Bizə yazın

Baku

-°C

USD

-

Bakıda mənzildən meyit tapıldı 

Hadisə 24 Aprel 2026, 09:46

412

Ötən gecə Bakıdan məznildən meyit tapılıb.

Bu barədə Citypost.az-a  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı müraciət daxil olub.

Həyata keçirilən tədbir nəticəsində 1 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Polisin əməliyyatlarında 49 kq narkotik aşkarlanıb 

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. BNMİ-nin əməliyyatları zamanı 49 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.Citypost.az DİN-ə istinadən xəbər verir ki, növbəti tədbirlər zamanı saxlanılan 35 yaşlı Allahşükür İsmayılzadədən 34 kiloqram 875 qram, əvvəllər məhkum olunmuş 29 yaşlı Ceyhun Sultanovdan isə 14 kiloqram 700 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxslərin narkotikləri satmaq məqsədi ilə əldə etdikləri müəyyən olunub.Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....

24 Aprel 2026, 11:26

Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi 

Bakıda şagird məktəbdə özünə xəsarət yetirib.Citypost.az  xəbər verir ki, hadisə aprelin 23-ü 145 nömrəli tam orta məktəbdə baş verib.VII sinif şagirdi olan qız təhsil müəssisəsinin sanitar qovşağında özünə kəsici alətlə xəsarətlər yetirib. Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat verib.Məktəbdən bildirilib ki, şagirdə dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım xidmətinə və valideynə məlumat verilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.Qeyd olunur ki, yeniyetmə sinif yoldaşlarının onu videoya çəkib paylaşacaqları ilə bağlı təhdidlərdən sonra bu addımı atıb. (Apa TV)...

24 Aprel 2026, 11:15

Ağcabədidə dəhşətli yanğın olub, 12 yaşlı yeniyetmə ölüb 

Ağcabədidə fərdi yaşayış evində baş verən yanğın zamanı 12 yaşlı oğlan ölüb."Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.Hüseynova Mahirə Ocaqqulu qızına məxsus fərdi evdə yanğın zamanı 2014-cü il təvəllüdlü Şirinov İmaməddin Ayaz oğlu ölüb.Faktla bağlı araşdırma başlanıb.

24 Aprel 2026, 09:24

Qobustanda qazıntı işləri zamanı torpaq çökdü

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Nazirlikdən Citypost.az-a verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qazıntı işləri aparılan zaman torpaq qatının çökdüyü və 2 nəfər vətəndaşın torpaq qatının altında qaldığı müəyyən olunub.Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində bir nəfər (kişi cinsli) xilas edilib, bir nəfərin (kişi cinsli) meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır....

24 Aprel 2026, 09:00

Bu il yol qəzalarında 140 nəfər ölüb 

2026-cı ilin yanvar-mart aylarında 252 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 14,2 faiz azalaraq 319 nəfər olub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bildirilib ki, qəzalar nəticəsində 140 nəfər həlak olub, 179 nəfər isə yaralanıb. Hadisələrin 42,9 faizi gecə, 37,7 faizi gündüz, 19,4 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 32,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,9 faiz azalaraq...

23 Aprel 2026, 17:42

Ötən gün qanunsuz saxlanılan 18 tüfəng aşkarlanıb 

Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.Bu barədə Citypost.az-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, aprelin 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 18 tüfəng, 4 patron darağı və 246 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

23 Aprel 2026, 12:21