Bizə yazın

Baku

-°C

USD

-

Bakının bu küçələrində təmir aparılacaq, yol bağlanacaq

Cəmiyyət 24 Aprel 2026, 11:07

348

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həftəsonu paytaxtın 3 ünvanında təmir işləri aparılacaq.

Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.

Məlumata görə, təmir işləri Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası), Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası) və Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində) ünvanlarında aparılacaq.

Təmir işlərinə 24 aprel 2026-cı il saat 23:00-da başlanılacaq və 26 aprel 2026-cı il saat 07:00-dək yekunlaşdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq.

Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.

“Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.”-məlumatda bildirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib 

23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.XİN-dən  verilən xəbərə görə, Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi."Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbuledilməzdir.Ermənistanda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır.Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq", - XİN-in məlumatında deyilir....

24 Aprel 2026, 12:48

15 hektar ərazi Ələt azad iqtisadi zonasına verildi - Ölkə başçısından SƏRƏNCAM

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Sərəncama əsaəsn, “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 1453,09 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilib.2....

24 Aprel 2026, 12:10

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək 

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

24 Aprel 2026, 12:07

Etibar Əliyev: Kitab mədəniyyəti zəifləyir, oxu vərdişi geriləyir

Dünən "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" nü "təmtaraqla" qeyd etdik. Yenə də kitabla heç bir əlaqəsi olmayan adamları tədbirlərə dəvət etdilər. Bəlağətli çıxışlar oldu, kitab "vəsf" olundu.Müşahidələrim:-Ölkədə yalnız detektiv janrda yazılmış kitablar təbliğ olunur. Bu işin başında ağır narsisizm xəstəliyinə düçar olmuş Çingiz Abdullayev və Elxan Elatlı durur; -Elmi -populyar ədəbiyyatların təşviqi çox aşağı səviyyədədir. Kitab mağazalarında bu istiqamətdə yazılmış ədəbiyyatlara toxunan belə yoxdur; -30 ildən çoxdur ki, mütəmadi olaraq kitab mağazalarına və Bukinistlərə baş çəkirəm. Heç kim inciməsin. Bu müddət ərzində mən belə məkanlarda alim, yazıçı, şairlə rastlaşmamışam; -Uşaqlar üçün yazılan şeirlər, hekayələr onların təfəkkürünü zənginləşdirmir. Zahid Xəlil kimi urvatsız bir...

24 Aprel 2026, 10:52

ADA Universitetində 14-cü Karyera Sərgisi açılıb 

ADA Universitetində 14-cü Karyera Sərgisinin açılışı keçirilib."Report" xəbər verir ki, mərasimdə ADA Universitetinin Qəbul və Tələbə Xidmətləri üzrə prorektoru Günay Ziyadova çıxış edərək sərginin əhəmiyyəti və karyera yüksəlişi baxımından potensialından bəhs edib.ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, ABB Bankın İnsan Resurslarının İdarəolunması Departamentinin direktoru Məlahət Abdullayeva və "Bahar Energy Operating Company"nin İnsan Resursları direktoru Orxan Əliyev də çıxışları zamanı sərgi və onun gənclər üçün karyera yüksəlişi məsələsinə diqqət çəkiblər.Universitetin Karyera xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında qeyd edib ki, karyera sərgisinin məqsədi tələbə və məzunları birbaşa top şirkətlərlə əlaqələndirməkdir: "Karyera sərgisində bu gün 150 şirkət iştirak edir və onlardan...

24 Aprel 2026, 10:45

Kəlbəcərə və Laçına sulu qar yağıb

Aprelin 24-ü saat 10:00 olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, aprelin 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb.Düşən yağıntının miqdarı Qubada 3, Gəncə, Naftalan, Qusar, Balakən, Şabran, Xaçmaz, Zaqatala, Şəki, Tərtər, Yevlax, Sabirabad, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, Qobustan, Şamaxı, Xızı, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Qusar, Quba, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənir....

24 Aprel 2026, 10:33