Bizə yazın

Baku

-°C

USD

-

Dünya şöhrətli alim Lütfi Zadənin anım gündür

Cəmiyyət 06 Sentyabr 2026, 12:28

4032

Əziz dostlar, sentyabrın 6-da dünyanın ən məşhur azərbaycanlılarından biri, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, dünya şöhrətli alim Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anım gündür.

Professor Lütfi Zadə, yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən və təsir göstərəcək vacib fikirləri ortaya qoyan və irəli sürən dahi bir şəxsiyyət idi. Həyatı boyu yenilik ruhu ilə yaşayan Lütfi Zadə bütün dünyada qeyri-səlis məntiqin "atası" kimi tanınır və onun inqilabi nəzəriyyəsi Aristotelin ikili məntiqinin sərhədlərini aşmışdı.O, sübut etdi ki, insan dünyanı yalnız "ağ" və "qara" rənglərdə duyub qavramır. İnsanın dünyanı görüb dərk etmə imkanları zəngin və hüdudsuzdur. Lütfi Zadənin məntiqi dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Elə buna görə də, o, hüdudsuzluğun riyaziyyatını yaratmış, onun rəngarəngliyini açmışdır və bu nəzəriyyə iqtisadiyyat, psixologiya, dilçilik, siyasət, fəlsəfə, sosiologiya, dini məsələlər, münaqişə vəziyyətlərində geniş istifadə olunmuşdur. Mütəxəssislər, alimin məntiqi və nəzəriyyəsi ilə həqiqətən insanın həyata dair fəlsəfi baxışlarında olduğu kimi elm dünyasında da bir inqilab etdiyini düşünürlər Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülmüş, həmçinin, Koreya, Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan, Rusiya və ABŞ akademiyalarının fəxri üzvü seçilmişdi. Bu günə olan məlumata görə, “Google Scholar”da Lütfi Zadənin elmi əsərlərinə 278771 istinad olunmuş, bunlardan 13599-u 2022-ci ilə, 12682-si 2023-cü ilə, 7617-si 2024-cü ilə aiddir. Alimin Hirş indeksi 110-yə bərabərdir.

Fenomenal elmi təfəkkürü ilə seçilən, adı elm tarixinə qızıl hərflərlə həkk olunan, dünya şöhrətli azərbaycanlı alim və böyük şəxsiyyət Lütfi Zadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq! Allah rəhmət eləsin.

P.S. Lütfi Zadənin 100 illiyi münasibəti ilə hazırladığım məqaləni Sizə təqdim edirəm.Arzu edənlər link vasitəsi ilə daxil olub məqaləni oxuya bilərlər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Lənkəranda şəhidlərin məzarı ziyarət olunub

Oktyabrın 24-də Vətən müharibəsi şəhidləri Abbasov Murad Vasif oğlunun və Məmmədli Elməddin Anar oğlunun anım günüdür.Citypost.az  xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin Şıxakəran və Velədi kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!...

24 Oktyabr 2026, 15:46

Bakıda leysan yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

24 Oktyabr 2026, 14:52

Hüseyn Cavidin anadan olduğu gündür

Bu gün  Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin (1882–1941) anadan olduğu gündür. "Şərqin Şekspiri", "Cavid Əfəndi" təxəllüsləri ilə anılan ədibimizin əsl adı və soyadı Hüseyn Rasizadədir. Hüseyn Cavid Azərbaycan Respublikasının sabiq Baş Naziri Artur Rasizadə ilə qohumluq əlaqələrinə malikdir. Hüseyn Cavid daha çox dramaturq kimi  tanınmış və ədəbiyyat xəzinəmizə bir-birindən dəyərli dram əsərləri bəxş etmişdir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan...

24 Oktyabr 2026, 14:13

Kafedəki davada saxlanılan deputat oğlunun FOTOSU

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.Citypost.az  Unikala istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

24 Oktyabr 2026, 14:10

Kəmaləddin Heydərov baş leytenanta yeni vəzifə verdi 

Fövqəladə Hallar Nazirliyində yeni təyinat baş tutub.Citypost.az  Yurdmedia-ya istinadən xəbər verir ki, İbrahim Məsimov FHN Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilib.  Baş leytenant İbrahim Məsimov 2022-ci ildən yeni təyinata qədər qurumda növbə rəisi vəzifəsində çalışıb.

24 Oktyabr 2026, 13:56

Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi

Cəlilabad bələdiyyəsinin rəhbərliyində dəyişiklik olub.Citypost.az Modern.az-a istinadən, bələdiyyədə keçirilən iclasda sədr müavini Rafiq Rüstəmov yeni sədr seçilib. Bu barədə özü xəbəri saytımıza təsdiqləyib.O, səs çoxluğu ilə yeni vəzifəyə layiq görülüb.Qeyd edək ki, bələdiyyənin əvvəlki sədri Vahid Mirzəyev Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu səbəbdən o, bələdiyyə sədri vəzifəsindən istefa verib....

24 Oktyabr 2026, 13:39