Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanın iqtisadi gücü: investisiyadan regional bağlantılara  

Cəmiyyət 27 Sentyabr 2026, 09:12

606

Dünya iqtisadiyyatı ciddi dəyişikliklər yaşayır. Ticarət yolları, enerji marşrutları və təchizat zəncirləri yenidən qurulur. Belə bir vaxtda Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi Azərbaycanın iqtisadi imkanlarını və regiondakı rolunu müzakirə etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Forumun mövzusu da günün reallıqlarına uyğun seçilmişdi: “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi”. Prezident İlham Əliyevin forumda investorların suallarını cavablandırarkən səsləndirdiyi fikirlər Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərinə aydınlıq gətirdi.

Azərbaycan son 20 ildə 350 milyard dollardan çox investisiya cəlb edib. Bunun təxminən yarısı xarici investisiyaların payına düşür. İndi qarşıda duran əsas məsələ bu sərmayələrin və ölkənin maliyyə imkanlarının iqtisadiyyatın daha çox sahəsinə yönəldilməsidir.

Cənab Prezident İlham Əliyev bunu belə ifadə edib: “Uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik.”

Son illərin göstəriciləri də iqtisadiyyatın şaxələndirilməsi istiqamətində dəyişikliklərin baş verdiyini göstərir. 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatıb. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz olub. Qeyri-neft sənayesi 1,5 dəfə, qeyri-neft ixracı isə təxminən iki dəfə artıb.

Bu proses investisiya layihələrində də özünü göstərir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ümumi dəyəri 10,8 milyard dollar olan layihələri əhatə edən 23 sənəd imzalanıb. Layihələr enerji, sənaye, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, tikinti, maliyyə və digər sahələri əhatə edir.

Azərbaycanın iqtisadi siyasətində enerji sektoru isə əvvəlki kimi əsas yerlərdən birini tutur. Sadəcə, enerji anlayışının özü genişlənir. Neft və qazla yanaşı, günəş və külək enerjisi də ölkənin gələcək iqtisadi hesablamalarında getdikcə daha böyük yer tutur.

Cənab Prezidentin sözlərinə görə, “qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq”. Azərbaycanın yalnız Xəzər dənizinin öz sektorunda 157 giqavatlıq külək enerjisi potensialının olduğu bildirilir. Bu resurslardan istifadə ölkənin elektrik enerjisi istehsalında qazdan asılılığını azaltmaqla yanaşı, gələcəkdə yaşıl enerjinin ixracına da şərait yarada bilər.

Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycan illərdir bu sahəyə böyük investisiyalar yatırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, avtomobil yolları və digər layihələr ölkənin tranzit imkanlarını genişləndirib. Azərbaycan həm Şərq–Qərb, həm də Şimal–Cənub dəhlizlərinin üzərində yerləşir.

Cənab Prezident İlham Əliyev forumda logistika və nəqliyyatı iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri adlandıraraq bildirib: “İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi, əlbəttə ki, logistika, nəqliyyat və bağlantılardır.”

Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı gözlənilir. 2030-cu ilədək isə bu göstəricinin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılması qarşıya məqsəd qoyulub.

Bu baxımdan Zəngəzur dəhlizi – TRIPP bağlantısı da Azərbaycanın nəqliyyat xəritəsində mühüm yer tutur. Marşrutun reallaşması Azərbaycanı yeni ticarət yolları ilə birləşdirəcək, yükdaşımalarla yanaşı, logistika və sənaye layihələrinin genişlənməsinə şərait yaradacaq.

Prezident forumda süni intellekt və rəqəmsal iqtisadiyyat məsələsinə də toxunub. Azərbaycanın artan bərpaolunan enerji imkanlarından istifadə etməklə data mərkəzlərinin yaradılması belə layihələrdən biri ola bilər. Bu istiqamət enerji resurslarını yüksək texnologiya ilə birləşdirən yeni iqtisadi fəaliyyət sahəsi kimi diqqət çəkir.

İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri də investisiya imkanlarını genişləndirir. Burada yollar, enerji xətləri, yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı infrastrukturu yaradılır. Qarabağ və Şərqi Zəngəzur qarşıdakı illərdə Azərbaycanın iqtisadi fəallığının artacağı əsas ərazilərdən birinə çevrilə bilər.

Bütün bu layihələrin həyata keçirilməsində Azərbaycanın siyasi və iqtisadi sabitliyi xüsusi əhəmiyyət daşıyır. Prezidentin forumda vurğuladığı kimi, “xüsusilə bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir”.

Azərbaycanın iqtisadi mənzərəsi artıq yalnız neft və qaz gəlirlərindən ibarət deyil. Enerji, nəqliyyat, sənaye, rəqəmsal texnologiyalar, yaşıl enerji və investisiya bir-birini tamamlayan istiqamətlərə çevrilir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanan 10,8 milyard dollarlıq sənədlər də bu istiqamətdə atılan addımların miqyasını göstərir.

