Bizə yazın

Baku

-°C

USD

-

Zəfərimizin 27 sentyabr tarixi   -Ramidə Yaqubqızı İMZASI

Cəmiyyət 27 Sentyabr 2026, 10:56

504

2019-cu il idi. Oğlumla avtobusda gedirdik. Bu, o zamanlar idi ki, hər bir vətəndaş, vətən övladı yalnız qisas və qələbə əzmi ilə yaşayırdı. Qəlblərdə və düşüncələrdə olduğu kimi, bir çox elan xarakterli yazılarda da bu ruhda çağırışlar vardı. Oğlumun qəfil dediyi sözlərə əvvəlcə çaşdım. “Ana, ora bax, yazılıb ki, “Bütün yollar Qarabağa aparır”. Aparmır axı, biz ora gedə bilmirik. Ermənilər var"...

Gözümü monitordakı cümlədən çəkmədən dedim:"Aparacaq, az qalıb, lap az".

Bu əhvalat sentyabr ayında olmuşdur. Cəmi bir il sonra, bütün yollar, arzular, diləklər bizi Qarabağa apardı. Apardıkı, yarım qalan arzulara, həsrətli baxışlara, yurd-ocaq itkisinə son qoysun. 

İndi mənim oğlum da hərbçi olmaq istəyir, bu onun arzusudur. Deməli, 30 illik işğal dövrü nəinki, yaşlı və orta nəslə, elə uşaq və gənclərə də vətənpərvərlik eşqini aşılayıb. Ötən bu illər ərzində millət olaraq sadəcə, torpaq itkisinin ağrısını yaşamamışıq. Həm də, mübariz ruhda nəsil yetişdirmişik. 

Yenə də sentyabr ayıdır-müqəddəs Sentyabr! 27- si tarixdə başlayan Vətən müharibəsindən 6 il keçir.

İllər, qərinələr, əsrlər keçsə də, 44 günlük Vətən müharibəsi dünya hərb tarixinə öz gerçəkləri və döyüş taktikası ilə möhürlənib.

Bu, bir xalqın öz dövləti ilə yumruq kimi birləşib necə mücadilə aparmasının göstəricisidir. 27 sentyabr tarixi həm də, illərlə köz bağlayan yaralarımıza, 30 illik həsrətimizə məlhəm oldu. Xalqın qisas hissi, azadlıq yanğısı və bütöv dövlət modeli məhz bu tarixdə reallığa çevrildi.

Elə ilk gündən düşmənin bütün cəbhəboyu hücumlarının qarşısı Azərbaycan əsgəri, qəhrəman, yenilməz oğlu tərəfindən alındı. Bizim ordumuz 44 gün ərzində bir addım olsun geri çəkilmədi. Düşmənin üzərinə gözünü qırpmadan şığıdı. İlk növbədə ürəyi, zehni və düşüncəsi ilə döyüşdü. Elə ona görə də, Azərbaycan ordusunun bir nəfər fərarisi olmadı. 

Yumruq kimi birləşib, eyni ürəkdə döyünüb, bir canda-Azərbaycanda cihada qalxan igid oğullarımız tarixin ən şərəfli səhifəsinə adını yazdı. Əzəli, əbədi yurd yerlərimizi, Vətən torpağını yağı tapdağından azad etdi. Bütün varlığı ilə döyüşdü. Yaralandı, amma yenə də döyüş əzmindən qalmadı. Yarasına Vətən sevgisini məlhəm edib, davam etdi. Şəhid oldu! Müqəddəs məqama yüksəldi. Özü ilə bərabər, azad Azərbaycanı da aydın səmalara qovuşdurdu. Cənnətməkana çevirdi. Azərbaycan əsgəri böyük Zəfərə imza atdı, qanı-canı bahasına. 

Bir zamanlar top-tüfəng səsindən qulaq tutulan, düşmən əsarətində olan Qarabağ və Şərqi Zəngəzur bölgəsini körpə gülüşləri bəzəyir. Dirçələn ərazilər yeni növrağını yaşayır. Şəhid qanı axan torpaqlarda çiçək açan arzular köhnə ünvanlarda yeni reallıqlar yaradır. Didərgin ruhlar geri, doğma ocağına qayıdır.

