Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, leysan olub - FAKTİKİ HAVA
Cəmiyyət 20 Sentyabr 2026, 11:13
362
Sentyabrın 20-si saat 10:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Göygöldə 24, Daşkəsəndə 18, Gəncədə 10, Gədəbəydə 4, Sarıbaş, Goranboyda 2, Balakən, Bərdə, Tovuz, Oğuz, Altıağac, İsmayıllı, Ağdam, Ceyrançöl, Qubada 1 mm-dək qeydə alınıb.
Həmçinin oxuyun
Daşkəsən, Şahdağ, Şahbuz, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 50 m-dək məhdudlaşır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 33, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti müşahidə olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO
2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın Zəfər salnaməsində xüsusi yerə malikdir.Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları bu tarixi missiyanın yerinə yetirilməsində fədakarlıq və qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası yolunda qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.Qeyd edilib ki, onların döyüş yolu - şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların nümayiş etdirdiyi əzmkarlıq vətənə sədaqət və xalqa xidmət nümunəsidir....
20 Sentyabr 2026, 11:35
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günüdür.CityPost.az-ın məlumatına görə, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb.Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.Nazirlər Kabinetindən verilən məlumata görə, Dövlət...
20 Sentyabr 2026, 09:20
Həmin qız Şəfiqə Axundova imiş - Üzeyir bəylə şirin xatirə
Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyov musiqi məktəbinə yeni tələbələr qəbul edirdi. İmtahan zamanı bir qızın istedadı onu xüsusilə heyran etdi. Üzeyir bəy qızı ürəkdən təbrik edib dedi: - Təbrik edirəm, qızım. Sənə təhsilində uğurlar arzulayıram. Bu vaxt qız ağlamağa başladı. Üzeyir bəy onun sevincdən ağladığını düşündü. Lakin qız hıçqıra - hıçqıra: - Hörmətli müəllim, məni məktəbə qəbul etdiniz, çox sağ olun. Amma mən oxuya bilməyəcəyəm.Üzeyir bəy təəccüblə soruşdu: - Niyə, qızım? - Çünki evdə pianom yoxdur. - Eybi yoxdur, qızım. Ümidini itirmə.Bunu deyib Üzeyir bəy köməkçi müəllimin qulağına nə isə pıçıldadı. Qız imtahan otağından ayrılanda Üzeyir bəyin assistenti də onun arxasınca çıxdı. Dəhlizdə qızı səsləyib dedi: -...
19 Sentyabr 2026, 23:15
Görkəmli alim, professor Aida xanım İmanquliyevanın anım günüdür
Sentyabrın 19-u ürəklərdə əbədi yaşayan görkəmli alim, professor və nəcib insan Aida xanım İmanquliyevanın anım günüdür.Hər bir dövlətin qüdrəti onun ziyalı potensialı ilə ölçülür. Hər bir xalqı isə müasir dünyaya inteqrasiya yolunda irəli aparan onun elmi, zəkası və ziyalılarıdır. Azərbaycanda bu missiyanı layiqincə yerinə yetirən güclü ziyalı qüvvəsi mövcuddur. Müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlarımız səmərəli fəaliyyəti və dəyərli elmi axtarışları ilə ölkəmizin elm və mədəniyyətini dünyada tanıdırlar. Bu gün gənc tədqiqatçılar onların zəngin elmi irsini və həyat təcrübəsini maraqla öyrənir, yaradıcılıqlarından bəhrələnirlər. Əgər insan xatırlanırsa, deməli, yaşayır. Qoyub getdiyi xeyirxah əməlləri, sevənlərinin qəlbində buraxdığı dərin iz onun əbədiyyətini təmin edir....
19 Sentyabr 2026, 23:10
Xankəndi Rumıniyanın şəhəri ilə qardaşlaşır
Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişinin imzalanması ilə bağlı bu ölkədə rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Rumıniya Prezidentinin administrasiya, idarəetmə siyasəti və vətəndaş cəmiyyəti üzrə müşaviri Boqdan-Florin Kristea ilə görüşüb.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin Citypost.az-a verdiyi məlumata görə, görüş zamanı Rumıniya-Azərbaycan münasibətləri, Azərbaycanın, xüsusilə Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulması müzakirə olunub.Elçin Yusubov işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən bərpa- quruculuq işləri, “Böyük Qayıdış” prosesi, həmçinin xarici investorlar üçün yaradılan əlverişli şərait barədə...
19 Sentyabr 2026, 17:15
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılıb
I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyi yaradılıb.Citypost.az xəbər verir ki, Türk Dünyası Bəstəkarlar Birliyi (Turkic Union of Composers (TUC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri tərəfindən təsis edilib.Qeyd edək ki, Türk Dünyası Bəstəkarlar Birliyinin təsis edilməsi Bakı Bəyənnaməsinin imzalanması ilə rəsmiləşdirilib. Bununla da bəstəkarlar, musiqişünaslar, ifaçılar, konservatoriyalar, musiqi akademiyaları və türk ölkələrinin yaradıcılıq birlikləri arasında daimi peşəkar əməkdaşlığın əsası qoyulub.Xatırladaq ki, I Türk Dünyası Bəstəkarları Qurultayı 18–20 sentyabr 2026-cı il tarixlərində XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilir. Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu...
19 Sentyabr 2026, 16:45