Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq
Sənət aləmi 20 Aprel 2026, 14:17
493
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərcləri dövlət tərəfindən qarşılanacaq.
Bunu "Report"a açıqlamasında Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov deyib.
Onun sözlərinə görə, abidənin sifarişi ilə bağlı məsələlər ailəsi və aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir.
Həmçinin oxuyun
Qeyd edək ki, R.Balayev martın 29-da İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gündüz Abbasovun “Dəli Kür” filmi ilə bağlı sınaq fotosu paylaşılıb
Mərhum aktyor Gündüz Abbasovun nəvəsi Rüzgar Mövsüm babasının “Dəli Kür” filmində Cahandar ağa rolu üçün çəkilmiş sınaq fotosu sosial şəbəkə hesabında paylaşıbCitypost.az xəbər verir ki, Paylaşımda qeyd olunur ki, 1968–1969-cu illərdə aparılan seçimlər zamanı aktyor filmin yaradıcı heyəti ilə razılığa gələ bilmədiyi üçün rola daha sonra mərhum xalq artisti Ələddin Abbasov seçilib.Mərhum aktyorun nəvəsi bildirib ki, şəxsi fikrinə görə, bu seçim daha uğurlu olub və Gündüz Abbasov daha çox romantik qəhrəman tipajlarının mahir ifaçısı kimi yadda qalıb. O, həmçinin vurğulayıb ki, “Dəli Kür” romanını oxuyub, filmin ekranlaşdırılmasını izləyən biri kimi, babasının Cahandar ağa obrazından fərqli xarakterlərin ifasında daha uyğun olduğunu...
20 Aprel 2026, 10:58
Xalq artisti Ramiz Həsənoğlu Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
Teatr, kino və televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Mədəniyyət naziri Adil Kərimli yubilyar rejissora Mədəniyyət Nazirliyinin "Fəxri diplom"unu təqdim edib.Bildirib ki, Xalq artisti uzunillik səmərəli fəaliyyəti ilə mədəniyyətin inkişafına mühüm töhfələr verib, onun lentə aldığı sənədli filmlər isə Azərbaycan xalqının tarixi-mədəni yaddaşının zənginləşməsinə xidmət edir.Görüşdə iştirak edən Xalq artistləri - Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, aktyorlar İlham Namiq Kamal, Məbud Məhərrəmov, Əməkdar incəsənət xadimləri -Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və kinoşünas Ayaz Salayev Ramiz Həsənoğlunun sənət yolundan söz açıblar....
14 Aprel 2026, 16:57
Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub
Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub."Report" xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçirilib.Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və baletmeysterin sənət dostları iştirak ediblər.Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər.Vida mərasiminin ardınca cənazə İkinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.Qeyd edək ki, M.Məmmədov aprelin 13-ü, 97 yaşında vəfat edib....
14 Aprel 2026, 14:15
Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İğdır şəhərində yaradılan “Bir millət- iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrının səhnələşdirdiyi ilk əsər böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası əsasında hazırlanan "Müsyö Jordan və Dərviş Məstəli Şah" tamaşası olacaq.AZƏRTAC xəbər verir ki, aprelin 15-17-də İğdır, Qars və Ardahan şəhərlərində tamaşanın ilk premyerası keçiriləcək.Layihəyə İğdır Valiliyi, Azərbaycanın Qars şəhərindəki Baş konsulluğu müvafiq dəstək göstərir.İğdır Mədəniyyət Mərkəzində, Qars Qafqaz Universitetinin Mirzə Fətəli Axundzadə zalında və Ardahan Universitetində səhnələşdiriləcək əsərin quruluşçu rejissoru Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidovdur. Əsəri Türkiyə...
14 Aprel 2026, 14:08
Aktrisa Rubi Rouz Keti Perrini cinsi istismarda ittiham edib
Ruby Rose pop ulduzu Katy Perryni təxminən 20 il əvvəl baş vermiş cinsi təcavüzdə ittiham edib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rouz bu iddianı 12 apreldə “Threads” sosial şəbəkəsində Keti Perri ilə bağlı müzakirələrə cavab olaraq bir sıra paylaşımlarda irəli sürüb. O bildirib ki, hadisə Melburndakı “Spice Market” gecə klubunda, onun 20 yaşlarının əvvəllərində baş verib.Aktrisa paylaşımında “Keti Perri Melburndakı Spice Market-də mənə cinsi təcavüz etdi. Onun nə düşündüyünə kim əhəmiyyət verir ki?” sözlərini yazıb.Daha sonra o, illər sonra bu barədə danışa bildiyini və bunun onun üçün çətin, eyni zamanda vacib bir addım olduğunu qeyd edib. Rouz bildirib ki,...
14 Aprel 2026, 11:00
Lauren Sançes: Daha bir uşaq sahibi olmağa hazıram
Lauren Sánchez milyarder həyat yoldaşı Jeff Bezos ilə bağlı ailə planları barədə açıqlama verib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “The New York Times” qəzetinə verdiyi müsahibədə analıq və ailə həyatı haqqında danışaraq daha bir uşaq sahibi olmağa hazır olduğunu bildirib.“Sabah daha birini yaşayacağam”, – deyə L.Sançes qeyd edərək ailəsini genişləndirməyə açıq olduğunu vurğulayıb. O, müsahibə zamanı digər insanları da bu barədə düşünməyə təşviq edib.Lakin cütlüyün nümayəndələri daha sonra açıqlama verərək Sançesin hazırda hamilə olmadığını təsdiqləyiblər.Qeyd edilib ki, Lauren Sánchez-in əvvəlki münasibətlərindən üç övladı var, Jeff Bezos-un isə əvvəlki evliliyindən dörd övladı mövcuddur.Cütlüyün 2025-ci ilin yayında Venesiyada dəbdəbəli toy mərasimi...
13 Aprel 2026, 10:45