Bizə yazın

Baku

-°C

USD

-

Spiker: Süni intellekt yeni imkanlarla yanaşı, risklər də yaradır

Siyasət 20 Oktyabr 2026, 16:19

649

Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın gənc parlamentarilərini ölkələrin qarşılaşdığı təhdidlərə qarşı gənclər siyasətini gücləndirməyə çağırıb.

Citypost.az xəbər verir ki, bu haqda Milli Məclisin spikeri Sahibə Qafarova Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib.

Spiker qeyd edib ki, TÜRKPA üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı yeni istiqamətlər üzrə daha da genişləndirməyə imkan verir.

Milli Məclis sədri çıxışında qeyd edib ki, TÜRKPA-nın ən böyük xüsusiyyəti ondan ibarətdir ki, bu təşkilat ortaq mədəniyyətə, tarixə, dilə, milli-mənəvi dəyərlərə malik xalqların təmsilçilərini bir çətir altında birləşdirir. Bu isə parlament üzvlərinin məsuliyyətini daha da artırır.

Sahibə Qafarova bildirib ki, hazırda süni intellekt və texnoloji tərəqqi artıq müasir idarəetmənin və ölkələrin dayanıqlı inkişafının əsas elementinə çevrilib. Azərbaycanda bu istiqamət prioritet kimi müəyyən edilib. Milli Məclisin sədri vurğulayıb ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənib. O, həmçinin, Prezidentin fərmanı ilə Rəqəmsal İnkişaf Şurasının yaradıldığını, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Şuranın rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində vahid yanaşmanı formalaşdırdığını və milli siyasəti əlaqələndirdiyini vurğulayıb.

Milli Məclisin bu istiqamətdə müvafiq hüquqi bazanın möhkəmləndirilməsi üzərində apardığı fəal işi qeyd edən Sahibə Qafarova deyib ki, ölkəmizin rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunvericilik aktları qəbul edilir. Rəqəmsal texnologiyalar, innovativ məhsullar və texnologiyaların transferi kimi anlayışlar milli qanunvericiliyə daxil edilir, süni intellektin hüquqi statusu müəyyənləşdirilir.

Milli Məclisin sədri qanunvericilik islahatları ilə yanaşı, Azərbaycan parlamentinin texnoloji tərəqqinin yaratdığı imkanlardan öz fəaliyyətində də səmərəli istifadə etməsindən danışıb, qanunvericilik orqanının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müasir texnoloji imkanlardan, rəqəmsal texnologiyalardan geniş istifadə olunması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

O, xüsusilə vurğulayıb ki, süni intellekt və texnoloji tərəqqi yeni imkanlar formalaşdırdığı kimi, yeni çağırışlar, kibtertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yeni risklər də yaradır. Bütün bunlar isə qeyd olunan sahədə qarşılıqlı fəaliyyəti daha da zəruri edir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zaur Şükürov: Zəngilan Azərbaycanın strateji əhəmiyyətli bölgələrindən biridir

Zəngilan rayonu zəngin tarixi, mədəni irsi və strateji əhəmiyyəti ilə Azərbaycanın qədim diyarlarından biridir. Əsrlər boyu xalqımızın dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin və mədəniyyətinin formalaşmasına töhfələr vermiş bu rayonun müasir tarixi həm qəhrəmanlıq və mübarizə, həm də sarsılmaz iradə, milli birlik və dirçəliş salnaməsidir.XX əsrin əvvəllərində baş verən mürəkkəb hərbi-siyasi proseslər Azərbaycanın tarixi torpaqlarının taleyinə ciddi təsir göstərmişdir. Xüsusilə Zəngəzurun bir hissəsinin Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi nəticəsində bölgənin tarixi-coğrafi bütövlüyü pozulmuşdur. Sonrakı dövrlərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti ölkəmizin bir sıra bölgələri kimi Zəngilan rayonunun da taleyində ağır izlər buraxmışdır.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açıqlamasında...

20 Oktyabr 2026, 10:01

Seymur Mərdəliyev Ukraynanın nazirləri ilə əməkdaşlığı müzakirə edib

Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev Ukraynanın təhsil naziri Andrey Butenko, daxili işlər naziri İvan Vıqovski, ədliyyə naziri Denis Maslov, İvano-Frankivsk meri Ruslan Martsinkiv və İvano-Frankivsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Svetlana Onişçukla görüşüb, iki ölkə arasında əməkdaşlığı müzakirə edib.Citypost.az xəbər verir ki, bu barədə S. Mərdəliyev "X" sosial şəbəkə hesabında yazıb."Təhsil və elm sahəsində Azərbaycan-Ukrayna əməkdaşlığını daha da gücləndirmək, akademik mübadilələri genişləndirmək və universitetlərimiz arasında əməkdaşlıq üçün yeni imkanlar yaratmaq yollarını müzakirə etmək üçün Andrey Butenko ilə məhsuldar görüş olub", - o bildirib.Ukraynanın daxili işlər naziri İvan Vıqovski ilə hüquq-mühafizə sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, peşəkar təcrübə mübadiləsi və ümumi təhlükəsizlik çağırışlarının...