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Eyni zamanda, bütöv, müstəqil Azərbaycanın təməlini, bünövrəsini qoydu. Dünyaya sübut etdi ki, işğal edilən torpaqlarını öz gücünə, üçüncü tərəfin köməyi və dəstəyi olmadan azad etdi. Sülhpərvər dövlət olaraq məğlub düşmən tərəfinə barışıq əlini uzatdı. Müharibə bitməsinə baxmayaraq, hələ də Qarabağda qalan seperatçı qüvvələrə silahı yerə qoyub, ərazilərimizi könüllü tərk etmələri üçün şərait yaratdı. 

Lakin xain xoflu olar deyiblər. Düşmən tərəfin ərazilərimizdə gizlənən silahlı tör-töküntüləri yenə də öz xain xislətini büruzə verirdi. Darmadağın edilən Ermənistan ordusunun aqibətini görsələr də, 11 min nəfərdən çox fərariləri olsa da , yenə də işğalçılıq əməllərindən əl çəkmək istəmirdilər. Gizli yollarla Qarabağa silah-sursat daşımağa davam edirdilər. Nəticədə, yüzlərlə insan mülkü və hərbi şəxslər minaların qurbanına çevrilirdi. Görünür, Azərbaycanın dəmir yumruğundan dərs çıxarmamışdılar. 

Səbr kasası dolan Azərbaycan dövləti 2023-cü il 19 sentyabr tarixində həyata keçirdiyi, cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində düşmən qüvvələrini silahı yerə qoyub, təslim olmağa  məcbur etdi. Beləliklə də, 30 illik işğal dövründə əzəli və əbədi torpaqlarımızda kök salmış düşmən qüvvələri tamamilə təmizləndi. 

Xankəndi də başqa olmaqla Xocalı, Ağdərə və digər yurd yerlərimizdə də Azərbaycan Bayrağı ən uca zirvələrdə dalğalandı. Ardınca, Ali Baş Komandan, Prezident İlham Əliyevin də iştirakı ilə Xankəndidə keçirilən Zəfər paradı bir çox qaranlıq mətləblərə işıq saldı. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi, bütöv, müstəqil dövlət kimi Cənubi Qafqazın aparıcı dövlətinə və söz sahibinə çevrildi. İndi dövlətimizin imzalar içində imzası var. 

Sentyabrda başlayan qələbə əzmi və cəmi 44 gün davam edən Vətən müharibəsi öz döyüş taktikası ilə dünya hərb tarixində yeni səhifə açdı. Artıq Azərbaycan bir çox sahələrdə dünyanın əksər dövlətlərinin diqqət mərkəzindədir. Bizimlə dost, tərəfdaş olmağa can atan ölkələrin sayı durmadan artır. Ölkədəki inkişaf və yüksəliş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin yenidən tikilib, bərpa edilən kənd və şəhərlərində öz təsdiqini tapır. 

Beləcə, Qarabağda başlayan qələbələr yayla payızın qovuşuğunda qərarlaşan sentyabrı müqəddəs aya çevirməklə yanaşı, həm də qürur və fəxarət tariximiz oldu. 

Şəhidlərimizin ruhu şad olsun! 

Ramidə YAQUBQIZI

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Lerikdə 3,2 maqnitudalı zəlzələ olub 

Lerikdə 3,2 maqnitudalı zəlzələ olub.Bu barədə  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.Yerli vaxtla saat 11:14 Lerik stansiyasından 16 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Ocağı 23 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

27 Sentyabr 2026, 11:43

 “Operasyon”ların birini də bu zırcahil troll dəstəsinə qarşı keçirməlidirlər - Rəşad Məcid