Dünya iqtisadi münasibətlərinin yenidən formalaşdığı bir vaxtda Azərbaycanın əsas üstünlüyü öz resurslarını və coğrafi mövqeyini birlikdə istifadə edə bilməsidir. Enerji istehsalı, Şərqlə Qərbi birləşdirən yollar, artan investisiya imkanları və yeni texnologiyalar ölkənin iqtisadi gündəliyini əvvəlkindən daha geniş edir.

Bakıda keçirilən forumun ortaya qoyduğu əsas mənzərə də budur: Azərbaycan iqtisadiyyatını yalnız mövcud imkanlar üzərində deyil, enerji, nəqliyyat və texnologiyanın birləşdiyi daha geniş bir model üzərində qurmağa çalışır.

Şəmsi Qoca

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib.CityPost.az  paylaşımı təqdim edir:Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. APA paylaşımı təqdim edir:

27 Sentyabr 2026, 09:49

"Məhz bu Zəfər nəticəsində dövlətimiz regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırdı"

Azərbaycanın qarşısında həm iqtisadi inkişaf, həm də dəyişən regional və qlobal geosiyasi reallıqlar fonunda yeni çağırışlar dayanır. Neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, inflyasiya və əhalinin sosial rifahı kimi məsələlərlə yanaşı, ölkənin regional nəqliyyat və enerji qovşağına çevrilməsi istiqamətində atılan addımlar da gündəmin əsas mövzuları sırasındadır.Bununla yanaşı, Azərbaycan–Ermənistan sülh prosesi, Qarabağ ətrafında davam edən siyasi və tarixi mübahisələr, ABŞ-nin Cənubi Qafqazda artan fəallığı, Rusiya, Türkiyə və İranın regiondakı mövqeləri, eləcə də Türk Dövlətləri Təşkilatında təhlükəsizlik əməkdaşlığının dərinləşməsi bölgədə yeni siyasi mənzərənin formalaşmasına səbəb olur.CityPost.az   Milli Məclisin deputatı Zaur Şükürovun Crossmedia.az-a verdiyi müsahibəni təqdim edir:- Azərbaycan iqtisadiyyatında neft gəlirlərindən asılılığın...

27 Sentyabr 2026, 09:32

27 sentyabr bizə göstərdi ki, Vətəni unutdurmaq olmur

2020-ci il 27 sentyabrı Azərbaycanın Zəfər tarixinin başladığı gündür. Bu tarix illərlə içində daşıdığı ağrıya, itkiyə, yurd həsrətinə və ədalətsizliyə cavab olaraq Azərbaycan xalqının iradəsini hərəkətə gətirdiyi böyük dönüş nöqtəsidir. Həmin gün Azərbaycan yalnız ordusunun gücünü deyil, milli iradəsini və yaddaşını da ortaya qoydu. Qarabağ uğrunda başlayan mübarizə əslində bir günün, bir nəslin və ya yalnız bir müharibənin hadisəsi deyildi. Onun arxasında uzun illər boyu yığılan ağrı, itirilmiş torpaqlar, dağıdılmış evlər, köçkün düşmüş ailələr və heç vaxt sönməyən qayıdış ümidi dayanırdı.Ayaqları üstündə dayanmağı bacaran millətin dizi bükülməz. Bayrağı, xalqı və Vətəni uğrunda ölümün üstünə gedən oğullar olduqca dövlət də yaşayır,...

27 Sentyabr 2026, 09:20

Onlar qələmlə yazılacaq tarixi öz qanları ilə yazdılar

Məmləkətin sükutu belə bənzərsiz bir nəğməyə çevrilir bu gün. İlin başqa günlərində küləyin pıçıldadığı xəzan yarpaqları sentyabrın bu çağında sanki bir andın, bir duanın pıçıltısına dönür. Zaman dayanır, təqvim öz boynunu büküb torpağın köksündən gələn o müqəddəs səsi dinləyir. Bu gün  Anım Günüdür... Torpağın səmaya, canın Vətənə qovuşduğu, hicranın vüsala çevrildiyi o ilahi anın ildönümüdür. Bəlkə də ona görə 27 sentyabr bizim üçün yalnız təqvimdə bir tarix deyil; bu tarix bir xalqın göz yaşının qürura, itkisinin Zəfərə, ayrılığının əbədiyyətə çevrildiyi gündür.Şəhidlik sıradan bir ölüm deyil. Şəhidlik varlığın ən ali, ən nurani şəkildə əbədiyyətə çevrilməsidir. Şəhid bu dünyadan gedərkən özü ilə...

27 Sentyabr 2026, 07:00

Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 

Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib.CityPost.az  paylaşımı təqdim edir:pic.twitter.com/tIhif8FAK5— İlham Əliyev (@azpresident) September 26, 2026

27 Sentyabr 2026, 00:20

Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür 

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 6 il ötür.CityPost.az-ın  məlumatına görə, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin,...

26 Sentyabr 2026, 23:48