Bizə yazın

Baku

-°C

USD

-

Onlar qələmlə yazılacaq tarixi öz qanları ilə yazdılar

Cəmiyyət 27 Sentyabr 2026, 07:00

646

Məmləkətin sükutu belə bənzərsiz bir nəğməyə çevrilir bu gün. İlin başqa günlərində küləyin pıçıldadığı xəzan yarpaqları sentyabrın bu çağında sanki bir andın, bir duanın pıçıltısına dönür. Zaman dayanır, təqvim öz boynunu büküb torpağın köksündən gələn o müqəddəs səsi dinləyir. Bu gün  Anım Günüdür... Torpağın səmaya, canın Vətənə qovuşduğu, hicranın vüsala çevrildiyi o ilahi anın ildönümüdür. Bəlkə də ona görə 27 sentyabr bizim üçün yalnız təqvimdə bir tarix deyil; bu tarix bir xalqın göz yaşının qürura, itkisinin Zəfərə, ayrılığının əbədiyyətə çevrildiyi gündür.

Şəhidlik sıradan bir ölüm deyil. Şəhidlik varlığın ən ali, ən nurani şəkildə əbədiyyətə çevrilməsidir. Şəhid bu dünyadan gedərkən özü ilə yalnız öz ömrünü aparmır; bir ailənin sevincini, bir ananın ümidini, bir atanın qürurunu, bir uşağın atasına bağlılığını da yarımçıq qoyur. Amma qəribədir, onların yarımçıq qalan ömrü Azərbaycanın taleyində tamamlanır. Onlar təkcə torpağın altında yatmırlar; minillik palıdların kökündə, dağların məğrur zirvəsində, bulaqların suyunda, azad dalğalanan bayrağın hər qırışında nəfəs alırlar. Bir ömrü Vətən adlanan o uca sevdaya fəda etmək isə ölümün içindən əbədiyyətə keçməkdir.

Onlar qələmlə yazılacaq tarixi öz qanları ilə yazdılar. Yazdıqları hər sətirdə bir ana duası, bir ata baxışı, bir bacının göz yaşı, bir övladın atasına olan həsrəti vardı. Onların çoxu bəlkə də sabah haqqında ən adi arzular qururdu: evə qayıtmaq, anasının əlindən öpmək, övladının ilk sözünü eşitmək, sevdiyi insanla bir süfrə arxasında oturmaq, doğulduğu torpağın küçələrində sakitcə gəzmək... Lakin həyatın ən böyük paradoksu budur ki, bəzi insanlar öz arzularından keçərək milyonlarla insanın arzusuna çevrilirlər. Şəhidlərimiz də belə oldular. Onlar bir evə qayıtmadılar, amma Vətənin evinə qayıtdılar.

Hər şəhid bir dağın qürurudur, bir ananın bitməyən duasıdır, bir atanın bükülməyən qəddidir. Hər şəhid bu torpağın köksünə vurulmuş elə bir möhürdür ki, onu nə zaman poza bilər, nə də unuduluşun soyuq küləkləri apara bilər. Onların getdiyi yol tikanlı deyil, nurla döşənmiş bir cığırdır. O cığır bizi yalnız qələbəyə deyil, öz ruhumuzun, öz kimliyimizin ən saf məqamına apardı. Çünki insan Vətən uğrunda can verəndə torpaq sadəcə torpaq olmaqdan çıxır; onun hər qarışı bir xatirəyə, bir ada, bir əmanətə çevrilir.

Bu gün Qarabağın yollarında addımlayan hər insan, Şuşanın küçələrində əsən küləyi üzündə hiss edən hər kəs bilməlidir ki, bu azadlığın bir görünməyən qiyməti var. O qiymətin içində şəhidlərin adı yazılıb. Külək Şuşanın qayalıqlarından, Kəlbəcərin dumanlı dağlarından keçib üzümüzə toxunanda biz o nəfəsdə onların isti nəfəsini duyuruq. Göydə parlayan hər ulduzda bir şəhid baxışı var — qeyrətli, nigaran və məğrur. Onlar bizə yalnız azad olunmuş torpaqlar vermədilər; onlar bizə başıdik gəzməyin, Vətəni sonsuz bir eşqlə sevməyin və lazım gələndə onun uğrunda hər şeydən keçməyin nə demək olduğunu öyrətdilər.

Şəhidlərin ən böyük möcüzəsi isə budur: onlar yoxluqları ilə belə bizi birləşdirirlər. Bir şəhidin adı çəkiləndə onun doğulduğu kənddən asılı olmayaraq bütün Azərbaycan susur, bütün analar öz övladını düşünür, bütün atalar bir anlıq öz oğlunun üzünə baxır, bütün övladlar atalarının əllərindən daha bərk tutur. Şəhidlik bir insanın taleyindən çıxıb xalqın ortaq yaddaşına çevrilir. Ona görə onların məzarları yalnız bir ailənin ziyarətgahı deyil, Azərbaycanın müqəddəs yaddaş məkanlarıdır.

