ŞİRİN XATA -Vasif Süleyman
Cəmiyyət 07 Sentyabr 2026, 12:29
311
İndi bu görüşün əlləri uzaq,
İndi bu gorüşün ayağı yalın.
Bir qərib sevgini apardı sazaq,
Biz ki, xatalıyıq, qadanız alım!
Dünya bizim üçün bircə xataydı,
Baxma ki, bir üzü yaşa gedirdik.
Hara gedirdiksə, xatamızı da,
Alıb çiynimizə qoşa gedirdik.
Bəlkə Yaradanın bir sirri idi,
Bir heyrət varıydı dərinliyində.
Biz şirin xatanın əsiri idik,
O da çatlayırdı şirinliyindən.
Bəlkə... Bir misranın qonağı idi,
Bəlkə verilmişdi bizə butaynan...
Bu qərib taleyi elə bilirdik,
Başa vurasıyıq şirin xataynan.
Xatanın bir əli, bir başı oldu,
Nə ondan, nə məndən həyan görmədi.
Adı xataların yoldaşı oldu,
Heç kim bu xatadan ziyan görmədi.
Böyüyüb at çapan sözdən xəbərsiz,
Lap xata yaşına çatıbmış, Allah!
Kimmiş, o xataya bizdən xəbərsiz,
Bu boyda şirinlik qatıbmış, Allah!
Hərdən danışanda, ürək sözümün,
Elə bilirəm ki, biri xatadır.
O xata tutmadı bulaq gözünü,
O xata o qədər şirin xatadır.
Yaşatdı, qoymadı gülüncə bizi,
Nəydi bu, bəlaynan qarmaqarışıq.
Yanaşı görməzlər ölüncə bizi,
Çünki aramızda şirin sevgini
Şipşirin xataya bağışlamışıq
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah hava dəyişkən olacaq: Yağış və leysan gözlənilir
Sentyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 18-20° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə yağıntıların bir qədər güclənəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar...
07 Sentyabr 2026, 12:43
Tərtərdə 52 yaşlı kişi güllələnib
Tərtərdə 52 yaşlı kişinin güllələnməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Qeyd edək ki, hadisə Şıxarx qəsəbəsində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından güllə yarası alıb.Faktla bağlı araşdırma aparılır.
07 Sentyabr 2026, 12:11
Fəxri Uğurlu və Aqşin Yeniseyin doğum günü
Dahi ispan filosofu Xose Orteqa Qasset deyirdi: “Keçmiş tamamilə indidə büllurlaşır; mövcud olmuş heç bir şey yoxa çıxmır; vəfat etmişlərin damarları ona görə boşdur ki, onların qanı indi bizim gənc damarlarımızı doldurur”. Bu bədii obraz insan haqqında düşündürücü təsəvvür yaradır; bu təsəvvürə görə zaman keçdikcə formalaşan fərqləndirici cəhətlər bəşər “nəsli”ndə deyil, ayrı-ayrı fərdlərdə təcəssüm olunurlar. İnsan həyatının konkret hadisələrinin müəyyən etdiyi varlıq kimi insan ideyası sonralar qüvvətləndirildi və böyük filosofun sonrakı antropoloji fikrinin leytmotivlərindən birinə çevrildi. İnsan üçün yaşamaq ətraf aləmlə, coğrafi, siyasi və sosial mühitlə qarşılıqlı əlaqədə olmaq deməkdir. Bu dünya təkcə insanlardan deyil, ictimai həyat, müasir tendensiyalar, zamanın ruhu...
07 Sentyabr 2026, 12:01
Azərbaycan mədəniyyətinin İlham Rəhimli sütunu...
...Kənardan tələskən adam təəssüratı yaratsa da, əslində çox təmkinli və səbrlidir. İnsanlara dəyər verməyi bacarır. Kiməsə yuxarıdan aşağı baxmır, bu onun ruhuna, əxlaqına ziddir. Sadəliyini, təvazökarlığını həmişə qoruyub saxlaya bilir. Savadlı, məlumatlı, dünya görüşlü adamdır. Güclü düşünmə qabiliyyəti var. Çox zəhmətkeş və məhsuldardır. Səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalə yazıb. Sənətkarlara həsr olunmuş, onların ömür və yaradıcılıq yollarını əks etdirən müxtəlif kitablar ərsəyə gətirib, Azərbaycan teatrlarının tarixi haqda sanballı əsərlərin müəllifidir...Deyir ki:- “Mən rəssam olmaq istəyirdim. Bu sənətə təsadüf və şans nəticəsində gəlmişəm. Bəlkə indi çoxlarına inanılmaz görünür, amma həqiqətən...
07 Sentyabr 2026, 11:53
Xudayarın anası: Hamısını məhkəməyə verib təzminat alacam
Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova Bərdə sakinlərini narazı salması, şəhid anası statusundan sui-istifadə etməsi ilə bağlı iddialara cavab verib.Citypost.az xəbər verir ki, Modern.az-a danışan şəhid anası sosial şəbəkələrdə və bəzi media resurslarında bu barədə yayılan iddiaları təkzib edib. O həmin şəxsləri məhkəməyə verəcəyini dilə gətirib.“Allah qoysa, sabah həmin şəxslərin hamısı haqqında cinayət qaydasında məhkəməyə müraciət edəcəyəm. Mənim hansısa statusumdan istifadə etdiyimi, ev almağımı, dövlətdən torpaq almağımı və ya başqa nəsə əldə etdiyimi sübut etməsələr, onlardan təzminat tələb edəcəyəm”.Həmçinin, Rada Qurbanova Şuşada tarixi qayalara müxtəlif yazıların, şəhid adlarının, o cümlədən oğlu Xudayar Yusifzadənin adının qeyd olunmasına etiraz etdiyini bildirib. "O yazını...
07 Sentyabr 2026, 11:33
Çingiz Qənizadə: “Qarabağın hər daşı və qayası müqəddəsdir”
Son vaxtlar Qarabağa səfər edən bəzi vətəndaşların ərazilərdəki qayalıqlara, daşlara və ağacların gövdələrinə müxtəlif yazılar yazmasının şahidi oluruq.Citypost.az xəbər verir ki, bu sözləriDemokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq deputat, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.Sabiq deputat qeyd edib ki, 3 minə yaxın şəhidimizin qanı hesabına azad edilən Qarabağın hər daşı, qayası, meşəsi və torpağı xüsusi dəyərə malikdir.“Bu insanlar başa düşməlidirlər ki, 3 min şəhidimizin qanı hesabına azad edilmiş Vətənimizin hər daşı, qayası, meşəsi və torpağı müqəddəsdir. Onu incitmək, korlamaq, ərazini zibilləmək həm qanunla cəzalandırılır, həm də şəhidlərimizin ruhunu incidir. Təəssüf ki, bunu uşaqlar yox, böyüklər edir. Belə şəxslərin...
07 Sentyabr 2026, 10:27