Bizə yazın

Baku

-°C

USD

-

“Dünya sənin, dünya mənim, dünya heç kimin...”  

Cəmiyyət 27 Sentyabr 2026, 10:27

397

Söhbətimə xalq şairi Məmməd Arazın məşhur şeirindəki bu misrayla başlamağım heç də əbəs deyil. Çünki aforizmə çevrilən bu misrada həqiqət gizlənir. Elə bir həqiqət ki, onu milyon illərdir hamı anlayır, amma hər kəsə özündən sonra irs saxlamaq səadəti nəsib olmur...

 Bəli, bu dəfə sizə qısa ömründə böyük bir ədəbi irs yaradan bir alimdən danışmaq istəyirəm- mərhum Buludxan Xəlilovdan. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova) onun haqqında yazır: “Mötəbər elmi məclislərdə ciddi söz sahibi olan filologiya elmləri doktoru, professor Buludxan Xəlilov gənc yaşlarından elmi, təfəkkürü, yazdığı qiymətli əsərləri ilə elmi ictimaiyyətdə tanınaraq böyük nüfuz qazanmışdı. O, Müstəqil Azərbaycanımızın dilçilik, ədəbiyyatşünaslıq sahəsinin tanınmış simalarından biri kimi öz dəstixətti, öz yaradıcılıq yolu ilə qənimət alimlərimizdən biri idi. Saysız-hesabsız elmi əsərlərin, o əsərlərdə ortaya qoyduğu elmi yeniliklərin, müasir dilçilik elminin aktual problemlərinin müəllifi, dərs dediyi tələbələrinin əziz və sevimli müəllimi kimi, uyğun elm sahəsinin mütəxəssisləri arasında sözünün-elminin sanbalı ilə sayılan-seçilən alimlərimizdən olub. Buludxan müəllimin yaşı ilə gördüyü işlər arasında fərq çox böyükdü. Sağlığında müdrik ağsaqqal təsiri  bağışlayan bu cavan alim tarixiliklə müasirlik arasında öz qalasını qura bilib, ətrafa gur işıq saçan mayak kimi...”

Publisist, dilşünas, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov 1966-cı ilin iyul ayının 25-də Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində ali təhsilə yiyələnib. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlasa da, sonradan Müasir Azərbaycan dili kafedrasında müəllim, dosent, professor və-zifələrində çalışıb. Bir müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində Dədə Qorqud elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib, Filologiya fakültəsinin dekanı seçilib. Ömrünün son illərində Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsində çalışıb. 1992-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyalarını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. 2021-ci il sentyabrın 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib. Özündən sonra bir sıra sanballı əsərləri yadigar qalıb...

Deyirdi ki:- “Hansısa bir sənətə, peşəyə olan sevgidə mühitin rolu böyükdür. Bu, ədəbiyyata bağlılığımda, dilə məhəbbətimdə aydın göründü. Yadımdadır, mən uşaq olanda, xüsusən də uzun qış gecələrində yaşlı insanlar bir yerə yığışar və ayrı-ayrı dastanlar, nağıllar, ədəbiyyat parçalarından danışardılar. Bunların hamısı göz, hafizə yaddaşımda həkk olunub. Hətta orta məktəb şagirdi olanda ayrı-ayrı dram əsərlərinin səhnələşməsi proseslərində, eləcə də orda müxtəlif obrazlarda iştirak etmişəm. Məsələn, Səməd Vurğunun “Vaqif” dramında, Salam Qədirzadənin müxtəlif əsərlərində. Bəlkə də, bunlar biz uşaq olanda o qədər də əhəmiyyət vermədiyimiz bir işlər olub. Amma insan həyatının müəyyən mərhələsinə gəlib çatıb, arxaya baxanda, seçdiyi sənəti görəndə başa düşür ki, mühit insan həyatında önəmli rol oynayır...”

