Sabah Bakıda yağış yağacaq
Cəmiyyət 20 Aprel 2026, 12:42
842
Sabah Azərbaycanda hava necə olacaq?
Aprelin 21-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Həmçinin oxuyun
Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları proqnozu cüzi üstələyib
Bu ilin I rübündə Azərbaycanda neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmalar ümumi daxilolmaların 42,3 %-ni təşkil etməklə 4 milyard 64,9 milyon manat olub ki, bu da proqnozla müqayisədə 12,4 milyon manat və yaxud 0,3 % çoxdur.CityPost.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, yanvar-mart aylarında büdcə gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21 %-ni və yaxud 854,9 milyon manatı vergi daxilolmaları, 79 %-ni və yaxud 3 milyard 210 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edib.Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 48,8 %-i və yaxud 417,4 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər...
22 Aprel 2026, 12:31
Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Azərbaycanda aprelin 26-da 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.Bu barədə Citypost.az Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.Bildirilib ki, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.İmtahan keçirilən şəhər və rayonlarda...
22 Aprel 2026, 11:30
Əli Əsədov Qazaxıstana səfər edib
Baş naziri Əli Əsədov Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfər edib.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Ə.Əsədovu Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Roman Sklyar və digər rəsmi şəxslər qarşılayıblar.
22 Aprel 2026, 10:35
Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.Citypost.az xəbər verir ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub....
22 Aprel 2026, 10:03
Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçiriləcək
Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, mayın 7-də saat 10:00-da Azərbaycan Vəkillər Kollegiyası və Naxçıvan Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulur.Bu barədə Citypost.az-a Kollegiyadan məlumat verilib.Bildirilib ki, imtahanda iştirak etmək niyyətində olan namizədlər tərəfindən sənəd qəbulunun 27.04.2026-cı il tarixədək davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin elektron qaydada müraciəti təsdiq edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər aprelin 27-ə qədər "Şəxsi kabinet" vasitəsilə ödənişi həyata keçirməlidirlər. Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə bilməyəcəklər.Qeyd olunmalıdır ki, keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər buraxılış...
22 Aprel 2026, 10:00
Azərbaycan neftinin qiyməti 111 dollara yaxınlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,38 ABŞ dolları və ya 0,34% artaraq 110,89 ABŞ dolları olub.ƏtraflıQeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 110,51 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
22 Aprel 2026, 09:38