Onilliklər sonra Vətəninə qayıdan bir qoca... Son Kəngərli...
Cəmiyyət 07 Sentyabr 2026, 16:21
3729
Əkbər xan Əmanulla xan oğlu Naxçıvanskinin həyat yolu Azərbaycanın XX əsr tarixinin ən ağrılı səhifələrindən birinə çevrilmiş talelərdən biridir. O, sadəcə zadəgan nəslinin nümayəndəsi deyildi. Onun ömrü Naxçıvanın siyasi və ictimai həyatının, müharibələrin, işğalın, repressiyaların və sürgünlərin içindən keçmişdi.
Əkbər xan 1873-cü ildə Naxçıvanda dünyaya gəlmişdi. Atası tam süvari generalı İsmayıl xanın oğlu, polkovnik Əmanulla xan Naxçıvanski idi. Anası isə Qarabağın məşhur şairəsi Xurşidbanu Natəvanın qızı Xanbikə idi.
Belə bir ailədə doğulan Əkbər xanın uşaqlıq illəri Naxçıvandan çox Şuşa ilə bağlı oldu. O, nənəsinin — Xan qızı Natəvanın — Şuşadakı evində böyüdü. Hələ erkən yaşlarından dillərə böyük maraq göstərirdi. Fransız, fars, rus və türk dillərini öyrənməsi onun dünyagörüşünün formalaşmasında mühüm rol oynadı.
Tiflisdə realnı məktəbi bitirdikdən sonra Naxçıvana qayıtdı. 1892-ci ildə əmisi Bəhman xanın qızı Aqiyə xanımla ailə qurdu.
Əkbər xan sonrakı illərdə Naxçıvanın ictimai-siyasi həyatında fəal rol aldı. 1910–1913-cü illərdə Naxçıvan şəhərinin başçısı, eyni zamanda İrəvan qəzasının 2-ci sahə polis rəisi kimi xidmət etdi.
Lakin onun həyatının ən ağır və eyni zamanda ən şərəfli səhifələri 1918–1919-cu illərə təsadüf etdi.
Andranikin daşnak dəstələri Naxçıvan torpaqlarına hücum edəndə Əkbər xan silaha sarılanlardan biri oldu. O, könüllü dəstələrə rəhbərlik edərək doğma yurdun müdafiəsində iştirak etdi. Bu mübarizə onun üçün sadəcə hərbi qarşıdurma deyildi. Bu, doğma torpağın, evin, ailənin və Vətənin müdafiəsi idi.
1920-ci ildə bolşeviklər Naxçıvanı işğal etdikdən sonra Əkbər xan da repressiyaya məruz qaldı. O, digər vətənpərvər silahdaşları ilə birlikdə həbs edildi. İnqilab komitəsinin qərarı ilə uzaq Sibirə sürgün göndərildi.
Sibir sürgünü onun üçün illərlə davam edən ölüm-qalım mübarizəsinə çevrildi. Soyuq, aclıq, ağır əmək, təhqir və işgəncələr... Bir çoxları bu cəhənnəmdən sağ çıxa bilmədi. Əkbər xan isə təsadüflərin və həyat uğrunda mübarizənin sayəsində sağ qaldı. Lakin onun üçün ən böyük mübarizə hələ qarşıda idi: Vətənə qayıtmaq.
Həmçinin oxuyun
Sürgündən qaçaraq başqa ad altında yaşamaq məcburiyyətində qalan Əkbər xan ölmüş bir rus əsgərinin pasportunu götürdü. Bu saxta kimliklə Orta Asiyaya gedərək illər əvvəl sürgün edilmiş övladlarını tapdı və onların yanına sığındı. Onilliklər keçdi...
Nəhayət, 1956-cı ildə Əkbər xan bəraət aldı. Ancaq bəraətin özü itirilmiş illəri geri qaytarmırdı. Qarşısında artıq 83 yaşlı bir qoca dayanmışdı. Buna baxmayaraq, onun ürəyində dəyişməyən bir arzu vardı: Naxçıvana qayıtmaq. Qayıtdı da...
83 yaşında ata-baba ocağına dönən Əkbər xan Əmanulla xan oğlu Naxçıvanski ömrünün son illərini doğma torpağında keçirdi. Sürgün onun həyatından uzun illər alsa da, Vətən sevgisini əlindən ala bilməmişdi. 1961-ci ildə Naxçıvanda vəfat etdi.
Beləcə, bir əsrə yaxın ömrün içindən keçən Əkbər xan Naxçıvanski özü ilə bütöv bir dövrün yaddaşını daşıdı. Onun taleyində Kəngərli nəslinin şöhrəti ilə yanaşı, Azərbaycanın işğallar, repressiyalar və sürgünlərlə dolu XX əsrinin ağrıları da yaşayırdı.
Sürgün onu Vətəndən ayırdı. Amma Vətən onun yaddaşından heç vaxt silinmədi...
Məcid Rəşadətoğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Lənkəranda şəhidlərin məzarı ziyarət olunub
Oktyabrın 24-də Vətən müharibəsi şəhidləri Abbasov Murad Vasif oğlunun və Məmmədli Elməddin Anar oğlunun anım günüdür.Citypost.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin Şıxakəran və Velədi kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!...
24 Oktyabr 2026, 15:46
Bakıda leysan yağacaq, şimşək çaxacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
24 Oktyabr 2026, 14:52
Hüseyn Cavidin anadan olduğu gündür
Bu gün Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin (1882–1941) anadan olduğu gündür. "Şərqin Şekspiri", "Cavid Əfəndi" təxəllüsləri ilə anılan ədibimizin əsl adı və soyadı Hüseyn Rasizadədir. Hüseyn Cavid Azərbaycan Respublikasının sabiq Baş Naziri Artur Rasizadə ilə qohumluq əlaqələrinə malikdir. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmış və ədəbiyyat xəzinəmizə bir-birindən dəyərli dram əsərləri bəxş etmişdir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan...
24 Oktyabr 2026, 14:13
Kafedəki davada saxlanılan deputat oğlunun FOTOSU
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.Citypost.az Unikala istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
24 Oktyabr 2026, 14:10
Kəmaləddin Heydərov baş leytenanta yeni vəzifə verdi
Fövqəladə Hallar Nazirliyində yeni təyinat baş tutub.Citypost.az Yurdmedia-ya istinadən xəbər verir ki, İbrahim Məsimov FHN Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilib. Baş leytenant İbrahim Məsimov 2022-ci ildən yeni təyinata qədər qurumda növbə rəisi vəzifəsində çalışıb.
24 Oktyabr 2026, 13:56
Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi
Cəlilabad bələdiyyəsinin rəhbərliyində dəyişiklik olub.Citypost.az Modern.az-a istinadən, bələdiyyədə keçirilən iclasda sədr müavini Rafiq Rüstəmov yeni sədr seçilib. Bu barədə özü xəbəri saytımıza təsdiqləyib.O, səs çoxluğu ilə yeni vəzifəyə layiq görülüb.Qeyd edək ki, bələdiyyənin əvvəlki sədri Vahid Mirzəyev Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu səbəbdən o, bələdiyyə sədri vəzifəsindən istefa verib....
24 Oktyabr 2026, 13:39