Bizə yazın

Baku

-°C

USD

-

Gecə krampının gizli səbəbi nədir?

Tibb 24 Aprel 2026, 11:39

2033

Gecə saatlarında qəfil baş verən və güclü ağrı ilə müşayiət olunan ayaq kramplarının səbəbi əzələ və sinir sistemində yaranan müvəqqəti pozğunluqlarla bağlıdır.

Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, normal şəraitdə əzələ lifləri bir-biri üzərində sürüşərək növbəli şəkildə yığılır və boşalır. Lakin susuz qalma, həddindən artıq yorğunluq və ya mineral çatışmazlığı zamanı sinir impulslarında pozulma yaranır. Bu halda beyin əzələyə “boşal” siqnalı verə bilmir, əksinə davamlı “yığıl” əmri göndərir.

Nəticədə əzələ lifləri bir-birinə sıx şəkildə keçir və “kilidlənmiş” vəziyyətdə qalır. Bu isə əzələdə sərt düyün hissinin yaranmasına, eyni zamanda qan dövranının zəifləməsinə və oksigen çatışmazlığına səbəb olur. Məhz bu proses güclü ağrı ilə müşayiət olunan kramp kimi hiss edilir.

Mütəxəssislər bildirir ki, belə hallarda əzələni əks istiqamətə doğru yavaşca dartmaq liflərin ayrılmasına və qan axınının bərpasına kömək edir. Bu isə krampın tədricən aradan qalxmasına səbəb olur.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gecə yatanda burnun tutulması hansı xəstəliyin əlaməti ola bilər?  

Bir çox insan xüsusilə gecə saatlarında burnunun tutulmasından şikayət edir. Gün ərzində normal nəfəs alan şəxslərdə məhz yatağa uzandıqdan sonra başlayan burun tutulması adətən allergik problemlərlə əlaqəli olur.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, əgər burnun tutulması əsasən gecə yatarkən başlayırsa, bu vəziyyət daha çox allergik rinitin əlaməti hesab olunur.Belə hallarda əsas səbəblərdən biri ev tozu və xüsusilə yataq, yastıq, döşək və yorğanlarda toplanan toz gənələridir.İnsan yatağa uzandıqda həmin allergenlərlə daha sıx təmasda olur.Nəticədə burun selikli qişasında iltihabi reaksiya artır, şişkinlik yaranır və burun tutulmağa başlayır. Bu səbəbdən bəzi insanlarda gecə nəfəs alma çətinləşir, ağızdan nəfəs alma, xoruldama və yuxu keyfiyyətinin...

20 May 2026, 12:36

Astiqmatizmi necə anlamaq olar? – Ən çox rast gəlinən əlamətlər  

Astiqmatizm gözün ən geniş yayılmış görmə problemlərindən biridir. Bir çox insan uzun müddət bu problemdən xəbərsiz yaşayır və sadəcə görməsinin tam aydın olmadığını düşünür. Halbuki, astiqmatizm vaxtında aşkarlanmadıqda gündəlik həyatda ciddi narahatlıqlar yarada bilər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, astiqmatizmi olan insanlar xüsusilə axşam saatlarında və qaranlıq mühitdə görmə çətinliyindən şikayət edirlər. Gün işığında normal görən bir insan gecə vaxtı işıqların yayılmış və bulanıq görünməsindən narahat ola bilər.Xüsusilə avtomobil idarə edən şəxslər qarşıdan gələn maşınların faralarının onları narahat etdiyini bildirirlər. Bəzi hallarda işıqlar bir-birinə qarışmış, uzanmış və ya yayılmış formada görünür. İnsan sanki gözlərini qıyaraq daha aydın görməyə çalışır.Astiqmatizmin digər...

20 May 2026, 10:43

Səhər əllərdə titrəmə və “cərəyan vurması” hissi hansı xəstəliyin əlaməti ola bilər?  

