Tələbəsi ilə ailə qurdu, iki ayağı kəsildi, oğlunun toy günü öldü – Muxtar Maniyevin faciəvi həyatı
Cəmiyyət 24 Sentyabr 2026, 20:18
526
Xalq artisti Muxtar Maniyev 4 aprel 1935-ci ildə Bakıda doğulub. Atası Qala kəndindən, anası İçərişəhərlidir. Atası ilə anası xalaoğlu, xalaqızı olublar. Ailədə 8 uşaq olublar, altı qardaş, iki bacı. İlk təhsilini 199 saylı məktəbdə alıb. Uşaqlıq illərində aktyor olmaq həvəsində olmadığından Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənətinə istiqamətlənib. Mühəndis diplomu aldıqdan sonra o, sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil almağa başlayıb.
Həyat yoldaşı Nəsibə ilə kinostudiyanın nəzdində açılmış aktyor kurslarında tanış olublar. Həmin kurslara Adil İsgəndərov rəhbərlik edirdi. Nəsibə isə burada aktyorluqdan təhsil alır. Muxtar Maniyev orada tələbələrə dərs deyən zaman Nəsibəni görüb bəyənir və onlar ailə qururlar.
Aktyor şəkərli diabetin ağır formasından əziyyət çəkib. Xanımı hər zaman onun yanında olub, qayğısına qalıb hətta teatr məşqlərinə, çəkilişlərə Muxtar Maniyevin ardınca gedərək ona termosda limonlu çay aparırmış.
Ailə qurandan sonra siqareti və içkini tərgidib. 81 il yaşayan aktyor fiziki cəhətdən çox güclü olub. Cavanlığında üzgüçülüklə, boksla, güləşlə məşğul olub. Mütaliə etməyi çox sevib. Moskvada çıxan bütün qəzet və jurnallara abunə olub.
***
Evlilikdən onların üç oğlu olub. Aktyor oğlanlarına qarşı çox diqqətli olub. Həftədə bir dəfə o, ailəsini Fəvvarələr meydanındakı “Nərgiz” kafesinə apararaq deyirmiş ki, uşaqlar çəngəl-bıçaqla rəftar etməyi öyrənsinlər, süfrə mədəniyyətinə bələd olsunlar.
Sənətini çox sevib, rolun böyük-kiçikliyinə baxmayıb. Amma xasiyyətcə ötkəm adam olub. Bəzən belə olub ki, onu filmə təsdiq ediblər, amma səhəri gün çəkmək istəməyiblər. Və ya baş rola təsdiq edib, ikinci dərəcəli rola çəkiblər.
***
Aktyor özü haqqında bunları söyləyib: “Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam, lazım olanda çağırıblar, gedib çəkilmişəm. Belə deyim də: əlimyandı məqamda yada düşmüşəm”.
Deyilənə görə çox kinsiz və kövrək adam olub. Yanında bir adam ağlayanda onun da gözləri dolurmuş.
***
Muxtar Maniyev 157 filmə çəkilib. Kinoya gəlişi “Onu bağışlamaq olarmı?” filmi ilə başlayıb. İlk dəfə institutun birinci kursunda oxuyanda “Koroğlu” filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. Poladın obrazı haqqında o vaxtın tənqidçiləri müsbət fikir söyləyərək deyiblər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca “İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim” filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.
Muxtar Maniyev uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkib. Vəziyyəti getdikcə pisləşən sənətkarın 2015-ci il 11 avqust tarixində sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub. Vəziyyəti stabil olan aktyorun səhhəti 22 dekabrda yenidən pisləşmiş, səhər saatlarında dünyasını dəyişib. Vəsiyyətinə əsasən, Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılıb. Xanımı Nəsibə Maniyeva həmin günü belə xatırlayır: Dünyasını da dekabrın 22-də dəyişdi. Oğlumuz Turalın toy günü dekabrın 22-də olub. 2015-ci il dekabrın 22-də Turalın toyunu etdik. Muxtarın vəziyyəti yaxşı deyildi. Allaha yalvarırdım ki, ona bir şey olmasın. Oğlunun toyunu görsün. Şükür ki, Allah möhlət verdi. Bir ildən sonra oğlunun toyunun birinci ildönümündə Muxtar vəfat elədi. Qismətə baxın ki, Muxtarın doğum günündə nəvəmiz dünyaya gəldi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan – Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kot-d'İvuarın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Niale Kaba ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.Tərəflər Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətlərinin dinamik inkişafını qeyd edərək, parlamentlərarası əlaqələrin, yüksək səviyyəli səfərlərin və müntəzəm siyasi məsləhətləşmələrin ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsində mühüm rolunu vurğulayıblar.Müzakirələr zamanı Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı və sədrliyi, Afrika ölkələri ilə genişlənən tərəfdaşlığı, eləcə də regionda baş verən əsas proseslər barədə fikir mübadiləsi aparılıb....
