləniləndən bir həftə əvvəl işə başlayır, Amma müavinətlərin işlədiyi həmin 7 gün ərzində ödənilir. Bunu aşkar etdikdən sonra o dərhal müvafiq orqanlarla əlaqə saxlayır.Ona ödənilən əlavə 242.34 avro müavinət səbəbindən Federal Məşğulluq Agentliyi Hinzi fırıldaqçılıqda ittiham edir. Lakin Hinz ChatGPT ilə hüquqlarını qorumaq qərarına gəldi.Hinzin məhkəməsi 2025-ci ilin mart ayına təyin edilmişdi. Süni intellekt köməyi ilə o 18 səhifəlik ərizə yaza bilir. Ərizə 2025-ci ilin oktyabr...
20 Aprel 2026, 16:07
Azərbaycanda bərk məişət tullantılarının qurudulması üzrə 2 mərkəz yaradıla bilər
Azərbaycan Hökuməti hazırda Abşeronda bərk məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi üzrə layihənin həyata keçirilməsini nəzərdən keçirir."Report" mənbəyə istinadən xəbər verir ki, layihənin təşəbbüskarı "Holcim Azerbaijan" ASC-dir.Konsepsiya Sumqayıtda və Bakının Qaradağ rayonunda tullantıların qurudulmasının təşkilini nəzərdə tutur. Emal nəticəsində əldə olunan yanacaq sement zavodunda alternativ enerji mənbəyi kimi istifadə ediləcək.Layihə üzre teqribən 30.8 milyon manat dövlət investisiyası hesabina Bakının Qaradağ rayonunda ve Sumqayıt șəhərində iki tullantı qurutma mərkəzinin yaradılması (27,6 milyon manat) və istehsal olunacaq alternativ yanacağın "Holcim" Sement Zavoduna daşınması ücün maşın və texnikaların alınması (3,2 milyon manat) nəzərdə tutulur.Birinci mərhələdə ildə 200 min ton bərk məişət tullantısının (hər...
20 Aprel 2026, 15:01
Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 10 may tarixində Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.Bu barədə Cityopost.az-a "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.Məlumata görə, həmin gün qatarlar bu marşrutla hər iki istiqamətdə hərəkət edəcək.
20 Aprel 2026, 14:51
WUF13: 174 ölkədən 20 min nəfər qeydiyyatdan keçib
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) tədbirində iştirak etmək üçün 20 min nəfər qeydiyyatdan keçib.APA WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, ümumilikdə 174 ölkədən 20 min nəfər qeydiyyatdan keçib.Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.
20 Aprel 2026, 14:38
AzTV-də bəzi şöbələr birləşdirilir
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də bəzi şöbələrin birləşdirilməsi ilə bağlı struktur dəyişiklikləri həyata keçirilir.Citypost.az məlumat verir ki, əsas məqsəd daha kompakt və effektiv idarəetmə sisteminin formalaşdırılmasıdır.Məsələ ilə bağlı qurumdan bildirilib ki, həm administrativ, həm də yaradıcılıq istiqamətlərində format dəyişikliyi aparılır.Qeyd olunub ki, aparılan islahatlar çərçivəsində bəzi şöbələr digər şöbələrlə birləşdirilir və daha güclü kadr potensialının formalaşdırılmasına üstünlük verilir.Bildirilib ki, müasir dövrün tələbləri 10-20 il əvvəlkindən ciddi şəkildə fərqlənir.Qurumdan əlavə olunub ki, ictimaiyyətin maarifləndirilməsi, məlumatlandırılması, mədəni təfəkkürün inkişafı və idmanın faydalarının təbliği kimi əsas istiqamətlər daha da inkişaf etdiriləcək.“Bu dəyişikliklər nəticəsində izləyicilərə daha maraqlı və keyfiyyətli kontent təqdim olunacaq”, –...
20 Aprel 2026, 14:09