Bizə yazın

Baku

-°C

USD

-

Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib 

Cəmiyyət 24 Aprel 2026, 14:06

305

Baş nazirinin müavini, Şahin Mustafayevin rəhbərliyi ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 67-ci iclası keçirilib və iclasda gündəlikdə olan digər məsələlərlə yanaşı, gursululuq dövrünə uyğun olaraq ölkənin əsas su anbarlarının iş rejimlərinin tənzimlənməsi barədə ətraflı müzakirələr aparılıb.

CityPost.az  bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Xatırladaq ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin 15 aprel 2020-ci il tarixli sərəncamı ilə aidiyyəti dövlət qurumlarından ibarət Komissiya yaradılıb. Komissiyanın fəaliyyəti çərçivəsində ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi nəzarət olunur, su ehtiyatlarından içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində mütəmadi zəruri tədbirlər həyata keçirilir.

Bu baxımdan, əsas diqqət göstərilən istiqamətləri Kür çayı üzərində yerləşən kaskad tipli Şəmkir-Yenikənd-Mingəçevir-Varvara su anbarları, Araz çayı üzərində yerləşən kaskad tipli Araz-Xudafərin-Qız qalası su anbarları və əsasən Samur çayından qidalanan kaskad tipli Taxtakörpü-Ceyranbatan su anbarları sistemləri təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, cari ilin gursululuq dövründə su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.

Kürdə illər üzrə çoxsulu və azsulu fazalar, habelə gursulu dövrlər (aprel, may və iyun ayları) nəzərə alınmaqla çoxillik tənzimləmə prinsipi çərçivəsində çayın üzərində yerləşən su anbarları sistemi Komissiyanın nəzarətində saxlanılmaqla operativ qaydada və optimal səviyyədə tənzimlənir.

İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi son günlər ərzində intensiv yağıntılar nəticəsində Kür çayı və onun qolları - Türyançay, Göyçay, Girdimançay, Qarqarçay və digər çaylarda sululuğun artması, çayətrafı rayonlardakı mövcud vəziyyət, fəsadlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə geniş məlumat verib.

Hazırda müşahidə olunan su səviyyəsi artımının hidrometeoroloji şəraitlə bağlı olduğu, lokal xarakter daşıdığı və bəzi ərazilərdə mühafizə bəndlərinə təzyiqin artması ilə müşayiət olunduğu bildirilib.

Agentliyin rayonlarda yerləşən yerli istismar idarələrinin digər aidiyyəti qurumlarla birlikdə gücləndirilmiş iş rejimində işlədiyi, vəziyyətin ciddi nəzarətdə saxlanıldığı, izafi su həcmlərinin maneəsiz, təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün tədbirlər görüldüyü qeyd edilib.

Sonda Komissiyanın sədri Şahin Mustafayev su ehtiyatlarından səmərəli istifadə, gursululuq dövründə su və su təsərrüfatı obyektlərində təhlükəsiz su axınının təmin olunması və ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi riayət olunması ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AZAL Naxçıvana səyahət planlayan sərnişinlərə müraciət edib 

Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin may ayında bayram və tətil günlərində Naxçıvana səfər etməyi planlaşdıran sərnişinlərə biletlərini əvvəlcədən əldə etməyi tövsiyə edir.Bu barədə CityPost.az-a  AZAL-dan bildirilib.Bayram günləri ilə əlaqədar olaraq 9-11 və 27-31 may 2026-cı il tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşlara tələbatın artacağı gözlənilir. Qeyd olunan dövrdə sözügedən marşrut üzrə gün ərzində 8 müntəzəm reysin (gediş-gəliş 16 reys) həyata keçirilməsi planlaşdırılır. Artan sərnişin tələbatını qarşılamaq məqsədilə qeyd olunan tarixlərdə gün ərzində 5-10 əlavə reysin (gediş gəliş 10-20 reys) həyata keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, əlavə reyslərin sayı müvafiq günün tələbatına uyğun şəkildə təyin olunur.Bununla belə, biletlərin səyahət...

