Bizə yazın

Baku

-°C

USD

-

Ağdaşda fövqəladə hallarda risklərin idarə olunması ilə bağlı tədbir keçirilib 

Cəmiyyət 08 Sentyabr 2026, 17:30

3423

Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının birgə təşkilatçılığı ilə Ağdaş rayonunda “Əməyin mühafizəsi, texniki təhlükəsizlik, fövqəladə hallara hazırlıq və risklərin idarə olunması” mövzusunda “dəyirmi masa” keçirilib.

Citypost.az xəbər verir ki, tədbirdə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin tabeliyində fəaliyyət göstərən “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin, Ağdaş Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, sahibkarlıq subyektlərinin nümayəndələri, eləcə də SƏTƏMM üzrə mütəxəssislər iştirak ediblər.

“Dəyirmi masa”da Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarların texniki təhlükəsizlik və əməyin mühafizəsi sahəsində qarşılaşdıqları problemlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, fövqəladə hallara hazırlıq və risklərin idarə olunması ilə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə əməyin mühafizəsi və təhlükəsiz iş mühitinin yaradılması, texniki təhlükəsizlik tələblərinə riayət olunması, istehsalat və xidmət sahələrində risklərin idarə edilməsi, fövqəladə hallara hazırlıq, yanğın təhlükəsizliyi və ilkin davranış qaydaları barədə məlumat verilib.

Həmçinin, AZS ISO 45001:2021 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər” dövlət standartının müəssisələrdə tətbiqi, “Vision Zero” modelinin təşviqi, sahibkarların qanunvericilikdən irəli gələn öhdəlikləri və preventiv tədbirlərin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Görüş çərçivəsində sahibkarların sualları cavablandırılıb, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi sahəsində mövcud problemlərin qarşısının alınması istiqamətində fikir və təkliflər dinlənilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Lənkəranda şəhidlərin məzarı ziyarət olunub

Oktyabrın 24-də Vətən müharibəsi şəhidləri Abbasov Murad Vasif oğlunun və Məmmədli Elməddin Anar oğlunun anım günüdür.Citypost.az  xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin Şıxakəran və Velədi kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!...

24 Oktyabr 2026, 15:46

Bakıda leysan yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

24 Oktyabr 2026, 14:52

Hüseyn Cavidin anadan olduğu gündür

Bu gün  Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin (1882–1941) anadan olduğu gündür. "Şərqin Şekspiri", "Cavid Əfəndi" təxəllüsləri ilə anılan ədibimizin əsl adı və soyadı Hüseyn Rasizadədir. Hüseyn Cavid Azərbaycan Respublikasının sabiq Baş Naziri Artur Rasizadə ilə qohumluq əlaqələrinə malikdir. Hüseyn Cavid daha çox dramaturq kimi  tanınmış və ədəbiyyat xəzinəmizə bir-birindən dəyərli dram əsərləri bəxş etmişdir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan...

24 Oktyabr 2026, 14:13

Kafedəki davada saxlanılan deputat oğlunun FOTOSU

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.Citypost.az  Unikala istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

24 Oktyabr 2026, 14:10

Kəmaləddin Heydərov baş leytenanta yeni vəzifə verdi 

Fövqəladə Hallar Nazirliyində yeni təyinat baş tutub.Citypost.az  Yurdmedia-ya istinadən xəbər verir ki, İbrahim Məsimov FHN Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilib.  Baş leytenant İbrahim Məsimov 2022-ci ildən yeni təyinata qədər qurumda növbə rəisi vəzifəsində çalışıb.

24 Oktyabr 2026, 13:56

Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi

Cəlilabad bələdiyyəsinin rəhbərliyində dəyişiklik olub.Citypost.az Modern.az-a istinadən, bələdiyyədə keçirilən iclasda sədr müavini Rafiq Rüstəmov yeni sədr seçilib. Bu barədə özü xəbəri saytımıza təsdiqləyib.O, səs çoxluğu ilə yeni vəzifəyə layiq görülüb.Qeyd edək ki, bələdiyyənin əvvəlki sədri Vahid Mirzəyev Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu səbəbdən o, bələdiyyə sədri vəzifəsindən istefa verib....

24 Oktyabr 2026, 13:39