20 Oktyabr 2026, 08:12

Tofiq Musayev BMT-də mina qurbanları və itkin azərbaycanlıların taleyindən danışıb

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokolların statusu") üzrə bəyanatında keçmiş işğalçı rejimin hərbi komandirlərinin münaqişə zamanı törətdikləri vəhşiliklər barədə məlumat verilib.Citypost.az  xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəsi, səfir Tofiq Musayev səsləndirib və minalar səbəbindən Azərbaycanda mülki şəxslər arasında davam edən ölüm, yaralanma hallarına, eləcə də keçmiş münaqişə ilə əlaqədar hələ də itkin hesab edilən minlərlə azərbaycanlının taleyinə diqqət çəkib.Həmçinin keçmiş işğalçı rejimin hərbi komandirlərinin və rəhbərlərinin münaqişə zamanı törətdikləri, əksəriyyəti beynəlxalq hüquqa əsasən ağır cinayətlər hesab edilən əməllərə görə cinayət təqibinə cəlb...

19 Oktyabr 2026, 20:55

TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib

TÜRKPA-nın 15-ci plenar iclası çərçivəsində Bişkek şəhərində "Qadınlar və mədəni diplomatiya: dil və ortaq ənənələr vasitəsilə birliyin gücləndirilməsi" mövzusuna həsr olunmuş Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib.Bu barədə Citypost.az-a TÜRKPA-dan məlumat verilib.Bildirilib ki, iclasa Qrupun rəhbəri, Qazaxıstan Respublikasının Qurultayının üzvü Ayjan Temerbayeva sədrlik edib. Tədbir üzv dövlətlərin qadın parlamentarilərini bir araya gətirərək iclasın əsas mövzusu ətrafında dialoq və fikir mübadiləsi üçün imkan yaradıb.İclasda parlament üzvləri Tamam Cəfərova (Azərbaycan), Ayjan Temerbayeva (Qazaxıstan), Medina Kayrılbekova (Qırğızıstan) və Zeynep Yıldız (Türkiyə), həmçinin TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən Bektur Bazakeçov çıxış ediblər.Müzakirələr mədəni diplomatiyanın təşviqində qadınların roluna, ortaq mədəni irsin qorunmasına, dil...

19 Oktyabr 2026, 20:00

Vüqar Rəhimzadə: Zəngilanın yenidən qurulması dövlətimizin gücünü göstərir

Zəngilanın bərpası 

44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz ölkəmizin çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin əsasını qoydu. Bu möhtəşəm Qələbə yalnız torpaqlarımızın azad edilməsi deyil, eyni zamanda, milli kimliyimizin, mədəni irsimizin və tarixi yaddaşımızın yenidən bərpası oldu. Bu kontekstdə Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ideoloji, siyasi və strateji əhəmiyyət kəsb edən, gələcəyə yönəlmiş mühüm bir çağırış kimi dəyərləndirilir. Hər bir şəhərin azad olunduğu tarixin Şəhər Günü kimi qeyd edilməsi bu ərazilərin əbədi və əzəli sahibinə qovuşduğunu beynəlxalq aləmə bir daha bəyan edir. Azad edilmiş şəhərlərdə reallaşdırılan...

19 Oktyabr 2026, 18:20

Qulu Məhərrəmli: “Media qardaşlıq münasibətlərinə həssas yanaşmalıdır”

Professor, media eksperti Qulu Məhərrəmli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrikinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Qulu Məhərrəmli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Professor qeyd edib ki, özünü peşəkar hesab edən media Azərbaycan-Türkiyə münasibətlərinə həssas yanaşmalı, sosial şəbəkələrdə bu münasibətləri hədəf alan şəxslərin yolu ilə getməməlidir. Onun sözlərinə görə, bəzən media da bu axına qoşularaq qızışdırıcı mövqe tutur.Qulu Məhərrəmli hadisələrin arzuolunmaz istiqamətdə inkişaf etdiyi bir vaxtda Ərdoğanın Azərbaycanı təbrik etməsini mühüm hadisə kimi qiymətləndirib.“ƏRDOĞAN: AZƏRBAYCAN TÜRKÜ QARDAŞLARIMI SALAMLAYIRAM!Özünü peşəkar hesab edən media Azərbaycan-Türkiyə münasibətlərinə həssas olmalı, sosial şəbəkələrdə bu münasibəti hədəf almış cahillərin yolu...

19 Oktyabr 2026, 09:10