Pərvanə Vəliyeva: Azərbaycan–Latviya münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir
Siyasət 23 Aprel 2026, 11:53
540
2026-cı il aprelin 22-də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Latviya prezidenti cənab Edqars Rinkeviçs arasında Azərbaycanda keçirilən görüşdən sonra mətbuata verilən bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivlərini əhatə edən geniş və rəsmi məzmun daşıyırdı.
Ölkə Başçısı cənab İlham Əliyev çıxışında Azərbaycan ilə Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O qeyd etmişdir ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir. Bu kontekstdə qarşılıqlı etimadın və dialoqun möhkəmləndiyi bildirilmişdir.
Hələ, doqquz il öncə Azərbaycan və Latviya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həmçinin hüquqi çərçivəni yaratmış və ölkələrin münasibətlərini ən yüksək səviyyəyə qaldırmışdır. Məhz bunun əsasında da hər iki ölkə tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışdır.
Bəyanatda iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilmişdir. Xüsusilə, ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının araşdırılması, Logistika və nəqliyyat sahəsində əməkdaşlıq və sair məsələlərə diqqətdə saxlanılmışdır. Belə ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox yüksək nəticələr verə bilər. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır.
Məlumdur ki, Azərbaycanın regional nəqliyyat mərkəzi kimi rolunun və Cənubi Qafqazda həyata keçirilən layihələrin Latviya üçün də yeni imkanlar yaratmasının dazılmazdır. Bundan başqa, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan roluna, xüsusilə qaz ixracı və enerji marşrutlarının şaxələndirilməsi məsələlərinə diqqət yetirsək görərik ki, Latviya tərəfi də bu sahədə əməkdaşlıq imkanlarına maraq göstərən ölkələrdən biridir.
Ölkə Başçısının Bəyanatında təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə də toxunulmuşdur ki, bununla bağlı ölkələr arasında tələbə mübadiləsi proqramları və mədəni layihələrin genişləndirilməsi hər iki ölkə üçün prioritet məsələlərdəndir. Hazırda Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və ümid edirik ki, tələbə sayı növbəti illərdə daha da artacaq və bu bizim ölkəmiz üçün də faydalı olacaqdır.
Dövlət Başçılarının görüşü zamanı müzakirə olunan regional təhlükəsizlik, o cümlədən post-münaqişə dövründə vəziyyətə nəzər salsaq görərik ki, Azərbaycan tərəfi bölgədə davamlı sülhün təmin olunması üçün uğurlu addımlar atır, eyni zamanda Avropa ilə əməkdaşlıq çərçivəsində bir sıra tələblərin icrasını dəstəkləyir.
Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdə olduğunu və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün ciddi siyasi iradənin mövcudluğunu göstərdi. Edqars Rinkeviçs də öz növbəsində bu əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləmişdir.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şərhçi: Tramp diplomatiyada çətin vəziyyətə düşüb
Jurnalist, siyasi şərhçi Kənan Rövşənoğlu bildirib ki, Donald Trampın sələfləri – Barak Obama və Co Baydenə yönəltdiyi əsas tənqidlər diplomatiya sahəsində uğursuzluq iddiaları üzərində qurulmuşdu.Citypost.az-ın xəbərinə görə, şərhçinin sözlərinə görə, Tramp xüsusilə Obamanın İranla imzaladığı nüvə sazişini uğursuz adlandırır, Baydeni isə zəif diplomatiyada ittiham edirdi. Lakin hazırkı vəziyyət göstərir ki, Trampın özü də oxşar çətinliklərlə üz-üzə qalıb.K. Rövşənoğlu qeyd edib ki, Tramp biznesmen yanaşması və təzyiq siyasəti ilə hərəkət edərək, hərbi faktor və İsrail amilindən istifadə etməklə Qəzzada ərəbləri atəşkəsə məcbur edib, eyni üsulla İrana təsir göstərməyə çalışıb. Onun fikrincə, Tramp əvvəlcə İrana zərbə vuraraq onu zəiflətməyi, daha sonra isə...
23 Aprel 2026, 10:18
Politoloq: Aİ Ukraynaya dəstəyi gücləndirir
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Avropa İttifaqı-nın Ukraynaya dəstəyinin artdığını bildirib.Citypost.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, bir neçə aydır müzakirə olunan və ümumi dəyəri 90 milyard avro təşkil edən kredit paketinin ayrılması artıq reallaşıb. Politoloq qeyd edib ki, Viktor Orban tərəfindən bu yardıma qoyulan veto onun seçkilərdə məğlub olmasından sonra aradan qalxıb və yeni hökumət kreditin verilməsinə dəstək verib.M. Əsədullazadə əlavə edib ki, eyni zamanda Rusiyaya qarşı 20-ci sanksiyalar paketi qəbul olunub. Onun fikrincə, ayrılan vəsait Ukraynanın Rusiyanın hərbi təcavüzünə qarşı müqavimətini daha da gücləndirəcək və Moskvanın Avropa İttifaqı daxilindəki təsir imkanlarını minimuma endirəcək.Ukraynanın hərbi sənayesi...
