Bizə yazın

Baku

-°C

USD

-

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb 

Cəmiyyət 08 Sentyabr 2026, 16:44

242

“Gənclik Mall” ticarət mərkəzində bir neçə dəqiqə əvvəl yaranmış texniki xəta səbəbindən xəbərdarlıq sistemi işə düşüb.

Citypost.az  xəbər verir ki, ticarət mərkəzindən verilən məlumata görə, hazırda ticarət mərkəzində hər şey qaydasındadır.

Ticarət mərkəzi yaranmış müvəqqəti narahatlığa görə ziyarətçilərdən üzr istəyib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Anar Əsədli barəsində qərar verilib 

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Citypost.az  xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, birinci instansiyasiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Anar Əsədli 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə...

08 Sentyabr 2026, 16:50

İrəvan Rusiyadan Avrasiya İqtisadi İttifaqına şikayət edib 

İrəvan Rusiyanın Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi İttifaqına (Aİİ) şikayətlə müraciət edib."Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə brifinqdə ölkənin iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan bildirib.Onun sözlərinə görə, məsələyə yalnız Ermənistan və Rusiya arasındakı təmaslar çərçivəsində deyil, həm də bu cür ticarət maneələrinin aradan qaldırılması üçün mexanizmlərin mövcud olduğu Aİİ çərçivəsində baxılır."Biz şikayət etmişik. Ümid edirik və əminik ki, maneələrin aradan qaldırılması üçün mexanizmlər işləyəcək", - Qasparyan bildirib.O qeyd edib ki, Ermənistan tərəfinin fikrincə, tətbiq edilən məhdudiyyətlər Aİİ çərçivəsində qüvvədə olan razılaşmalarla və prinsiplərlə uyğun gəlmir."Bizim fikrimizcə, bu maneələr Aİİ çərçivəsində əldə olunmuş razılaşmalara...

08 Sentyabr 2026, 16:18

Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanılıb

Polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin gücləndirilməsi istiqamətində profilaktik tədbirlər davam etdirilir.Citypost.az  xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti tədbirlər zamanı motoxuliqanlıq edən, yüksək səs-küy yaradaraq sakinlərin rahatlığını pozan, eləcə də sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 30 sürücü saxlanılıb.Tədbirlər zamanı, həmçinin nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edərək əlavə işıq və səsboğucu qurğular quraşdıran 12, narkotik vasitənin təsiri altında avtomobil idarə edən 2 sürücü barəsində inzibati protokollar tərtib olunub.Abşeron rayonunda bu istiqamətdə nəzarət-profilaktik...

08 Sentyabr 2026, 16:08

Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib 

Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi, beynəlxalq standartların tətbiqi, vahid yanaşmanın formalaşdırılması və rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib.Ədliyyə Nazirliyindən  C verilən xəbərə görə, Məhkəmə Ekspertlərinin Reyestri məhkəmə ekspertləri haqqında məlumatların vahid məlumat bazasında toplanmasını, sistemləşdirilməsini və ictimaiyyət üçün əlçatanlığını təmin edən elektron informasiya resursudur.Reyestr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılır, aparılır və idarə olunur.Reyestrin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 may tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması Qaydaları” ilə tənzimlənir.Hazırda Reyestr fəaliyyət göstərir və Ədliyyə Nazirliyinin (justice.gov.az), eləcə də Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin (expert.gov.az)...

08 Sentyabr 2026, 16:00

Ceyhun Bayramov İƏT-in yeni Baş katibini Azərbaycana səfərə dəvət edib 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsmayıl uld Şeyx Ahmedi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və onu Azərbaycana səfərə dəvət edib.Citypost.az İƏT-in "X" sosial şəbəkəsindəki paylaşıma istinadən xəbər verir ki, bu barədə C.Bayramovun yeni baş katibə təbrik məktubunda bildirilib."Ceyhun Bayramov həmçinin əminliyini bildirib ki, baş katibin rəhbərliyi altında və onun geniş diplomatik və beynəlxalq təcrübəsi sayəsində İƏT öz məqsədlərinə çatmağa, üzv dövlətlər arasında birliyi, həmrəyliyi və əməkdaşlığı möhkəmləndirməyə, eləcə də müsəlman dünyasının qarşısında duran ümumi problemləri həll etməyə davam edəcək", - məlumatda bildirilib.Nazir qeyd edib ki, Bakı İƏT-in Baş Katibliyi ilə səmərəli əməkdaşlığı, təşkilatın...

08 Sentyabr 2026, 15:49

İnarə Mirhəsənova müşavir təyin olundu

TƏBİB-in İcraçı direktoruna müşavir təyin edilib.TƏBİB-dən Citypost.az verilən xəbərə görə, bu vəzifəyə İnarə Vaqif qızı Mirhəsənova təyin olunub.O, yeni təyinatından əvvəl “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində çalışıb.Bildirilib ki, İnarə Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənmə ilə başa vurub.Qeyd edilib ki, peşəkar fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar, strateji planlaşdırma və korporativ idarəetmə istiqamətlərində geniş təcrübə qazanıb. Karyerasının son 10 ilini PAŞA Qrupunda davam etdirərək Qrupun müxtəlif şirkətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib....

08 Sentyabr 2026, 14:19