İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
Cəmiyyət 08 Sentyabr 2026, 12:05
352
Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovaya təbrik ünvanlayıb.
Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:
Hörmətli xanım Prezident, Şimali Makedoniya Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Xoş ənənələr üzərində qurulan Azərbaycan-Şimali Makedoniya dövlətlərarası əlaqələrinin və tərəfdaşlığının möhkəmlənməsi və ildən-ilə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Həmçinin oxuyun
Bu gün tərəfdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Şimali Makedoniya arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ADSEA: Su ehtiyatları iqlim dəyişikliklərinin ciddi təzyiqi ilə üzləşir
Azərbaycanın su ehtiyatları iqlim dəyişikliklərinin təzyiqi altındadır.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) ikincü günüdə çıxışı zamanı deyib.Onun sözlərinə görə, daha uzunmüddətli quraqlıqlar, daha şiddətli sel və daşqın hadisələri, eləcə də intensiv yağıntılar iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kənd təsərrüfatına, şəhər infrastrukturuna və əhalinin rifahına ciddi təsir göstərir: "Eyni zamanda, bütün dünyada sürətlə gedən urbanizasiya və köhnələn infrastruktur bu hadisələrin nəticələrini getdikcə daha da mürəkkəbləşdirir. Bu kontekstdə erkən xəbərdarlıq sistemlərinin tətbiqi yalnız texnoloji yenilik deyil, həm də iqlimə dayanıqlılığın artırılması və fəlakət risklərinin azaldılması tədbirlərinin...
08 Sentyabr 2026, 12:14
YAP-ın VIII Qurultayına hazırlıq başlayıb
Yeni Azərbaycan Partiyasının VIII Qurultayına hazırlıq başlayıb.APA xəbər verir ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir.Konfranslarda rayon təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti qiymətləndirilir, YAP-ın VIII Qurultayına nümayəndələr seçilir.Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır.YAP-ın VII qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti - VIII Qurultay bu il keçirilməlidir.YAP-ın VIII Qurultayının tarixi partiyanın İdarə Heyətinin iclasında müəyyənləşəcək....
08 Sentyabr 2026, 12:02
Bakıda 26 yaşlı oğlan daş karxanasında ölüb
Bakıda daş karxanasında 26 yaşlı oğlan ürək çatışmazlığından ölüb.Citypost.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda baş verib.Məlumata görə, 2000-ci il təvəllüdlü S.Abbasov işlədiyi Qızıldaş qəsəbəsindəki daş karxanasında ürək çatışmazlığından ölüb.Faktla bağlı araşdırma aparılır. (APA)
08 Sentyabr 2026, 12:00
Xanımı ilə quru çörək, ət üzünə həsrət qalan, tramvaya pul tapmayan Habil Əliyevin maraqlı sevgi hekayəsi….
Habil Əliyevin atası 30-cu illərdə qolçomaq kimi tutulub həbsdə vəfat edir. Böyük qardaşı müharibəyə gedir. Ailəni – böyük külfəti 13 yaşlı Habil dolandırmalı olur. 6 yaşından öyrəndiyi kamança ifası 13 yaşında ona çörəkpulu qazandırır. “Bəzi qohumlar məni dindirmirdi ki, Habil Ağdaşda kamança çalıb bizim adımızı batıracaq. İllər sonra həmin qohumlarım Bakıya gəlib, xahiş edirdilər ki, filan problemimizi həll et, səni eşidərlər”, - deyə ifaçı xatırlayırdı.Habil Əliyev ifaçı kimi dəvət olunduğu toyda Şərqiyyə adlı qızı görüb bəyənir. Baxır ki, ətrafdakı qadınlar bunu anlayıb qıza xəbər veriblər. Amma qız qətiyyətlə bildirir ki, Habil Əliyev musiqi təhsili almasa, onunla ailə qurmayacaq. Habil Əliyev də...
08 Sentyabr 2026, 11:30
Muxtar Babayev: "Kənd təsərrüfatında iqlim davamlılığı fermerə qədər çatmalıdır"
Kənd təsərrüfatında iqlim davamlılığı fermerə qədər çatmalıdır."Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) ikinci günündə çıxışı zamanı deyib.Onun sözlərinə görə, kənd təsərrüfatı üçün bəlkə də ən böyük çağırış qeyri-müəyyənlikdir: "Bu, nə vaxt əkin aparacağımıza, nə qədər suyun əlçatan olacağına, hansı məhsulların yetişdirilə biləcəyinə və fermerlərin arxayınlıqla planlaşdırma aparıb investisiya qoyub-qoya bilməyəcəyinə təsir edir. Su bu çağırışın mərkəzində dayanır. Kənd təsərrüfatı yalnız kifayət qədər suyun olmasından deyil, həm də həmin suyun ehtiyac duyulduğu anda əlçatan olmasından asılıdır. Su sistemlərinin sərhədləri aşdığı və ölkələri birləşdirdiyi regionumuzda suya davamlılığın yaradılması...
08 Sentyabr 2026, 11:15
“Lux Residence" vergidən bu yolla yayınır? — Keçmiş əməkdaşından şok ittiham
Qubadlı rayonunun Mahruzlu kənd sakini Əliyev Baxşəli Əli oğlu Baş Prokuror Kamran Əliyevə müraciət edib. CityPost.az xəbər verir ki,şikayətçi Baxşəli Əliyev "Unikal"a açıqlamasında bildirib ki, çalışdığı “Lux Residence" tikinti şirkəti onu qanunsuz olaraq işdən çıxarıb:"Bildirirəm ki, “Qarabağ Müharibə” veteranı, II qrup əliləm. Səhhətim işləməyə hələ ki, imkan verir. Aldığım pensiya müalicə xərclərimi ödəmədiyindən sağlamlığımın imkan verdiyi qədər işləmək qərarına gəlib “Lux Residence" tikinti şirkətində sınaq müddəti ilə işə binaya komendant işinə qəbul olunmuşdum. Bir neçə gün işlədikdən sonra burada çalışan satış üzrə menecer Gültəkin Məmmədzadə əməkhaqqının qeyri-qanuni olaraq vergidən yayınmaqla ödənilməsini mənə bildirdi. Dedi ki, işçilərə əməkhaqqı iki formada verilir. Birinci...
08 Sentyabr 2026, 11:13