Ən qorxulu trol cahil troldur.CityPost.az  xəbər verir ki,bunu Mətbuat Şurasının sədri Rəşad Məcid yazıb."Türkiyənin obyektiv jurnalistlərinin ürəyi soyumur, belələrini zırcahil adlandırırlar. Bizdə “zırdəli” sözü olduğu kimi.İndi bu zırcahil trollar Azərbaycan-Türkiyə qardaşlığına zədə vurmağa, xələl gətirməyə çalışırlar. Öz küt düşüncələri ilə Azərbaycana yol göstərir, ağıl verirlər.Bu məqamda qardaş ölkənin rəsmi dairələri, hüquq-mühafizə orqanları, əgər səmimidirlərsə, dövlətlərarası münasibətləri zədələyən bu zırcahil troll dəstəsinə öz kəskin münasibətlərini göstərməlidirlər. Son vaxtlarda sosial media fenomenlərinə, influenserlərə, müğənnilərə və s. qarşı tez-tez şahidi olduğumuz “operasyon”ların birini də bu zırcahil troll dəstəsinə qarşı keçirməlidirlər.Belədə suyu bulandıranların kimlər olduğu aydınlaşar",-deyə R.Məcid fikrini yekunlaşdırıb.Nigar...

27 Sentyabr 2026, 10:40

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar.CityPost.az  xəbər verir ki, dövlət başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib.Sonra birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini dərin hörmətlə anıb.

27 Sentyabr 2026, 10:30

“Dünya sənin, dünya mənim, dünya heç kimin...”  

Söhbətimə xalq şairi Məmməd Arazın məşhur şeirindəki bu misrayla başlamağım heç də əbəs deyil. Çünki aforizmə çevrilən bu misrada həqiqət gizlənir. Elə bir həqiqət ki, onu milyon illərdir hamı anlayır, amma hər kəsə özündən sonra irs saxlamaq səadəti nəsib olmur... Bəli, bu dəfə sizə qısa ömründə böyük bir ədəbi irs yaradan bir alimdən danışmaq istəyirəm- mərhum Buludxan Xəlilovdan. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova) onun haqqında yazır: “Mötəbər elmi məclislərdə ciddi söz sahibi olan filologiya elmləri doktoru, professor Buludxan Xəlilov gənc yaşlarından elmi, təfəkkürü, yazdığı qiymətli əsərləri ilə elmi ictimaiyyətdə tanınaraq böyük nüfuz...

27 Sentyabr 2026, 10:27

ZƏFƏRƏ GEDƏN YOLUMUZ: 44 GÜNDƏN SUVERENLİYƏ, SUVERENLİKDƏN MİLLİ YADDAŞA- Sayman Aruz yazır 

Sayman ARUZ27 sentyabr 2020-ci il Azərbaycan tarixinin yalnız bir müharibənin başlanğıc tarixi kimi qiymətləndirilməməlidir. Bu tarix uzun illər ərzində formalaşmış siyasi iradənin, diplomatik fəaliyyətin, ordu quruculuğunun, milli həmrəyliyin və tarixi yaddaşın bir nöqtədə birləşdiyi gün kimi yadda qaldı.Otuz ilə yaxın davam edən Qarabağın erməni terror dəstələri tərəfindən işğalı Azərbaycan cəmiyyətinin siyasi yaddaşında yalnız ərazi itkisi kimi deyil, həm də yarımçıq qalmış, tamamlanmamış milli məsələ kimi yaşayırdı. 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsi isə bu uzun mərhələnin hərbi-siyasi nəticəsini ortaya qoydu. Qırx dörd gün davam edən müharibədən sonra Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini igidlərinin rəşadəti və Ali Baş komandanın müdrik...

27 Sentyabr 2026, 10:18

Bu mübarizədə Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirdi  - Milli Məclisin deputatı Ceyhun Məmmədov

27 Sentyabr – Azərbaycan xalqının yaddaşında dərin iz buraxan, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinin yad edildiyi müqəddəs bir gündür.2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan mübarizə başladı.Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük şücaət və qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda mübarizə apardı. Ordumuzun hər bir əsgər və zabiti öz vəzifəsini böyük fədakarlıqla yerinə yetirdi. Arxa cəbhədə isə xalqımız əsgər və zabitlərimizin ətrafında sıx birləşərək əsl...

27 Sentyabr 2026, 10:12