Bəzi yeniyetmələr səhər yuxudan oyandıqdan sonra əllərində qəfil titrəmələr, atılmalar və ya sanki “cərəyan vururmuş” kimi hisslər yaşadıqlarını bildirirlər. Valideynlər çox vaxt bunu yorğunluq, stress və ya zəiflik kimi qiymətləndirsələr də, bəzi hallarda bu əlamətlər ciddi nevroloji problemin göstəricisi ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə 12–15 yaş aralığında müşahidə olunan bu vəziyyət juvenil mioklonik epilepsiya adlanan epilepsiya növü ilə əlaqəli ola bilər. Bu xəstəlik zamanı səhər saatlarında əllərdə ani atılmalar, qeyri-iradi titrəmələr və əşyaların qəfil əldən düşməsi müşahidə edilir.Pasiyentlər bunu çox zaman “əlimə cərəyan vurdu”, “əlim birdən atıldı” və ya “fincan əlimdən sıçrayıb düşdü” kimi təsvir edirlər....

20 May 2026, 08:40

3 həftədən çox davam edən öskürək nəyi göstərə bilər?  

Üst tənəffüs yolu infeksiyaları keçirdikdən sonra bir çox insanda öskürək bir neçə həftə davam edə bilər. Adətən bu öskürəklər tədricən azalır və öz-özünə keçib gedir.Citypost.az xəbər verir ki,əgər öskürək zamanı yüksək hərarət, döş qəfəsində ağrı, nəfəs darlığı və ciddi halsızlıq kimi əlamətlər yoxdursa, bu vəziyyət çox vaxt ciddi problem hesab olunmur. Lakin öskürək 3 həftədən artıq davam edərsə, artıq diqqətlə araşdırılması tövsiyə olunur.Uzunmüddətli öskürəyin əsas səbəbləri arasında Postnazal axıntı sindromu, Qastroezofageal reflüks xəstəliyi və Allergik rinit kimi hallara tez-tez rast gəlinir.Bundan əlavə, bəzi hallarda yüksək təzyiq üçün istifadə olunan dərmanlar da yan təsir kimi uzunmüddətli öskürəyə səbəb ola bilər. Bu...

19 May 2026, 11:51

Mioma nədir və hansı əlamətlərlə özünü göstərir?  

Uşaqlıq mioması qadınlarda ən çox rast gəlinən ginekoloji problemlərdən biridir. Bu xəstəlik uşaqlığın əzələ hüceyrələrindən inkişaf edən, adətən xoşxassəli xarakter daşıyan hormon-asılı törəmələr kimi xarakterizə olunur.Citypost.az xəbər verir ki, miomanın ən çox rast gəlinən əlamətlərindən biri uzunmüddətli və həddindən artıq menstrual qanaxmalardır.Normalda 2–7 gün davam edən aybaşı mioma zamanı 7–8 gün və daha uzun müddət çəkə bilər. Bu isə orqanizmdə qan azlığı və ümumi zəiflik kimi problemlərə səbəb ola bilər.Böyük ölçülü miomalar qonşu orqanlara təzyiq göstərdikdə əlavə şikayətlər də yaranır. Belə hallarda xəstələrdə qarının aşağı hissəsində ağrılar, qəbizlik, sidik kisəsinə təzyiq nəticəsində tez-tez sidiyə getmə ehtiyacı müşahidə oluna bilər.Mütəxəssislərin bildirdiyinə...

19 May 2026, 08:26

Stomatoloq: “Dişlərin gündə iki dəfə fırçalanması vacibdir”  

Diş və ağız boşluğu sağlamlığının qorunması üçün gündəlik gigiyena qaydalarına əməl etmək vacib hesab olunur.Mütəxəssislər bildirirlər ki, düzgün qulluq edilmədiyi halda dişlərdə çürümə, diş əti problemləri və digər stomatoloji xəstəliklərin yaranma riski artır. Bununla yanaşı, yalnız ev şəraitində edilən qulluq hər zaman kifayət etmir və müəyyən aralıqlarla peşəkar stomatoloji baxış da vacib sayılır.Stomatoloq İsgəndər İsgəndərli Citypost.az-a açıqlamasında bildirib ki, dişlərin sağlam qalması üçün ilk növbədə gündəlik ağız gigiyenasına ciddi şəkildə əməl olunmalıdır. Onun sözlərinə görə, insanlar gündə ən azı iki dəfə dişlərini düzgün qaydada fırçalamalıdırlar. Həkim qeyd edib ki, dişlərin yalnız səhər deyil, xüsusilə gecə yatmazdan əvvəl təmizlənməsi olduqca vacibdir.İ.İsgəndərli...

18 May 2026, 12:00