Bizə yazın

Baku

-°C

USD

-

Eldar Əzizov qış mövsümünə hazırlıqla bağlı tapşırıqlar verib

Cəmiyyət 20 Oktyabr 2026, 14:40

397

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

Bu barədə Citypost.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün Prezident İlham Əliyevin son tarixi çıxışlarının yaratdığı təəssürat altında olduqlarını vurğulayıb. O qeyd edib ki, dövlət başçısının bu çıxışlarını sadəcə bəyanatlar kimi qiymətləndirmək olmaz:

"Çünki mahiyyət etibarilə həmin çıxışlar dünənin və bugünün reallıqlarını özündə əks etdirən, gələcəyə ünvanlanmış mühüm tarixi mesajlardır. Bu çıxışlarda Qarabağ məsələsinin Azərbaycan xalqı tərəfindən müstəqil şəkildə həll edildiyi birmənalı olaraq bəyan olundu. Azərbaycan kimi bir dövlətin tam müstəqil siyasi kurs həyata keçirməsi bütün dünyaya əyani şəkildə göstərildi. Bu da tarixi nöqteyi nəzərdən çox vacibdir. Əminəm ki, bu çıxışlar elmi dərinlik baxımından gələcəkdə saysız tarixi-elmi dissertasiyaya mövzu olacaq", – Eldar Əzizov qeyd edib.

Müşavirə zamanı paytaxtda aparılan abadlıq-quruculuq işləri, kommunal xidmətlərin fəaliyyəti, sanitar-təmizlik vəziyyəti və yaşıllaşdırma ilə bağlı cari məsələlər də müzakirə olunub.

Həmçinin kommunal xidmət sahələrinin rəhbərlərinin qış mövsümünə hazırlıq işlərinin gedişi barədə hesabatları dinlənilib.

Müşavirənin yekununda görülən işlərin sürətləndirilməsi və qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bəzi ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ 

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 22-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur....

20 Oktyabr 2026, 14:53

20 Oktyabr – Zəngilan şəhəri günü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir   

20 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan, Zəngilan şəhərinin azadlığı və yenidən dirçəlişi ilə əlamətdar olan mühüm tarixdir. Bu gün xalqımızın doğma torpaqlara qayıdış əzmini, milli birliyini və dövlətimizin gücünü təcəssüm etdirir. Zəngilan şəhəri günü həm də, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin, tarixi ədalətin və böyük qayıdışın rəmzlərindən biridir.Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Uzun illər ərzində doğma yurdlarından didərgin düşmüş zəngilanlılar öz torpaqlarına qayıtmaq ümidi ilə yaşadılar. İşğal dövründə rayonun yaşayış məntəqələri, tarixi-mədəni abidələri və infrastrukturu ciddi dağıntılara məruz qaldı. Lakin bütün çətinliklərə baxmayaraq, zəngilanlılar doğma torpaqlarına bağlılıqlarını qoruyub saxladılar,...

20 Oktyabr 2026, 14:37

Qırğızıstan Prezidenti Sahibə Qafarovanı qəbul edib 

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sadır Japarov ilə görüşüb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, görüş zamanı Qırğızıstan-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, investisiya, energetika və nəqliyyat sahələrində gələcək inkişaf perspektivləri müzakirə olunub.Prezident Sadır Japarov Qırğızıstan və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayaraq, əldə olunmuş razılaşmaların, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin ölkələr arasında əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətini qeyd edib.Öz növbəsində, Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş...

20 Oktyabr 2026, 14:33

Cümhuriyyətin ilk xarici işlər naziri - Onu kimlər intihara məcbur etmişdi?   

Qərənfil Dünyaminqızının "Cümhuriyyətin ilk xarici işlər naziri" yazısını təqdim edirik.Bakının tanınmış, adlı-sanlı nəsillərdən biri də Hacınskilər olub. Tanınmış tacir Cəfərqulu kişi də bu nəsildən idi. O, ticarət işləri ilə bağlı tez-tez səfərlərə çıxardı. Belə səfərlərdən biri də Misirin Qahirə şəhərinə olur. Cəfərqulu burada Fatimə adlı bir gözələ vurulur. "Öldü var, döndü yox” deyən tacir, Vətənə könül həmdəmi ilə birlikdə qayıdır və ailə qurur. Deyilənlərə görə, Fatimə çox gözəl, ağıllı və mehriban bir xanım imiş. Bir il sonra, 1876-cı ilin mart ayında ailənin ilk övladı Məmməd Həsən anadan olur. Atası Məmməd Həsəni tacir görmək istəyində olduğu üçün onu kiçik yaşlarından tez-tez...

20 Oktyabr 2026, 14:24

Sərdar Cəlaloğlu: “Ramiz Mehdiyev məhkəməyə divanda uzanmış vəziyyətdə qoşulmuşdu”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ramiz Mehdiyevin işi ilə bağlı məhkəmə iclasında şahid qismində iştirak etdiyini təsdiqləyib.Citypost.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, Cəlaloğlu Reaksiya TV-yə açıqlamasında Ramiz Mehdiyevin məhkəmə prosesinə onlayn qatıldığını və iclas zamanı divanda uzanmış vəziyyətdə olduğunu deyib.S.Cəlaloğlunun sözlərinə görə, Mehdiyev məhkəmə prosesini diqqətlə izləyib, müzakirələrdə iştirak edib və sualları cavablandırıb. O, sabiq məmurun düşüncə və nitqində, eləcə də qavrayışında hər hansı aşkar problem müşahidə etmədiyini bildirib.Xatırladaq ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin istintaqa verdiyi və mediada yayılan ifadəsində atasının yaddaşında problemlər olduğunu və bəzən öz davranışlarının fərqinə varmadığını demişdi....

20 Oktyabr 2026, 14:18

Azərbaycanda aqroparkda çalışan əcnəbilər üçün yeni güzəştlər təklif edilir

Azərbaycanda aqropark rezidentlərinə və onların işə cəlb etdiyi bəzi əcnəbi mütəxəssislərə iş icazəsi almadan çalışmaq imkanı yaradılması təklif olunur.Citypost.az  xəbər verir ki, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, aqroparkın rezidenti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən, rezident hüquqi şəxs olduqda isə onun rəhbəri və müavinlərindən iş icazəsi tələb edilməyəcək.Güzəşt həmin rezidentin Azərbaycanda əmək fəaliyyətinə cəlb etdiyi aqronomlara, bağçılıq üzrə mütəxəssislərə və baytar həkimlərə də şamil olunacaq. Bunun üçün həmin şəxslərin çalışacaqları fəaliyyət sahəsində təcrübəyə malik olması şərti nəzərdə tutulur.Layihə ilə sadalanan şəxslərə Azərbaycanda müvəqqəti yaşamaq üçün...

20 Oktyabr 2026, 14:08