Sabah günəş doğanda kölgələr belə ehtiramla əyiləcək bu torpağın qarşısında. Biz onların qarşısında yalnız göz yaşı ilə dayanmalı deyilik. Çünki şəhidlər bizə ağlamaq üçün deyil, yaşamaq üçün Vətən qoyub getdilər. Bizim borcumuz onların qanının dəyərini hər gün yaşatmaq, bu torpağın qədrini bilmək, bayrağın kölgəsində başıdik dayanmaq və bizə əmanət edilən Azərbaycanı gələcək nəsillərə daha güclü, daha bütöv çatdırmaqdır. Şəhidə ən böyük ehtiram onun adını dilə gətirmək qədər, onun uğrunda can verdiyi dəyərləri qorumaqdır.

Bəzən düşünürəm, görəsən, şəhidlər bu gün bizim yanımızda olsaydılar, nədən danışardılar? Bəlkə çox sadə şeylərdən. Evdən, ailədən, uşaqlardan, kənddən, dostlardan... Bəlkə də müharibədən heç danışmazdılar. Çünki onların böyüklüyü yalnız necə öldüklərində deyil, necə yaşadıqlarında da idi. Onlar həyatın bütün gözəlliklərini sevirdilər və məhz buna görə Vətənin azadlığını öz həyatlarından üstün tutdular. Biz isə onların yaşaya bilmədiyi o gözəllikləri bu gün yaşamağa davam edirik. Deməli, hər rahat səhərimizdə, hər azad nəfəsimizdə, hər bayraq dalğalanışında onların da payı var.

Şəhidlər bizdən unudulmazlıq istəmirlər. Onlar onsuz da unudulmazdırlar. Bizdən istənilən onların əmanətinə sahib çıxmaqdır. Çünki Vətən uğrunda verilən canın qiyməti yalnız torpağın azadlığı ilə ölçülmür. O qiymət həm də sabahın necə qurulacağı ilə ölçülür. Əgər biz onların qoyduğu əmanəti vicdanla daşıyırıqsa, deməli, şəhidlərimizin ömrünü davam etdiririk. Əgər bayrağa baxanda onların üzünü, torpağa toxunanda onların izini, azad səmanı görəndə onların fədakarlığını xatırlayırıqsa, deməli, onlar hələ də bizimlədirlər.

Bu gün  Anım Günüdür. Bu gün  Azərbaycanın hər yerində bir ad daha çox çəkiləcək: şəhid. Amma bu sözün içində minlərlə ayrı həyat, minlərlə ayrı tale, minlərlə ana, ata, övlad və yarımçıq qalmış arzu var. Biz sabah onların hər birini ehtiramla xatırlayacağıq. Bəzilərinin məzarına çiçək qoyulacaq, bəzilərinin adı dualarda çəkiləcək, bəzilərinin şəkli qarşısında göz yaşları süzüləcək. Amma onların hamısını birləşdirən bir həqiqət var: onlar bu torpağa öz ömürlərindən daha böyük bir ömür bəxş etdilər.

Vətən uğrunda ölənlər torpağa qarışmırlar, Vətənin özünə qarışırlar. Ona görə də bu gün külək əsəndə onların səsini, bayraq dalğalananda onların nəfəsini, dağlara baxanda onların məğrurluğunu hiss edirik. Onlar bizim üçün uzaqda deyillər. Onlar elə bu torpağın özündədirlər — ayağımızın altında, nəfəsimizdə, yaddaşımızda, dilimizdə, bayrağımızda və hər səhər açılan günümüzdə.

27 sentyabr — əbədi vüsalın ildönümüdür. Torpaqla insanın, şəhid ilə Vətənin, ayrılıqla qovuşmanın bir-birinə qarışdığı gündür. Bu gündə biz ölümün qarşısında deyil, ölümsüzlüyün qarşısında dayanırıq. Çünki onlar öz ömürlərini bitirmədilər; onu Azərbaycanın ömrünə qatdılar.

Ruhunuz şad olsun, ey əbədiyyət yolçuları! Siz bu torpağın ən ağır ağrısı, ən uca qüruru, ən müqəddəs əmanətisiniz. Sizin adınızla açılan hər səhər bizim üçün bir dua, hər azad nəfəs bir təşəkkür, hər dalğalanan bayraq isə sizə verilmiş sözümüzdür.

Vətən sizə minnətdardır. Azərbaycan sizi unutmayacaq.

Şəmsi Qoca

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 

Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib.CityPost.az  paylaşımı təqdim edir:pic.twitter.com/tIhif8FAK5— İlham Əliyev (@azpresident) September 26, 2026

27 Sentyabr 2026, 00:20

Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür 

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 6 il ötür.CityPost.az-ın  məlumatına görə, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin,...

26 Sentyabr 2026, 23:48

ZALDA OLMAQ NETANYAHUNUN ÇIXIŞINI DƏSTƏKLƏMƏK DEMƏK DEYİLDİR...  

