Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Cəmiyyət 20 Aprel 2026, 13:43
943
Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb.
Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın ilkin mərhələsində şəxsi heyətin müvafiq qeydiyyat işləri aparılıb. Həkim müayinəsidən keçmiş hərbi vəzifəlilərə hərbi geyim və digər zəruri təminat vasitələri verilib.
Həmçinin oxuyun
Ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə təlim toplanışı müddətində Azərbaycan Ordusunun arsenalında olan silah və hərbi texnikalardan istifadə qaydaları, müasir dövrün tələblərinə uyğun döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək, həmçinin real döyüş şəraitinə uyğun taktiki hazırlıq məşğələləri və digər təlimlər keçiriləcək.
Aprelin 28-nə qədər keçiriləcək təlim toplanışının əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah 25 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı...
22 Aprel 2026, 12:39
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Azərbaycan və Latviya prezidentləri İlham Əliyev və Edqars Rinkeviçs arasında geniş tərkibdə görüş keçirilib."Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
22 Aprel 2026, 12:35
Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları proqnozu cüzi üstələyib
Bu ilin I rübündə Azərbaycanda neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmalar ümumi daxilolmaların 42,3 %-ni təşkil etməklə 4 milyard 64,9 milyon manat olub ki, bu da proqnozla müqayisədə 12,4 milyon manat və yaxud 0,3 % çoxdur.CityPost.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, yanvar-mart aylarında büdcə gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21 %-ni və yaxud 854,9 milyon manatı vergi daxilolmaları, 79 %-ni və yaxud 3 milyard 210 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edib.Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 48,8 %-i və yaxud 417,4 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər...
22 Aprel 2026, 12:31
YAP MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edib
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün namizədlərinin siyahısını Milli Məclisə təqdim edib.Citypost.az xəbər verir ki, bununla bağlı YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun təqdimatına əsasən, Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Milli Məclisə təqdimat verilməsi barədə qərar qəbul edilib....
22 Aprel 2026, 12:05
Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Azərbaycanda aprelin 26-da 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.Bu barədə Citypost.az Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.Bildirilib ki, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.İmtahan keçirilən şəhər və rayonlarda...
22 Aprel 2026, 11:30
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub.Citypost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşılayıb.Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçib.Dövlət başçıları rəsmi foto çəkdiriblər....
22 Aprel 2026, 11:14