Bizə yazın

Baku

-°C

USD

-

ADSEA: Su ehtiyatları iqlim dəyişikliklərinin ciddi təzyiqi ilə üzləşir 

Cəmiyyət 08 Sentyabr 2026, 12:14

3626

Azərbaycanın su ehtiyatları iqlim dəyişikliklərinin təzyiqi altındadır.

Citypost.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) ikincü günüdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, daha uzunmüddətli quraqlıqlar, daha şiddətli sel və daşqın hadisələri, eləcə də intensiv yağıntılar iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kənd təsərrüfatına, şəhər infrastrukturuna və əhalinin rifahına ciddi təsir göstərir: "Eyni zamanda, bütün dünyada sürətlə gedən urbanizasiya və köhnələn infrastruktur bu hadisələrin nəticələrini getdikcə daha da mürəkkəbləşdirir. Bu kontekstdə erkən xəbərdarlıq sistemlərinin tətbiqi yalnız texnoloji yenilik deyil, həm də iqlimə dayanıqlılığın artırılması və fəlakət risklərinin azaldılması tədbirlərinin mühüm tərkib hissəsidir".

X. Məmmədov bildirib ki, Azərbaycanda da su ehtiyatlarının iqlim dəyişmələrinə həssaslığı fonunda adaptasiya tədbirlərinin həyata keçirilməsi xüsusilə aktualdır: "Ölkəmiz transsərhəd çaylardan kəskin asılıdır və iqlim dəyişikliyi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni çətinliklər yaradır. Eyni zamanda, Xəzər dənizinin səviyyəsindəki tərəddüdlər, regionun su ehtiyatlarının azalması, buzlaqların sahəsinin və həcminin kiçilməsi, yağıntı rejimlərinin dəyişməsi kimi amillər su ehtiyatlarına əlavə təzyiq yaradır".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Lənkəranda şəhidlərin məzarı ziyarət olunub

Oktyabrın 24-də Vətən müharibəsi şəhidləri Abbasov Murad Vasif oğlunun və Məmmədli Elməddin Anar oğlunun anım günüdür.Citypost.az  xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin Şıxakəran və Velədi kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!...

24 Oktyabr 2026, 15:46

Bakıda leysan yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

24 Oktyabr 2026, 14:52

Hüseyn Cavidin anadan olduğu gündür

Bu gün  Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin (1882–1941) anadan olduğu gündür. "Şərqin Şekspiri", "Cavid Əfəndi" təxəllüsləri ilə anılan ədibimizin əsl adı və soyadı Hüseyn Rasizadədir. Hüseyn Cavid Azərbaycan Respublikasının sabiq Baş Naziri Artur Rasizadə ilə qohumluq əlaqələrinə malikdir. Hüseyn Cavid daha çox dramaturq kimi  tanınmış və ədəbiyyat xəzinəmizə bir-birindən dəyərli dram əsərləri bəxş etmişdir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan...

24 Oktyabr 2026, 14:13

Kafedəki davada saxlanılan deputat oğlunun FOTOSU

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.Citypost.az  Unikala istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

24 Oktyabr 2026, 14:10

Kəmaləddin Heydərov baş leytenanta yeni vəzifə verdi 

Fövqəladə Hallar Nazirliyində yeni təyinat baş tutub.Citypost.az  Yurdmedia-ya istinadən xəbər verir ki, İbrahim Məsimov FHN Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilib.  Baş leytenant İbrahim Məsimov 2022-ci ildən yeni təyinata qədər qurumda növbə rəisi vəzifəsində çalışıb.

24 Oktyabr 2026, 13:56

Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi

Cəlilabad bələdiyyəsinin rəhbərliyində dəyişiklik olub.Citypost.az Modern.az-a istinadən, bələdiyyədə keçirilən iclasda sədr müavini Rafiq Rüstəmov yeni sədr seçilib. Bu barədə özü xəbəri saytımıza təsdiqləyib.O, səs çoxluğu ilə yeni vəzifəyə layiq görülüb.Qeyd edək ki, bələdiyyənin əvvəlki sədri Vahid Mirzəyev Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu səbəbdən o, bələdiyyə sədri vəzifəsindən istefa verib....

24 Oktyabr 2026, 13:39