Hicabın bir üzü parçadır, bir üzü niyyət! -Orxan Saffari
Cəmiyyət 26 Sentyabr 2026, 12:42
489
Azərbaycanda istər təhsil sahəsində, istərsə də elə ümumən hicabı qadağan etməkdən, bunu istəməkdən absurd, zərərli heç nə yoxdur.
Ümumiyyətlə, mahiyyət etibarilə hicaba təkcə dini bir davranış kimi baxmaq olmaz.
Konkret desək, hicab təkcə baş örtüyü yox, qadının qəlbində ən ülvi hisslərin qoruyucusudur.
Başqa sözlə, hicab təkcə geyim deyil, hicab bir haldır, niyyətdir, həddir və həya dilidir.
Ümumiyyətlə, qadın üçün həya baxışda başlayır, sözdə davam edir, davranışda tamamlanır.
Möminə bir xanım üçün isə həya həm də hicabdır, hicablı baxışlar, sözlər, davranışlardır.
Obrazlı və poetik yanaşsaq, məsələn, hicab təkcə küləyin saçlara toxunmasına qoyulan sərhəd də deyil. O, həm də qadın ruhuna toxunan hər baxış qarşısında çəkdiyi incə bir pərdədir.
Xülasə, hicab iffətdir və ismətdir!
Başqa sözlə, hicab qadına necə görünməyi yox, necə yaşamağı öyrədir.
Əgər bir qadın belə yaşamaq istəyirsə, bunu seçirsə, niyə də yox?
Məgər azadlıq həm də bunu təlqin etmirmi?
Soyunmağın seçim olduğu dünyada geyinmək adicə bir istək ola bilmirmi?
Modern yanaşsaq belə, hicab yenə də köhnəlməyən, bahalı bir aksessuardır.
Əlbət, bu, birmənalı və qeyd-şərtsiz belədir:
Hicabın bir üzü parçadır, bir üzü niyyət!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah 33 dərəcə isti olacaq
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.Citypost.az-a verilən məlumata görə, sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Əsasən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq....
26 Sentyabr 2026, 13:16
Sivilizasiyaya pəncərədən baxan zahid - Fəxri Uğurlu
Məbəddən emalatxanayaUilyam Folknerin “Ayı” povesti haqqındaFəxri UğurluPovestdə meşə, təbiət həyatın baş qəhrəmanı kimi təqdim olunur. İnsanlara elə gəlir meşə onların mülküdür, onu istədikləri kimi alıb-sata bilərlər, ancaq əslində insan təbiətin yox, təbiət insanın yiyəsidir. Meşə anasına güllə atan hər kəsi analıqdan məhrum eləyir. Ovçu gərək, Vaqif Səmədoğlu demiş, ayının gözüylə də özünə baxmağı bacarsın. Şübhəsiz, meşə ayıdan baxanda özünü daha yaxşı görür, quşların səsi, qarışqaların səssizliyi ana təbiəti insan ağlından daha dəqiq, daha sərrast ifadə eləyir. Ovçu meşənin insan üzünə çoxdan bağlanmış harmoniyasına yol tapmağa çalışır, ancaq təbiətə tuşladığı hər güllə onu qoynuna dalmaq istədiyi panteistik cənnətdən, özünü təbiətdə əritmək...
26 Sentyabr 2026, 12:29
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub.
26 Sentyabr 2026, 11:30
Azərbaycan və Rusiya sənaye və energetika sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novakla görüşüb.Nazirlər Kabinetindən Citypost.az -a verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.Görüş zamanı, xüsusilə ticarət-iqtisadi sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.Tərəflər sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
26 Sentyabr 2026, 11:25
Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib
Rusiyada dron hücumu nəticəsində ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib.APA-nın yerli bürosunun xəbərinə görə, mərhum Ucar rayonunun Boyat kəndində dəfn olunacaq.Qeyd edək ki, hadisə Rusiyanın Bryansk vilayətində baş verib. Belə ki, 1977-ci il təvəllüdlü Hüseyn Əlimusa oğlu Mussaliyevin avtomobilinə dron zərbəsi endirilib, o, aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.
26 Sentyabr 2026, 11:03
Əliyev Yeltsinlə niyə görüşmüşdü? Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Milli Məclisin deputatı Zahid Oruc yazır:İkinci dünya müharibəsi beynəlxalq münasibətlər sistemini köklü şəkildə dəyişdirdi. Lakin Sovetlərin qələbəsindən sonra müttəfiqlərin birgə siyasi iradəsi ilə yaradılan Birləşmiş Millətlər Təşkilatı 81-ci ilində daha böyük çağırışlar və risklər qarşısındadır. Yalnız bir fərqlə - dünyanın bir nömrəli təşkilatının hazırkı siyasi gündəliyi Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin təminatı üçün seçdiyi yolun doğruluğunu sübut edir. Yüzlərlə dövlət və hökumət rəhbərinin çıxışları vahid bir məzmunda birləşir - yeni dünya nizamı hələ çox uzaqdadır. BMT tribunasının özü getdikcə xalqları və dövlətləri birləşdirən kürsüdən çox, ideoloji qarşıdurmaların, hərbi gücün , geosiyasi hesabların və dövlətlərarası düşmənçiliyin nümayiş olunduğu meydana çevrilir. Baş...
26 Sentyabr 2026, 10:44