Bizə yazın

Baku

-°C

USD

-

Dünya çempionatında iştirak edəcək Azərbaycanın güləş millilərinin heyəti açıqlanıb

Cəmiyyət 20 Oktyabr 2026, 15:25

501

Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti bəlli olub.

Bu barədə Citypost.az-a  Azərbaycan Güləş Federasiyasından (AGF) məlumat verilib.

AGF-nin təlim-məşq bazasında yunan-Roma güləşi üzrə milli komandanın yolasalma mərasimi keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, baş katibi Pərvin Piriyev iştirak edib.

Görüşdə milli komandaya uğurlar arzulanıb və yarışda ölkəni təmsil edəcək güləşçilərin adları açıqlanıb.

Oktyabrın 20-də isə Quba Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə milli komandanın üzvləri ilə görüş keçirilib.

Tədbirdə iştirak edən N.Abdullayev, F.Mansurov və P.Piriyev komandaya uğurlar arzulayıb və heyət açıqlanıb.

Mundialda Azərbaycanı 23 güləşçi təmsil edəcək. Yarışın ilk günlərində mübarizəyə yunan-Roma güləşi yığması start verəcək. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Rəsul Cəzini və Bəhruz Həzrətipurun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) çıxış edəcək.

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (65 kq) dünya çempionatında gücünü sınayacaq.

Çempionatın son günlərində isə sərbəst güləşçilər xalçaya çıxacaq. Millinin baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) qələbə uğrunda mübarizə aparacaq.

"Barıs Arena"da keçiriləcək yarışda gündüz seansının qarşılaşmaları Bakı vaxtı ilə 09:30-da, axşam seansının görüşləri isə 17:00-da başlayacaq.

Qeyd edək ki, I-S dərəcəli referilər Asif Şirəliyev və Sədi Quliyev mundialda ədaləti qoruyacaqlar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiq edilib 

“Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu” təsdiq edilib.Citypost.az  xəbər verir ki, Memorandum Prezident İlham Əliyevin imzaladığı Qanunla təsdiqlənib.Qeyd edək ki, Memorandum 2026-cı il sentyabrın 1-də Bonn şəhərində və 2026-cı il sentyabrın 2-də Bakı şəhərində imzalanıb.

20 Oktyabr 2026, 16:00

İsveç səfiri Hikmət Hacıyevlə görüşüb 

İsveçin Azərbaycandakı səfiri Luis Morsinq Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə məlumat səfirliyin sosial şəbəkə hesablarında paylaşılıb.Qeyd edilib ki, tərəflər arasında görüş məhsuldar keçib.

20 Oktyabr 2026, 15:47

Bəzi ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ 

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 22-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur....

20 Oktyabr 2026, 14:53

Eldar Əzizov qış mövsümünə hazırlıqla bağlı tapşırıqlar verib

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.Bu barədə Citypost.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün Prezident İlham Əliyevin son tarixi çıxışlarının yaratdığı təəssürat altında olduqlarını vurğulayıb. O qeyd edib ki, dövlət başçısının bu çıxışlarını sadəcə bəyanatlar kimi qiymətləndirmək olmaz:"Çünki mahiyyət etibarilə həmin çıxışlar dünənin və bugünün reallıqlarını özündə əks etdirən, gələcəyə ünvanlanmış mühüm tarixi mesajlardır. Bu çıxışlarda Qarabağ məsələsinin Azərbaycan xalqı tərəfindən müstəqil şəkildə həll edildiyi birmənalı olaraq bəyan olundu. Azərbaycan kimi bir dövlətin...

20 Oktyabr 2026, 14:40

20 Oktyabr – Zəngilan şəhəri günü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir   

20 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan, Zəngilan şəhərinin azadlığı və yenidən dirçəlişi ilə əlamətdar olan mühüm tarixdir. Bu gün xalqımızın doğma torpaqlara qayıdış əzmini, milli birliyini və dövlətimizin gücünü təcəssüm etdirir. Zəngilan şəhəri günü həm də, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin, tarixi ədalətin və böyük qayıdışın rəmzlərindən biridir.Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Uzun illər ərzində doğma yurdlarından didərgin düşmüş zəngilanlılar öz torpaqlarına qayıtmaq ümidi ilə yaşadılar. İşğal dövründə rayonun yaşayış məntəqələri, tarixi-mədəni abidələri və infrastrukturu ciddi dağıntılara məruz qaldı. Lakin bütün çətinliklərə baxmayaraq, zəngilanlılar doğma torpaqlarına bağlılıqlarını qoruyub saxladılar,...

20 Oktyabr 2026, 14:37

Qırğızıstan Prezidenti Sahibə Qafarovanı qəbul edib 

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sadır Japarov ilə görüşüb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, görüş zamanı Qırğızıstan-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, investisiya, energetika və nəqliyyat sahələrində gələcək inkişaf perspektivləri müzakirə olunub.Prezident Sadır Japarov Qırğızıstan və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayaraq, əldə olunmuş razılaşmaların, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin ölkələr arasında əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətini qeyd edib.Öz növbəsində, Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş...

20 Oktyabr 2026, 14:33