Bizə yazın

Baku

-°C

USD

-

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi davam edir

Cəmiyyət 20 Oktyabr 2026, 17:37

501

Bakıda 13 il əvvəl qətlə yetirilən Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən Xəyal Əlizadənin məhkəmə prosesində şahid ifadə verib.

Citypost.az Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndiriliən şəxsə əvvəlcə ifadə vermək təklif edilib.

Xəyal Əlizadə isə şahidlərin dindirilməsindən sonra ifadə verəcəyini bildirib.

Prosesdə şahid qismində dindirilən Pəri Qasımova deyib ki, hadisə olan günü həmin yerə yaxın olan qarajda olub:

"Yoldaşım qarajda səliqə-səhman yaradırdı. Mən də əyləşmişdim. Gördüm iki nəfər dalaşır. Mən qışqıraraq yanımdakılara dedim ki, aralayın birdən nəsə olar. Sonra oğlanı bıçaqla vurduğunu gördük, vurandan sonra əlinin qanını silə-silə yanımızdan keçib getdi. Uşaq qışqırırdı ki, qoymayın ölüm. Oğlanı bir əli tutmuşdu, bir əli də vururdu. Hadisə yerində başqa adam görmədim".

Şahid deyib ki, hadisədən sonra məhkəmədə ifadə verib:

"O zaman məhkəmədə ifadə verərkən tutulan şəxsin oğlanı vuran adam olmadığını dedim. Mənə zarafata dedilər ki, həbsdə kökəlib, dəyişilib".

Növbəti iclas noyabrın 24-nə təyin olunub.

Qeyd edək ki, Şilder Vüsal Adolf 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində qətlə yetirilib.

Rəsmi məlumata görə, faktla bağlı Elman Seyidağa oğlu İsgəndərov Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Seymur Teymur oğlu Talıbov isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirli bilinib.

Müvafiq məhkəmə hökmləri ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Həmçinin Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əlizadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.

Xəyal Əlizadə Azərbaycanın hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib.

Ötən müddət ərzində Xəyal Əlizadənin ekstradisiyası ilə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əlizadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, V.Şilderin atası Adolf Şilder bir vaxtlar "Mercedes Benz"in Azərbaycan nümayəndəliyinin rəhbəri olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Oktyabrın 21-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Yeni Həyat və Şirvan küçələrinin kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məhdudiyyət səbəbindən 114B, 555 və 557 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.Bildirilib ki, 114B nömrəli marşrutun Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev-Sahil avtomobil yolu, Şirvan küçəsi, Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad), Yeni Həyat küçəsi ilə təşkil ediləcək.Əks istiqamətdə avtobuslar Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şirvan küçəsi, H.Z.Tağıyev-Sahil və Bakı-Şamaxı-Yevlax avtomobil yolları ilə, daha sonra isə mövcud sxem üzrə...

20 Oktyabr 2026, 18:27

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Oktyabrın 25–26-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.Bu barədə Citypost.az ACF-dən məlumat verilib.Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 83 klub və idman cəmiyyətini təmsil edən 506 cüdoçu (407 oğlan və 99 qız) ümumilikdə 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.Ne-vaza cüdoda yerüstü (parter) mübarizəni əhatə edən texnikalar toplusudur. Bu istiqamət üzrə hazırlıq idmançıların parterdə hücum və müdafiə imkanlarının inkişaf etdirilməsinə, görüş zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektli uyğunlaşmasına xidmət edir....

20 Oktyabr 2026, 18:10

Generalın 1 milyon manatlıq şikayəti üzrə məhkəmə qərarı verilib

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalovun zərərçəkmiş kimi tanındığı “şabalıd cinayəti” ilə bağlı məhkəmə araşdırması başa çatıb.Citypost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.Bu iş üzrə ittiham olunan şəxs də zabitdir. FHN-də işləmiş kapitan Ayaz Bayramov general Zeynalovla yaxın olub. Sonradan Ayaz və generalı şabalıd ticarətinə başlayıblar. Bakıda şabalıd bazarında monopoliya qurmaq istəyən general bu iş üçün milyonlarla pul xərcləyib. O, bəzi vaxtlarda “Lexus”, “BMW” və “Chevrolet” markalı avtomobillərini də Ayazın adına keçirib ki, girov qoyub pul götürsün. Ayaz əsasən R.Zeynalovun pulu ilə Qəbələ, Balakən və Zaqataladan Bakı bazarına şabalıd...

20 Oktyabr 2026, 18:00

İstanbulda Azərbaycanın Baş Konsulluğu ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib

İstanbulda Azərbaycan Respublikasının Baş Konsulluğunun yerləşdiyi küçədə təhlükəsizlik tədbirləri gücləndirilib.Citypost.az xəbər verir ki, ərazidə Türkiyə polisinin silahlı dəstələri tərəfindən gecə-gündüz mühafizə həyata keçirilir.Hazırda diplomatik nümayəndəliyin bütün ətrafı hüquq-mühafizə orqanları tərəfindən daimi nəzarət altındadır.

20 Oktyabr 2026, 17:20

Naxçıvanda rüşvət alan komissarlar həbs olundu 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Kəngərli rayon şöbəsinin sabiq rəisi, polkovnik-leytenant Məftun Xəlilov və mayor Habil Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Məftun Xəlilov 8 il, Habil Niftəliyev isə 8 il 2 ay müddətinə azalıdan məhrum edilib.Hər iki şəxs məhkəmə zalında həbs edilib.Qeyd edək ki, təqsirləndirilən Məftun Xəlilov Naxçıvan Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin rəisi vəzifəsində çalışarkən vətəndaşlardan təkrarən rüşvət alnaqda ittiham olunur....

20 Oktyabr 2026, 17:13

Bakıda təmir işləri ilə əlaqədar bu yolun bir hissəsi bağlanacaq

Oktyabrın 21-də saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yolun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.Bildirilib ki, təmir işləri Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq.Sürücülərdən sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur....

20 Oktyabr 2026, 17:08