Bizə yazın

Baku

-°C

USD

-

Dənizçilik tarixində silinməz iz qoyan Şövkət Səlimova

Cəmiyyət 18 Oktyabr 2026, 15:10

601

Azərbaycanın və bütün Yaxın Şərq regionunun dənizçilik tarixində silinməz iz qoyan Şövkət Səlimova, həm ölkəmizin ilk qadın gəmi kapitanı, həm də İslam aləmində bu zirvəyə yüksələn ilk müsəlman qadın kimi adını salnamələrə həkk etmişdir.

Oxu24.com bildirir ki,Şövkət Səlimova 25 dekabr 1920-ci ildə Şamaxı qəzasının (indiki İsmayıllı rayonu) qədim Lahıc kəndində dünyaya göz açmışdır. Neftçi ailəsində boy-başa çatan Şövkət on uşaqlı böyük bir ailənin ən böyük övladı idi və uşaqlığı Bakı şəhərində keçmişdir. 

Görkəmli dənizçi Anna Şetininanın (dünyanın ilk qadın gəmi kapitanı) portretindən ilhamlanaraq gələcək peşəsini seçən Səlimova, Bakı Dənizçilik Məktəbində təhsil almağa qərar verir. 1940-cı ildə bu təhsil ocağını uğurla başa vurduqdan sonra o, Qara Dəniz Gəmiçiliyi idarəsinə təyinat alır.

İkinci Dünya Müharibəsi illərində Şövkət Səlimovanın çiyinlərinə böyük məsuliyyət düşür. O, əvvəlcə gəmi kapitanının köməkçisi, sonralar isə kapitan kimi strateji vəzifələri icra edir. Müharibənin ağır günlərində Stalinqrad cəbhəsinə zəruri olan silah, sursat və yanacağı cəsarətlə daşıyır, geriyə isə yaralı döyüşçülərin Bakı və Krasnovodsk şəhərlərindəki xəstəxanalara təhlükəsiz təxliyəsini təmin edir.

Məhz bu xidmətləri ilə o, Azərbaycanın ilk qadın gəmi kapitanı və Yaxın Şərqin ilk müsəlman qadın kapitanı kimi böyük bir tarixi uğura imza atır.

Müharibədə göstərdiyi igidlik və fədakarlıqlara görə o, bir sıra yüksək dövlət təltiflərinə layiq görülmüşdür. 

• "Qafqazın müdafiəsinə görə" medalı

• "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində Qələbəyə görə" medalı

• II dərəcəli Vətən Müharibəsi ordeni

• Qırmızı Ulduz ordeni

Cəbhə illərindən sonra Şövkət Səlimova öz bilik və təcrübəsini gənc nəslə ötürmək üçün Azərbaycan Dövlət Neft və Kimya Universitetində əmək fəaliyyətini davam etdirmişdir. Əfsanəvi kapitan 2 iyul 1999-cu ildə Bakı şəhərində dünyasını dəyişmişdir.

Onun şərəfli ömür yolu kinematoqrafçıların da diqqətindən kənarda qalmamışdır. 2025-ci ildə rejissor Asif Rüstəmovun quruluşunda onun həyatından bəhs edən "Şövkət" adlı bədii filmin çəkilişləri yekunlaşmışdır. Ekran əsərində Şövkət Səlimova obrazını Nəzrin Abdullayeva canlandırmışdır. Filmdə həmçinin Qurban İsmayılov, Hikmət Rəhimov, Elsevər Rəhimov və Nigar Mürsəlova kimi tanınmış aktyorlar rol almışlar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tomas Edison haqqında maraqlı FAKTLAR

Tomas Edison və komandası 1879-cu ildə lampanın içindəki havanı tam vakuumlaşdıraraq, ilk təhlükəsiz və uzunömürlü közərmə lampasını yaradaraq onu kütləvi istifadəyə hazır hala gətirib.Yəni başınızı çox ağrıtmadan bildirmək istəyirəm ki, bugünkü gün bütün dünyanın istifadə etdiyi işığın yaranması bu kişinin adı ilə bağlıdır. Onun icad etdiyi istifadə oluna bilən ilk işlək elektrik lampasının kəşfinin dünyanın inkişafına təsiri aşağıdakı kimidir. Elektrik lampasının kəşfinin dünya düzəninə göstərdiyi əsas müsbət təsirlər bunlardır:• İqtisadiyyat və sənayedə sıçrayış: Əvvəllər fabriklər və zavodlar yalnız günəş işığına bağlı idi və hava qaralanda iş dayanmalı olurdu. Edisonun kəşfi sayəsində 24 saatlıq iş rejiminə (növbəli iş sistemi) keçid fəaliyyətə başladı....

18 Oktyabr 2026, 15:55

Ehtiram Hüseynovun doğum gününə - Şərif Ağayar yazır 

Ehtiram Hüseynovla 44 günlük müharibədən sonra Laçında daha yaxın ünsiyyət qurduq. Onun şəxsində məcburi köçkünlük illərində əriyib-itən və axır-uxuru qalan klassik laçınlılığın Laçına qovuşduğunu gördüm və ikiqat xoşbəxt oldum. Gənc dostum Alik Əlioğlunun bir şeiri var, deyir:Elə bir doğma adam gəlməlidir ki, Onu öpmək yox, qoxlamaq istəyəsən... Yanında olduğuna əmin olmaq üçün, Əlini üzünə qoyub, yoxlamaq istəyəsən... Ehtiram birdən-birə mənim üçün şairin dediyi həmin bu adama çevrildi. İnsan nə qədər doğma ola bilər? İnsan nə qədər zəngin ola bilər? Eyni zamanda, abırlı, mərd, sanballı...İnsan adi duruşu ilə yüngüllüyə, səviyyəsizliyə, xaraktersizliyə necə meydan oxuya bilər?Ehtiramı Tanrı həm də bir cəza kimi çıxartdı qarşıma. Çünki mən laçınlıların izafi Məhəbbət Kazımov və...

18 Oktyabr 2026, 15:05

Müstəqilliyimiz əbədi, bayrağımız daim ucalarda olsun!  

Milli Məclisin deputatı Ceyhun Məmmədov yazır:Bu gün – 18 Oktyabr, Azərbaycan xalqının tarixində qürurla qeyd etdiyimiz Müstəqilliyin Bərpası Günüdür. 1991-ci ilin məhz bu günündə, xalqımızın əzmkarlığı və milli iradəsinin nəticəsi olaraq “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi və Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi.Bu sənəd yalnız siyasi azadlığımızın deyil, eyni zamanda minillik dövlətçilik ənənələrimizin, milli kimliyimizin və suveren iradəmizin rəmzinə çevrildi. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını yenidən dirçəldən bu qərar, müstəqil dövlətçiliyimizin möhkəm təməlinin qoyulması baxımından tarixi bir dönüş nöqtəsi oldu.Azərbaycan xalqı müstəqilliyin bərpası ilə öz taleyinə sahib çıxdı, dövlət quruculuğu, hüquqi islahatlar, beynəlxalq aləmdə...

18 Oktyabr 2026, 14:13

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib 

Gözlənilən küləkli hava şəraiti ilə bağlı oktyabrın 19-u üçün Bakıda və Abşeron yarımadasında narıncı, bəzi bölgələrdə isə sarı xəbərdarlıq verilib.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

18 Oktyabr 2026, 14:07

Xalq şairi bu tarixlə bağlı arxiv fotonu PAYLAŞDI 

Xəbər verdiyimiz kimi,bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam olur.1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın),...

18 Oktyabr 2026, 13:10

Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ 

Oktyabrın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək...

18 Oktyabr 2026, 12:44