Bizə yazın

Baku

-°C

USD

-

Xanım jurnalist: Futbolda sağlam rəqabət olmalıdır

İdman 24 Aprel 2026, 11:16

352

Mən bəzi futbol azarkeşlərini anlamıram. Siz hər il eyni komandanın - “Qarabağ”ın çempion olmasını istəyirsiniz? Başqa klub çempion olmamalıdır? ÇL-ə vəsiqə qazanmamalıdır?

ÇL-də mübarizəyə kökləndilər bu il, daxildə hansısa proseslər gedir, ya nədir, bilmirəm. 

Hamımız “Qarabağ”ın ölkə adına tarix yazmağına sevinirdik. İndi sıra başqa klublarda olmamalıdırmı? Ya adının yükünə görə ancaq onu görmək istəyirsiniz? 

Özüm “ölkəni təmsil etmək” yazmadım, çünki klub turnirlərində bu anlam yoxdur. Hər klub öz şəhərini, azarkeşlərini - özünü təmsil edir. 

Heç təsəvvür edə bilirsiniz ki, İspaniyadan “Atletik Bilbao” klubu sırf Bask ölkəsinin onlardan qopmaması üçün və dünyada İspaniyanın tərkibi kimi tanınması üçün dəstək alsın və ÇL-də çıxış edəndə “Real”, “Barselona”, “Atletiko Madrid” fanatları ona azarkeşlik etsin? Hələ azarkeşlik etməkdən imtina edənləri vətən xaini çıxarsınlar?) Absurd görünür, düzdür?) 

Bu paraleli “Barselona” və Kataloniya misalı ilə də aparmaq olar.

Qoy rəqabət o həddə çatsın ki, hər il “Neftçi”mizin, “Sabah”ımızın, “Turan”ımızın, “Qəbələ”mizin və sair klublarımızın azarkeşləri ölkə çempionatına ümidlə baxa bilsinlər, tribunalar dolsun. Dünya arenasında “ölkə” adına təsəlli tapıb başqa kluba əl çalmalı olmasınlar. 

Mən bu futbolu görmək istəyirəm. Belə olmalıdır.

Nərmin Salmanova

Jurnalist

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tanınmış vəkil:Bir-birinizi qıranca, girib, futbol qaydalarını oxuya bilərsiniz

Nə Sabah, nə də Qarabağ azərkeşiyəm. Mən Neftçiyə azərkeşlik edirəm. Bugünkü oyunda mübahisəli penalti epizodu barədə deyim ki, orada penalti epizodu yox idi.Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) "Oyun Qaydaları" kitabında Maddə 12-də deyilir ki, əllə oynama qayda pozuntularını müəyyən etmək məqsədilə, qolun yuxarı sərhədi qoltuqaltının alt səviyyəsi ilə eyni xətdə hesab olunur. Oyunçunun əlinin qolunun topla hər təması qayda pozuntusu deyil.Qaydalara əsasən, əgər top qüvvətli zərbə ilə vurulubsa və oyunçunun əli həqiqətən təbii vəziyyətdədirsə (bədənin yanında), bu halda məsafədən asılı olmayaraq penalti sayılmır. Müasir futbol qaydalarında ən vacib amil qolun bədəni süni şəkildə böyüdüb-böyütməməsidir. Oyunçunun qolu bədəninə bitişikdirsə və ya həmin...

24 Aprel 2026, 11:29

Arda Gülər zədələnib, mövsümün sonunadək oynamayacaq 

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Arda Gülər zədələnib.Citypost.az xəbər verir ki, klubun tibbi heyəti tərəfindən aparılan müayinələrin nəticəsinə əsasən, Türkiyə millisinin üzvünün sağ ayağında budun arxa hissəsində yerləşən biseps femoris əzələsində zədə qeydə alınıb.Oyunçunun vəziyyətinin nəzarətdə saxlanıldığı bildirilib.İtaliyalı insayder Fabrizio Romano isə yarımmüdafiəçinin mövsümün qalan hissəsini buraxacağına dair iddia irəli sürüb. Onun sözlərinə görə, 21 yaşlı futbolçu 2026-cı il dünya çempionatına hazır olmaq üçün müalicə və bərpa prosesinə üstünlük verəcək. (AZƏRTAC)...

23 Aprel 2026, 17:12

"Aston Villa" Morqan Rocersi heyətdə saxlamağı planlaşdırır 

İngiltərənin "Aston Villa" klubunun yarımmüdafiəçisi Morqan Rocersin böyük ehtimalla komandada qalacağı gözlənilir."Report" xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində Avropanın bir neçə aparıcı klubu maraqlıdır.Futbolçunu heyətinə qatmaq istəyən komandalar arasında İngiltərə Premyer Liqası təmsilçilərindən "Çelsi", "Liverpul", "Mançester Yunayted" və Madrid "Real"ı yer alır. Lakin yarımmüdafiəçinin hazırkı klubu ilə yola davam edəcəyi bildirilir.M.Rocersin "aslanlar"la müqavilə müddəti 2031-ci ilə qədərdir.Qeyd edək ki, o, cari mövsümdə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 48 matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb....

23 Aprel 2026, 13:54

"Qalatasaray" Türkiyə Kuboku ilə vidalaşdı 

Futbol üzrə Türkiyə Kubokunun 1/4 final mərhələsində "Qalatasaray" öz evində "Gənclərbirliyi"ni qəbul edib.Modern.az xəbər verir ki, matç İstanbul təmsilçisinin gözlənilməz məğlubiyyəti ilə yekunlaşıb - 0:2."Gənclərbirliyi"nin futbolçuları Fıratcan 51-ci, Traore isə 83-cü dəqiqədə fərqlənərək komandalarına çətin səfər qələbəsi qazandırıblar.Bu nəticə ilə "Qalatasaray" Türkiyə Kubokunda mübarizəni dayandırıb.

23 Aprel 2026, 09:49

“Gəncə” braziliyalı voleybolçu ilə yollarını ayırıb 

“Gəncə” komandası braziliyalı voleybolçu Qabriela Oliviera Fabiano ilə yollarını ayırıb.Qərb təmsilçisindən AZƏRTAC-a bildirilib ki, klubla müqavilə müddəti başa çatan oyunçu komandanı tərk edib.Qeyd edək ki, Qabriela Oliviera Fabiano “Gəncə”yə ötən ilin yayında keçmişdi.

22 Aprel 2026, 17:58

Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib 

Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib.Citypost.az xəbər verir ki, Abşeron Olimpiya Kompleksində baş tutan yarışda 36 klub və idman cəmiyyətindən 103 usta cüdoçu mübarizə aparıb.Qeyd edək ki, ölkə çempionatı Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və İdman Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.KişilərM-1 və M-2 yaş kateqoriyaları üzrə60 kq1. Elşən Dünyamalıyev, M-1 (Umbayev Sport Klub)2. Musa Əhmədli, M-2 (Neftçi İK)3. Vaqif İsmayılov, M-1 (Quba CİK)3. Elşən Allahverdiyev, M-1 (İstək İK)66 kq1. Sadıx Məhərrəmov, M-1 (RKİM)2. Xəyal Zaliyev, M-2 (Neftçi Sumqayıt)3. Mirelturan Seyidi, M-1 (FHN)3. Elbrus Zamanov, M-1 (Qusar)73 kq1. Ruslan Hacıyev, M-1 (Turan İK)2. Fariz Səfərov, M-1...

21 Aprel 2026, 17:48