24 Aprel 2026, 15:23

Şahin Qurbanov da soyadını dəyişir?...  

Citypost.az xəbər verir  ki, Manset.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Qurbanov Orxan Ənvər oğlu öz soyadını dəyişib. Onun bu addımı qurumun əvvəlki rəhbəri Vüqar Qurbanovla qohum olduğu üçün atdığı iddia edilir.Onun soyadını dəyişərək Ənvərli etməsi öz vəzifəsini qoruması ilə əlaqələndirilib. Məsələ ilə bağlı sayt adıçəkilən Orxan Qurbanovla əlaqə saxlayıb. O, məlumatı təsdiqləyib:“Mən soyadımı dəyişə bilmərəm? İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun. Ona görə dəyişib atamın adını götürmüşəm.Vüqar Qurbanovun isə qohumu deyiləm".Daha sonra əməkdaşımızın “soyadınızı Vüqar Qurbanovun məsləhəti ilə dəyişmisiniz?” sualına isə cavab verməyib.Citypost.az-a daxil olan məlumata görə TƏBİB-in sabiq icraçı derektoru Vüqar Qurbanov...

24 Aprel 2026, 15:11

Vahid Ələkbərov rəsmilərlə Füzulidə - Foto 

İşğaldan azad edilmiş Füzuli şəhərində aparılan bərpa işləri ilə bağlı təqdimat keçirilib.CityPost.az  PhotoStock.az-a istinadən xəbər verir ki, təqdimat Füzuli Beynəlxalq Hava Limanında baş tutub.Təqdimatda iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, “Lukoyl” neft şirkətinin qurucusu Vahid Ələkbərov və “Lukoyl Azərbaycan” QSC-nin baş direktoru Rasim Əmrəliyev iştirak ediblər.Daha sonra Füzuli şəhərinin işğal dövründə dağıdılmış vəziyyəti, şəhərin Baş planı, inşa olunan yaşayış kompleksləri və mərkəzi park layihəsi barədə də məlumat verilib. Ardınca 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub....

24 Aprel 2026, 15:00

Ali Məclisin deputatlarının maaşı artırıldı 

Naxçıvan Ali Məclisinin deputatlarının maaşı ilə bağlı dəyişiklik təsdiqlənib.Bu barədə politoloq Heydər Oğuz məlumat yayıb.O bilirib ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Qanunda dəyişikliyi 21 apreldə Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov imzalayıb.Dəyişikliyə əsasən, bundan sonra Ali Məclisin sədri 15 000 manat, Ali Məclis sədrinin birinci müavini 13 000 manat, Ali Məclis sədrinin müavini 12 000 manat, Ali Məclisin komitə sədri 9 000 manat, Ali Məclisin komitə sədrinin müavini 8 000 manat, Ali Məclisin deputatı 7 000 manat məbləğində maaş alacaq....

24 Aprel 2026, 14:33

Azərbaycan Çexiya ilə hərbi əməkdaşlıq planı imzalayıb 

Azərbaycan və Çex respublikalarının Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə "İkitərəfli hərbi əməkdaşlıq danışıqları" keçirilib.CityPost.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.Eyni zamanda, qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb və müxtəlif sahələr üzrə brifinqlər təqdim edilib.Danışıqların yekununda tərəflər arasında 2026-cı il üçün "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.arşılıqlı hədiyyələr təqdim olunduqdan sonra xatirə fotosu çəkdirilib....

24 Aprel 2026, 13:29

Prezidentdən vacib FƏRMAN – İcra Hakimiyyətləri ilə bağlı 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb. CityPost.az  fərmanın mətnini təqdim edir:Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:1. “Qaçqın və köçkünlərin məskunlaşdığı düşərgələrdə idarəetmə sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 17 sentyabr tarixli 207 nömrəli Fərmanının (Azərbaycan...

24 Aprel 2026, 13:11