24 Sentyabr 2026, 21:16
SSRİ-nin ilk rəsmi milyonçusu Cənnət Əliyev...
Dini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola ömrünün son illərini aclıq və səfalət içində yaşadı. SSRİ-nin ilk rəsmi milyonçusu Cənnət Əliyev...Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olub. Doqquz yaşında atasını itirib, Ordubaddakı internat məktəbində ağır şəraitdə böyüyüb. Sonralar xatirələrində internat illərində aclıq çəkdiyini, hətta çörək oğurladığına görə dəfələrlə cəzalandırıldığını söyləyib.Ali təhsil almaq üçün əvvəlcə Naxçıvanda, daha sonra Rusiyanın Sverdlovsk şəhərində təhsil alıb. Hüquqşünas kimi fəaliyyət göstərsə də, rüşvətxorluğa qarşı barışmaz mövqeyi səbəbindən təzyiqlərlə üzləşib və sonradan sahibkarlığa başlayıb. 1987-ci ildə yaratdığı "Təbriz" kooperativi ona böyük uğur qazandırıb və Cənnət Əliyev SSRİ-nin...
24 Sentyabr 2026, 20:07
Rzaqulu Quliyev kimdir?
Fotoda gördüyünüz şəxsiyyətlər Heydər Əliyev və dayısı oğlu Rzaqulu Quliyevdir. Xatırlayırsınızsa, ötən paylaşımlarda görkəmli kəşfiyyatçı Rzaqulu Quliyev haqqında qısa məlumat vermişdim. Qeyd etmişdim ki, Rzaqulunun atası - Hüseyn kişi ümummilli lider Heydər Əliyevin anası İzzət xanımın doğma qardaşı olub. O, 1918-ci ildə ata-baba yurdundan qaçqın düşərkən yolda dünyasını dəyişib.Xatirə yazılarından aydın olur ki, İzzət xanım ömrü boyu 1918-ci ilin od-alovunda həyatlarını itirmiş bacı və qardaşlarının xiffətini çəkib. Hətta o, uzun illər ayrı düşdüyü qardaşı uşaqlarından xəbər tuta bilməyib. Heydər Əliyevin bacısı Şəfiqə xanım "Mənim anam" kitabında yazırdı: "Anamı qaçqın düşmək ağrısından daha çox sevimli qardaşının ölümü yandırırdı. Düz on beş il...
24 Sentyabr 2026, 20:01
Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2026-cı il iyulun 14-də qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib.Citypost.az xəbər verir ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin qəbul etdiyi qanuna bir sıra əhəmiyyətli və mütərəqqi xarakter daşıyan dəyişikliklər təklif edib.Yeni redaksiyada qanunun...
24 Sentyabr 2026, 19:33
“I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı oldu
Sentyabrın 23-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Akif Aşırlının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çap olunan “I Türkoloji Qurultayı arxiv sənədlərində” adlı kitabının təqdimatı keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə çıxış edənlər 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın Azərbaycan və bütövlükdə Türk dünyasının elmi, mədəni və ictimai fikir tarixindəki əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, kitabda müxtəlif arxivlərdən toplanaraq sistemləşdirilən sənədlər qurultayın təşkili, iştirakçıları, müzakirə olunan məsələlər və dövrün ictimai-mədəni mühiti barədə yeni məlumatların öyrənilməsi baxımından mühüm mənbədir.AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor...
24 Sentyabr 2026, 18:56
Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb
2026-cı ilin birinci yarısında Azərbaycanda məişət zorakılığı ilə bağlı 716 cinayət qeydə alınıb. Bu cinayətlər nəticəsində 722 nəfər zərər çəkib, 22 nəfər həyatını itirib.Citypost.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Zərərçəkənlərin 608-i qadın, 114-ü kişi olub. Həyatını itirən 22 nəfərin isə 15-i qadın, 7-si kişidir. Məişət zorakılığı nəticəsində zərər çəkənlər arasında 8 yetkinlik yaşına çatmayan şəxs də var. Onlardan biri həyatını itirib. Bildirilib ki, məişət zorakılığı ilə bağlı qeydə alınan cinayətlərin 21-i qəsdən adam öldürmə, 7-si adam öldürməyə cəhd, 17-si qəsdən sağlamlığa ağır, 28-i az ağır, 633-ü isə yüngül zərər vurma ilə bağlı olub. Daha 5 əzab vermə cinayəti...
24 Sentyabr 2026, 18:38