Bu işlərə mülki məhkəmələrdə baxılacaq
Cəmiyyət 21 Oktyabr 2024, 14:32
24128
Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətindəki fəaliyyətinin daha səmərəli həyata keçirilməsini təmin etmək üçün Plenum qərarlarının təkmilləşdirilməsi işi qarşıda duran daimi vəzifələrdən biri kimi çıxış edir.
Bu barədə Citypost.az-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, Ali Məhkəmə Plenumu qəbul etdiyi yeni Qərarda məhkəmələr tərəfindən baxılan bəzi işlərə mülki və ya inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyünə aydınlıq gətirilib.
Sözügedən Qərarda əsas dəyişiklikləri diqqətinizə təqdim edirik:
Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır.
Torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrdə müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülki-hüquqi xarakter daşıyır. Buna görə də bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
Həmçinin oxuyun
Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərarın çıxarılmasını qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilər.
Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduğu münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır.
Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduğu münasibətlərdən (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) yaranan mübahisələrə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.
Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.
Sonda məhkəmələrə tövsiyə olunub ki, prosessual qənaətə nail olmaq üçün bu Qərarın qəbulu ilə yaranan aidiyyətlə əlaqədar şərtlərin dəyişməsi hallarında, icraatlarında olan mübahisələrə münasibətdə hər bir fərdi işin xüsusi hallarını və aparılmış araşdırmanın həcmini nəzərə almaqla həmin işlərə baxılmasını davam etdirsinlər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib.CityPost.az paylaşımı təqdim edir:pic.twitter.com/tIhif8FAK5— İlham Əliyev (@azpresident) September 26, 2026
27 Sentyabr 2026, 00:20
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 6 il ötür.CityPost.az-ın məlumatına görə, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin,...
26 Sentyabr 2026, 23:48
ZALDA OLMAQ NETANYAHUNUN ÇIXIŞINI DƏSTƏKLƏMƏK DEMƏK DEYİLDİR...
Sentyabrın 24-də İsrail Baş nazirinin BMT iclasında tribunaya qalxarkən Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi ilə bağlı çox əcaib kampaniya aparılır. Təəssüf ki, bu kampaniya qardaş Türkiyə mediasından qaynaqlanır, ordakı həmkarıarlarımız çox ədalətsiz iddialar irəli sürür, əməlli-başlı manipulyasiya ilə məşğul olurlar. Bəli, B.Netanyahu BMT Baş Məclisinin 81-ci sessiyasında çıxış üçün tribunaya yaxınlaşanda müsəlman ölkələri qarışıq xeyli diplomat etiraz əlaməti olaraq nümayişkaranə şəkildə zalı tərk edib. Amma ölkələrin heç də hamısı onlara qoşulmayıb. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Kanada, Çin və bir sıra digər ölkələrin nümayəndələri Netanyahu çıxış edərkən yerlərində qalıblar. Undi hay-küy salınır ki, niyə Bəhreyn,...
26 Sentyabr 2026, 22:02
İrəvanda “Artsax” kartı yenidən masaya çıxarılır
Ermənistanda “Artsax” adı yenidən daxili siyasi mübarizənin əsas mövzularından birinə çevrilir. Keçmiş Qarabağ ombudsmanı Artak Beglaryan Ermənistan hakimiyyətini Qarabağdan olan müxtəlif nümayəndələrə qarşı siyasi təqib aparmaqda, onların fikirlərinə görə hədəfə alınmasında və informasiya məkanında onlara qarşı nifrət yaradılmasında ittiham edib. Bu fikirlər onun öz siyasi mövqeyidir və NEWS.am-ın yaydığı açıqlamada səsləndirilib.Beglaryanın çıxışında diqqət çəkən əsas məqam “Artsax xalqının hüquqları” anlayışının yenidən Ermənistanın siyasi gündəminə daşınmasıdır. Halbuki bu gün Ermənistan daxilində əsas mübahisə artıq Qarabağın statusundan deyil, həmin mövzunun ölkənin daxili siyasətində necə istifadə olunmasından gedir. Beglaryanın özü də hazırda Qarabağ ermənilərinin maraqlarını beynəlxalq platformalarda müdafiə edən siyasi-ictimai fəaliyyətlə məşğuldur. Burada daha...
26 Sentyabr 2026, 21:57
Maarif Soltanın şeirləri
SƏHƏRİN AÇILMASIƏvvəl quşlar oyandı...Ulduzlar yavaş-yavaşalaqaranlıqda əridi getdi.Qarşıdakı binanın işıqlarından biriyuxulu-yuxulu yandı.Sonra ikisi, üçü...axdılar toranlığa.Mənzillərdən birinin pərdələri oyandı.Qarayanız bir xanımyuxulu saçlarınıyuxulu bir daraqlayuxulu bir güzgüdəbaşladı daramağa.Cingiltiylə oyandı qonşumuzun mətbəxi.Oyandı sonuncu siqaretim də.Gərnəşə-gərnəşə keçdi bir maşın —oyatdı küçəni.Oyandı küçədə addım səsləri.Müxtəsəri,mən belə qarşıladım səhəri.***Niyə qarşılaşdıq biz onda axı,Taleyin gecikmiş oyunları var.Bir daha gördük ki, ömrün yaz çağıTaleyin tufanı, düşən qarı var.Kim bilir, bəlkə də bu saat, bu günÖmür başa çatır, ömür yarıdır.Biz yaranmışıqsa bir-birimizçün,Niyə yollarımız ayrı-ayrıdır?Belə sədlər çəkib yolunda durum, Sən ki, öz yolundan dönən deyilsən.Bir vaxt tale səni elə susdurub,İndi ha yalvarım, dinən deyilsən.Bəlkə də bir daha heç görüşmədik,Yamanca araya düşdü ayrılıq.Ayrılaq,...
26 Sentyabr 2026, 18:36
Bakıda doğulan məşhur Nobel mükafatçısı Lev Landau.
Çox güman ki, bu, bir çoxları üçün yeni bir məlumat olacaq... Bilirdinizmi, dünyanın məşhur fiziklərindən biri, nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş məşhur alim Lev Landau Bakı şəhəridə anadan olub. Hətta bəzi yazılarda onu Nobel mükafatına layiq görülən ilk azərbaycanlı kimi də təqdim edirlər. Səbəb kimi Lev Landaunun Bakıda dünyaya gəlməsini, ailəsinin uzun illər Azərbaycanda yaşamasını əsas gətirirlər.XX əsrin ən böyük fiziklərindən biri, 1962-ci il Fizika üzrə Nobel mükafatı laureatı Lev Davidoviç Landau 22 yanvar 1908-ci ildə Bakıda dünyaya göz açıb.Landaunun ailəsi o dövrdə Bakıda daimi yaşayırdı. Onun atası David Lvoviç Landau neft mühəndisi idi və dünyanın...
26 Sentyabr 2026, 17:11