Görkəmli ədəbiyyatşünas alim akademik İsa Həbibəyli yazır: “Çoxaspektli araşdırmalar və professionallıq Buludxan Xəlilovun dilçilik elmindəki fəaliyyətini xarakterizə edir. Bu isə dilçi alimin geniş dünyagörüşə, böyük təcrübəyə və elmi səriştəyə malik olduğunu, zəhmətini və məsuliyyətini göstərir. Bütün bünların sayəsində Buludxan Xəlilovun timsalında Azərbaycan dilçilik elmi bütün əsas sahələri ilə inkişaf etməkdə davam edirdi...”

...Mərd adam idi Buludxan müəllim. Onda liderlik özəllikləri vardı. Özünə inam baxımından çox insanları geridə qoyurdu. Onun ən müsbət xüsusiyyətlərindən biri də vicdanlı və ürəyiyumşaq olması idi. İnsanlara kömək etmək onun həyat kredosuydu. Bununlarla yanaşı, o, davamlı olaraq yeni şeylər kəşf etmək və öyrənməyə həvəsliydi. Bütün enerjisini istifadə edərək istədiyinə nail olmağı bacarırdı. Yorulmadan tədqiqat aparır, əzmlə çalışırdı...

“Dünyaya gələn hər bir insan müəyyən bir sahənin kodu üzərində yaşayır. Bəzisi dəqiq elmlərə, bəzisi humanitar sahəyə, bəzisi isə təbiət elmlərinə meyilli olur. Görünür, mənim kodum ədəbiyyata, dilçiliyə daha çox meyilli olub. Mən tələbə olanda “Cəfər Cabbarlı” adına təqaüd alırdım. Hətta mənim müəllimlərim belə hesab edirdilər ki, Buludxan mütləq gələcəyin görkəmli ədəbiyyatşünası olacaq. Təvazökarlıqdan uzaq olsa da, mən bunu deməliyəm. Çünki yaşayırıq və həyatın elə mərhələsi gəlir ki, o yaşadığımız günlərin, anların ən xarakterik məqamlarını deməli oluruq və deməliyik. Bu deyilənlər gənclik üçün də lazımdır. Səmimi olmaq, olub keçənlər barədə səmimi fikir söyləmək gözəl bir şeydir. Açığını deyim ki, elə mən də ədəbiyyatşünas da olmaq istəyirdim. Sonra tale elə gətirdi ki, mən dilçilik üzrə universitetdə saxlanıldım...”- söyləyirdi.

“Dünya sənin, dünya mənim, dünya heç kimin.” Söhbətimə xalq şairi Məmməd Arazın məşhur şeirindəki bu misrayla başlamağım heç də əbəs deyil. Çünki aforizmə çevrilən bu misrada həqiqət gizlənir. Elə bir həqiqət ki, onu milyon illərdir hamı anlayır, amma hər kəsə özündən sonra irs saxlamaq səadəti nəsib olmur. Bəli, haqqında söhbət açdığım filologiya elmləri doktoru Buludxan Xəlilova özündən sonra irs saxlamaq səadəti nəsib oldu... 

Sentyabrın 27-si onun vəfatı günüdür. Artıq beş ildir ki, aramızda yoxdur. Xatırlatdım ki, ruhuna rəhmətlər diləyək- Ruhu şad olsun!..

Dərin hüznlə, Elman Eldaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zəfərimizin 27 sentyabr tarixi   -Ramidə Yaqubqızı İMZASI

2019-cu il idi. Oğlumla avtobusda gedirdik. Bu, o zamanlar idi ki, hər bir vətəndaş, vətən övladı yalnız qisas və qələbə əzmi ilə yaşayırdı. Qəlblərdə və düşüncələrdə olduğu kimi, bir çox elan xarakterli yazılarda da bu ruhda çağırışlar vardı. Oğlumun qəfil dediyi sözlərə əvvəlcə çaşdım. “Ana, ora bax, yazılıb ki, “Bütün yollar Qarabağa aparır”. Aparmır axı, biz ora gedə bilmirik. Ermənilər var"...Gözümü monitordakı cümlədən çəkmədən dedim:"Aparacaq, az qalıb, lap az".Bu əhvalat sentyabr ayında olmuşdur. Cəmi bir il sonra, bütün yollar, arzular, diləklər bizi Qarabağa apardı. Apardıkı, yarım qalan arzulara, həsrətli baxışlara, yurd-ocaq itkisinə son qoysun. İndi mənim oğlum da hərbçi olmaq istəyir,...