23 Aprel 2026, 10:10
Belçika və Niderland parlamentlərinin qətnamələri Azərbaycanın daxili işlərinə müdaxilədir - RƏY
Belçika və Niderland parlamentlərinin qərəzli qətnamələri Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir.APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.Tural Gəncəliyev bildirib ki, qətnamələrin heç birində Azərbaycanın atdığı humanist addımlardan, o cümlədən Ermənistana neft məhsulları və digər mallar göndərməsindən bir cümlə belə bəhs edilmir:“Demokratiyadan, insan haqlarından danışan bu ölkələrin özlərinin insan haqlarını necə pozduqlarından danışsaq, bu barədə çox danışmaq olar. Əgər biz bu mövzuya başlasaq, Niderland və Belçikanın Afrikada illər boyu insan haqlarını pozmasını, Konqo xalqının istismarını qeyd edə bilərik. Eyni zamanda, Niderland müsəlman dünyasının ən böyük ölkələrindən biri olan İndoneziyanı uzun illər müstəmləkə əsarətində...
23 Aprel 2026, 08:44
Zaur Şükürov:Bu kimi riyakar qətnamələr sülhə mane ola bilməz
“Belçika və Niderland parlamentləri 16 aprel 2026-cı il tarixdə bir daha qərəzli, qeyri-obyektiv və reallıqdan tamamilə uzaq, ikili standartlara əsaslanan mövqe nümayiş etdirərək, Azərbaycan əleyhinə qətnamələr qəbul ediblər. Bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisi münasibət bildirərək, bu addımı qətiyyətlə qınamış və bu qərəzli sənədləri rədd etmişdir”.CityPost.az xəbər verir ki, bunu Milli Məclisin aprelin 21-də keçirilən plenar iclasında çıxış edən deputat Zaur Şükürov bildirib. Deputat qeyd edib ki, Bəzi Avropa parlamentarilərinin Azərbaycana qarşı davamlı olaraq qərəz, riyakarlıq və birtərəfli yanaşma sərgiləməsini istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra müşahidə etmişik və bu addımlar...
23 Aprel 2026, 08:31
İran İraqı İlhaq edir. Turab Rzayev yazır...
İran İraqı İlhaq edir.Yeni Türkiyə -İran Sayks-PikosuYaxın Şərq yenidən bölünür.Amma bu dəfə regional oyunçular özü onu təsir zonalarına bölməyə çalışırlar.Türkiyə Suriyada güclənir.İran ABŞ-ı İraqdan demək olar ki, qovubİndi İraq üzərində Türkiyə və İran ortaq məxrəcə gəlməyə çalışır.Kərkükə Türkmən valiyi belə oxumaq lazımdır.Türkmən Balıye Talabani dəstəyini belə oxumaq lazımdır. Süleymaniyyədə artıq Bərzani bayrağı dalğalanmayacaq.Sadəcə Iraq bayrağı olacaq.Bunu da belə oxumaq lazımdır.İran hücumundan sonra ölən peşmərgəyi Süleymaniyyədə xəstəxana qəbul etməyib, meyidini daşımağa tibb maşını verməyib.Bunu da belə oxumaq lazımdır.Bərzani İsraili seçdi.Onu qoruyan, yetişdirən Türkiyəni yox, Netanyahu və ona yaxın Amerikanı seçdi.Cəzası bu oldu.İndi ya məcbur yenə də Türkiyənin ayağını öpəcək.Ya da Ərbil İran,...
23 Aprel 2026, 08:25
Politoloq: Kreml Dnestryanı üzərindən Kişinyov və Kiyevə təzyiqi artırır
Politoloq Turan Rzayev bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə Moskvanın lazım gələrsə, Dnestryanıdakı Rusiya vətəndaşlarını qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini deyib.Citypost.az xəbər verir ki, “Dnestryanıda 220 mindən çox Rusiya vətəndaşı yaşayır və onların maraqları, eləcə də təhlükəsizliyi Kiyev və Kişinyovun məsuliyyətsiz hərəkətləri səbəbindən təhlükə altındadır. Lazım gələrsə, Rusiya bütün zəruri addımları atacaq və onları Konstitusiyaya uyğun olaraq qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək”, – deyə Şoyqu vurğulayıb.Politoloqun sözlərinə görə, Şoyqu həmçinin qeyd edib ki, Rusiya Dnestryanı ilə bağlı bütün mümkün ssenariləri, o cümlədən ən gözlənilməz variantları belə izləyir.T. Rzayev vurğulayıb ki,...
23 Aprel 2026, 08:14