  Sentyabrın 24-də İsrail Baş nazirinin BMT iclasında tribunaya qalxarkən Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi ilə bağlı çox əcaib kampaniya aparılır. Təəssüf ki, bu kampaniya qardaş Türkiyə mediasından qaynaqlanır, ordakı həmkarıarlarımız çox ədalətsiz iddialar irəli sürür, əməlli-başlı manipulyasiya ilə məşğul olurlar.  Bəli, B.Netanyahu BMT Baş Məclisinin 81-ci sessiyasında çıxış üçün tribunaya yaxınlaşanda müsəlman ölkələri qarışıq xeyli diplomat etiraz əlaməti olaraq nümayişkaranə şəkildə zalı tərk edib. Amma ölkələrin heç də hamısı onlara qoşulmayıb. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Kanada, Çin və bir sıra digər ölkələrin nümayəndələri Netanyahu çıxış edərkən yerlərində qalıblar. Undi hay-küy salınır ki, niyə Bəhreyn,...

26 Sentyabr 2026, 22:02

İrəvanda “Artsax” kartı yenidən masaya çıxarılır

Ermənistanda “Artsax” adı yenidən daxili siyasi mübarizənin əsas mövzularından birinə çevrilir. Keçmiş Qarabağ ombudsmanı Artak Beglaryan Ermənistan hakimiyyətini Qarabağdan olan müxtəlif nümayəndələrə qarşı siyasi təqib aparmaqda, onların fikirlərinə görə hədəfə alınmasında və informasiya məkanında onlara qarşı nifrət yaradılmasında ittiham edib. Bu fikirlər onun öz siyasi mövqeyidir və NEWS.am-ın yaydığı açıqlamada səsləndirilib.Beglaryanın çıxışında diqqət çəkən əsas məqam “Artsax xalqının hüquqları” anlayışının yenidən Ermənistanın siyasi gündəminə daşınmasıdır. Halbuki bu gün Ermənistan daxilində əsas mübahisə artıq Qarabağın statusundan deyil, həmin mövzunun ölkənin daxili siyasətində necə istifadə olunmasından gedir. Beglaryanın özü də hazırda Qarabağ ermənilərinin maraqlarını beynəlxalq platformalarda müdafiə edən siyasi-ictimai fəaliyyətlə məşğuldur. Burada daha...

26 Sentyabr 2026, 21:57

Maarif Soltanın şeirləri

SƏHƏRİN AÇILMASIƏvvəl quşlar oyandı...Ulduzlar yavaş-yavaşalaqaranlıqda əridi getdi.Qarşıdakı binanın işıqlarından biriyuxulu-yuxulu yandı.Sonra ikisi, üçü...axdılar toranlığa.Mənzillərdən birinin pərdələri oyandı.Qarayanız bir xanımyuxulu saçlarınıyuxulu bir daraqlayuxulu bir güzgüdəbaşladı daramağa.Cingiltiylə oyandı qonşumuzun mətbəxi.Oyandı sonuncu siqaretim də.Gərnəşə-gərnəşə keçdi bir maşın —oyatdı küçəni.Oyandı küçədə addım səsləri.Müxtəsəri,mən belə qarşıladım səhəri.***Niyə qarşılaşdıq biz onda axı,Taleyin gecikmiş oyunları var.Bir daha gördük ki, ömrün yaz çağıTaleyin tufanı, düşən qarı var.Kim bilir, bəlkə də bu saat, bu günÖmür başa çatır, ömür yarıdır.Biz yaranmışıqsa bir-birimizçün,Niyə yollarımız ayrı-ayrıdır?Belə sədlər çəkib yolunda durum, Sən ki, öz yolundan dönən deyilsən.Bir vaxt tale səni elə susdurub,İndi ha yalvarım, dinən deyilsən.Bəlkə də bir daha heç görüşmədik,Yamanca araya düşdü ayrılıq.Ayrılaq,...

26 Sentyabr 2026, 18:36

Bakıda doğulan məşhur Nobel mükafatçısı Lev Landau.   

Çox güman ki, bu, bir çoxları üçün yeni bir məlumat olacaq... Bilirdinizmi, dünyanın məşhur fiziklərindən biri, nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş məşhur alim Lev Landau Bakı şəhəridə anadan olub. Hətta bəzi yazılarda onu Nobel mükafatına layiq görülən ilk azərbaycanlı kimi də təqdim edirlər. Səbəb kimi Lev Landaunun Bakıda dünyaya gəlməsini, ailəsinin uzun illər Azərbaycanda yaşamasını əsas gətirirlər.XX əsrin ən böyük fiziklərindən biri, 1962-ci il Fizika üzrə Nobel mükafatı laureatı Lev Davidoviç Landau 22 yanvar 1908-ci ildə Bakıda dünyaya göz açıb.Landaunun ailəsi o dövrdə Bakıda daimi yaşayırdı. Onun atası David Lvoviç Landau neft mühəndisi idi və dünyanın...

26 Sentyabr 2026, 17:11