27 Sentyabr 2026, 10:56

 “Operasyon”ların birini də bu zırcahil troll dəstəsinə qarşı keçirməlidirlər - Rəşad Məcid

Ən qorxulu trol cahil troldur.CityPost.az  xəbər verir ki,bunu Mətbuat Şurasının sədri Rəşad Məcid yazıb."Türkiyənin obyektiv jurnalistlərinin ürəyi soyumur, belələrini zırcahil adlandırırlar. Bizdə “zırdəli” sözü olduğu kimi.İndi bu zırcahil trollar Azərbaycan-Türkiyə qardaşlığına zədə vurmağa, xələl gətirməyə çalışırlar. Öz küt düşüncələri ilə Azərbaycana yol göstərir, ağıl verirlər.Bu məqamda qardaş ölkənin rəsmi dairələri, hüquq-mühafizə orqanları, əgər səmimidirlərsə, dövlətlərarası münasibətləri zədələyən bu zırcahil troll dəstəsinə öz kəskin münasibətlərini göstərməlidirlər. Son vaxtlarda sosial media fenomenlərinə, influenserlərə, müğənnilərə və s. qarşı tez-tez şahidi olduğumuz “operasyon”ların birini də bu zırcahil troll dəstəsinə qarşı keçirməlidirlər.Belədə suyu bulandıranların kimlər olduğu aydınlaşar",-deyə R.Məcid fikrini yekunlaşdırıb.Nigar...

27 Sentyabr 2026, 10:40

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar.CityPost.az  xəbər verir ki, dövlət başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib.Sonra birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini dərin hörmətlə anıb.

27 Sentyabr 2026, 10:30

ZƏFƏRƏ GEDƏN YOLUMUZ: 44 GÜNDƏN SUVERENLİYƏ, SUVERENLİKDƏN MİLLİ YADDAŞA- Sayman Aruz yazır 

Sayman ARUZ27 sentyabr 2020-ci il Azərbaycan tarixinin yalnız bir müharibənin başlanğıc tarixi kimi qiymətləndirilməməlidir. Bu tarix uzun illər ərzində formalaşmış siyasi iradənin, diplomatik fəaliyyətin, ordu quruculuğunun, milli həmrəyliyin və tarixi yaddaşın bir nöqtədə birləşdiyi gün kimi yadda qaldı.Otuz ilə yaxın davam edən Qarabağın erməni terror dəstələri tərəfindən işğalı Azərbaycan cəmiyyətinin siyasi yaddaşında yalnız ərazi itkisi kimi deyil, həm də yarımçıq qalmış, tamamlanmamış milli məsələ kimi yaşayırdı. 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsi isə bu uzun mərhələnin hərbi-siyasi nəticəsini ortaya qoydu. Qırx dörd gün davam edən müharibədən sonra Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini igidlərinin rəşadəti və Ali Baş komandanın müdrik...

27 Sentyabr 2026, 10:18

Bu mübarizədə Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirdi  - Milli Məclisin deputatı Ceyhun Məmmədov

27 Sentyabr – Azərbaycan xalqının yaddaşında dərin iz buraxan, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinin yad edildiyi müqəddəs bir gündür.2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan mübarizə başladı.Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük şücaət və qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda mübarizə apardı. Ordumuzun hər bir əsgər və zabiti öz vəzifəsini böyük fədakarlıqla yerinə yetirdi. Arxa cəbhədə isə xalqımız əsgər və zabitlərimizin ətrafında sıx birləşərək əsl...

27 Sentyabr 2026, 10:12

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib.CityPost.az  paylaşımı təqdim edir:Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. APA paylaşımı təqdim edir:

27 Sentyabr 2026, 09:49