Simran Həsənovun 70 yaşı tamam olur
Cəmiyyət 06 Sentyabr 2026, 12:32
5527
Elə insanlar var ki, peşəsindən asılı olmayaraq daxilindəki kübarlıq, nəciblik ziyalılıq işığı həmişə öndə gəlir. Dəyərli hüquqşünas dostumuz, hüquq elmləri doktoru Simran Həsənov məhz belə şəxsiyyətlərdəndir. Onun kimliyində hüququn dəqiqliyi ilə insanlığın, ədəbiyyatın, mənəviyyatın çox həssas nöqtələri nadir bir harmoniya təşkil edir. Doğulduğu yurdun (İsmayıllı, Buynuz kəndi) təbiətinə uyğun bir saflıq daşıyıcısı olan Simran bəyin yaxşı jurnalistliyi və publisistikası, yüksək bədii zövqü, ədəbiyyat duyumu, ruhoxşayan şeirləri var. Ən yaxşı şeirlərindən biri isə orta məktəb müəllimi və ustadı Musa Yaqubun məşhur şeirinə yazdığı “Bu dünyanın qara daşı göyərsə” poetik incisidir.
Bir qara daş göyərməklə yaz olmaz
Daş qəlblərə insaf hökmü yazılmaz.
Milyon ilin daş ahəngi pozulmaz,
Bu dünyanın qara daşı göyərsə.
Bu gün dəyərli Simran Həsənovun 70 yaşı tamam olur. Yubileyini ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, könülxoşluğu, uzun ömür, sözün və hüququn xidmətində yeni-yeni uğurlar arzulayıram!
Professor Qulu Məhərrəmli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Lənkəranda şəhidlərin məzarı ziyarət olunub
Oktyabrın 24-də Vətən müharibəsi şəhidləri Abbasov Murad Vasif oğlunun və Məmmədli Elməddin Anar oğlunun anım günüdür.Citypost.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin Şıxakəran və Velədi kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!...
24 Oktyabr 2026, 15:46
Bakıda leysan yağacaq, şimşək çaxacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
24 Oktyabr 2026, 14:52
Hüseyn Cavidin anadan olduğu gündür
Bu gün Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin (1882–1941) anadan olduğu gündür. "Şərqin Şekspiri", "Cavid Əfəndi" təxəllüsləri ilə anılan ədibimizin əsl adı və soyadı Hüseyn Rasizadədir. Hüseyn Cavid Azərbaycan Respublikasının sabiq Baş Naziri Artur Rasizadə ilə qohumluq əlaqələrinə malikdir. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmış və ədəbiyyat xəzinəmizə bir-birindən dəyərli dram əsərləri bəxş etmişdir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan...
24 Oktyabr 2026, 14:13
Kafedəki davada saxlanılan deputat oğlunun FOTOSU
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.Citypost.az Unikala istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
24 Oktyabr 2026, 14:10
Kəmaləddin Heydərov baş leytenanta yeni vəzifə verdi
Fövqəladə Hallar Nazirliyində yeni təyinat baş tutub.Citypost.az Yurdmedia-ya istinadən xəbər verir ki, İbrahim Məsimov FHN Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilib. Baş leytenant İbrahim Məsimov 2022-ci ildən yeni təyinata qədər qurumda növbə rəisi vəzifəsində çalışıb.
24 Oktyabr 2026, 13:56
Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi
Cəlilabad bələdiyyəsinin rəhbərliyində dəyişiklik olub.Citypost.az Modern.az-a istinadən, bələdiyyədə keçirilən iclasda sədr müavini Rafiq Rüstəmov yeni sədr seçilib. Bu barədə özü xəbəri saytımıza təsdiqləyib.O, səs çoxluğu ilə yeni vəzifəyə layiq görülüb.Qeyd edək ki, bələdiyyənin əvvəlki sədri Vahid Mirzəyev Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu səbəbdən o, bələdiyyə sədri vəzifəsindən istefa verib....
24 Oktyabr 2026, 13:39