Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib

Siyasət 26 Sentyabr 2026, 08:08

430

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib.

Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ceyhun Bayramov beynəlxalq hüquqa, dövlətlərin suveren bərabərliyinə və daxili işlərə qarışmamaq prinsipinə ciddi riayətə əsaslanan yenilənmiş və islah edilmiş çoxtərəfli sistemin əhəmiyyətini vurğulayıb. Nazir inkişaf etməkdə olan ölkələrin ədalətli təmsilçiliyinin təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına təcili ehtiyac olduğunu bildirib.

XİN rəhbəri Vaşinqton Sülh Sammitindən sonra Azərbaycan və Ermənistan arasında de-fakto sülhün əldə olunduğunu qeyd edib. Onun sözlərinə görə, sülh gündəliyi artıq konkret iqtisadi nəticələr verir. Bunlara tranzit məhdudiyyətlərinin birtərəfli qaydada aradan qaldırılması və müəyyən sahələrdə ikitərəfli ticarətin başlanması daxildir. Nazir Sülh Sazişinin imzalanması üçün qalan maneələrin aradan qaldırılmasının vacibliyini də diqqətə çatdırıb.

Bayramov münaqişədən sonrakı bərpa və yenidənqurma işləri nəticəsində 90 mindən çox Azərbaycan vətəndaşının azad edilmiş ərazilərə qayıtdığını bildirib.

Nazir mina təhlükəsinin davam etdiyini vurğulayaraq, 2020-ci ildən bəri 400-dən çox, son 30 ildə isə ümumilikdə 3 500 nəfərin mina qurbanı olduğunu qeyd edib. O, humanitar minatəmizləmənin Azərbaycanın 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi rəsmən qəbul edildiyini bildirib.

Ceyhun Bayramov münaqişədən sonrakı barışıq və məsuliyyət prosesinin irəlilədilməsi üçün itkin düşmüş 4 minə yaxın şəxsin taleyinin müəyyənləşdirilməsinə beynəlxalq dəstək göstərilməsinə çağırıb.

XİN rəhbəri Azərbaycanın regional bağlantıların inkişafındakı rolundan da danışıb. Bildirib ki, Bakı Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faiz artıb.

Nazir Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal bağlantının yaradılması üçün “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Transxəzər Rəqəmsal İpək Yolu fiber-optik şəbəkəsi vasitəsilə regional rəqəmsal bağlantıların genişləndirilməsi istiqamətində görülən işlər də qeyd olunub.

Bayramov Azərbaycanın iqtisadi göstəricilərinə toxunaraq ÜDM-in üç dəfə artdığını, yoxsulluq səviyyəsinin isə 49 faizdən 5 faizə endiyini bildirib.

Nazir Azərbaycanın 16 ölkəyə etibarlı təbii qaz tədarükçüsü olduğunu, eyni zamanda təmiz enerjiyə keçidi sürətləndirdiyini deyib. Onun sözlərinə görə, günəş və külək enerjisi layihələrinin gücünün 6 QVt-a çatdırılması hesabına 2030-cu ilədək elektrik enerjisinin 40 faizinin bərpaolunan mənbələrdən istehsalı nəzərdə tutulur.

Çıxışda Azərbaycanın COP29 çərçivəsində qlobal iqlim maliyyələşdirilməsi hədəflərinin üç dəfə artırılması, Paris Sazişinin 6-cı maddəsi üzrə karbon bazarlarının işə salınması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması və UNFCCC İqlim Həftəsinin təşkili istiqamətində roluna da toxunulub. Azərbaycanın WUF13-ə ev sahibliyi etməklə qlobal şəhərsalma gündəliyinə töhfəsi qeyd edilib.

Ceyhun Bayramov Xəzər dənizinin səviyyəsinin azalmasını təxirəsalınmaz ekoloji problem adlandıraraq, Xəzəryanı ölkələri davamlı birgə fəaliyyətə çağırıb.

Nazir Azərbaycanın ASAN və DOST modellərinin beynəlxalq səviyyədə tanındığını və bu təcrübənin paylaşılmasının 100-dən çox dövlətin həmmüəllif olduğu BMT İnsan Hüquqları Şurasının qətnaməsinə ilham verdiyini bildirib.

O, həmçinin Azərbaycanın 2020-ci ildən etibarən 140-dan çox ölkəyə, xüsusilə kiçik ada inkişaf etməkdə olan dövlətlərə və Afrika ölkələrinə 400 milyon dollardan artıq humanitar, iqtisadi və texniki yardım göstərdiyini qeyd edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov: Sülh Sazişinin imzalanması üçün maneələr aradan qaldırılmalıdır

Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub.Citypost.az  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.Nazir qeyd edib ki, Vaşinqton Sülh Sammitindən sonra sülh gündəliyi artıq konkret iqtisadi nəticələr verməyə başlayıb. O, bu xüsusda tranzit məhdudiyyətlərinin birtərəfli qaydada aradan qaldırılmasını və müəyyən sahələrdə Azərbaycanla Ermənistan arasında ikitərəfli ticarətin başlanmasını qeyd edib.Diplomat, eyni zamanda, Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin imzalanması üçün qalan maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb....

26 Sentyabr 2026, 08:20

Ceyhun Bayramov Antonio Quterreşlə regional proseslərdən danışıb

Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edibAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.Tərəflər regional və beynəlxalq proseslər, o cümlədən Azərbaycanın fəaliyyəti ətrafında fikir mübadiləsi aparıblar.Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları çərçivəsində fəal iştirakı, eləcə də çoxtərəfliliyə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə verdiyi töhfələr xüsusi vurğulanıb.Müzakirələr zamanı Azərbaycanın donor ölkə qismindəki töhfələri və humanitar təşəbbüsləri də diqqət mərkəzində olub.Söhbət zamanı qlobal iqlim fəaliyyəti və dayanıqlı inkişaf məsələlərinə toxunulub; Azərbaycanın COP29-a...

26 Sentyabr 2026, 08:00

Pərvanə Vəliyeva: “Şəhid ailələrinə və qazilərə diqqət dövlət siyasətinin mühüm istiqamətidir”

27 Sentyabr “Anım Günü” Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin ehtiramla yad edildiyi mühüm tarixi gün olmaqla, şəhidlərimizin müqəddəs xatirəsinə dərin hörmət və ehtiramın ifadəsi, həmçinin, xalqımızın vətənə, dövlətə və milli dəyərlərə bağlılığını nümayiş etdirən bir gündür.Məhz Ölkə Başçısı cənab İlham Əliyevin 27 Sentyabrın Anım Günü kimi qeyd olunmasına dair verdiyi 2 dekabr 2020-ci il tarixli Sərəncam, həmin tarixin əhəmiyyətliliyini bir daha özündə ehtiva edən olduqca vacib təşəbbüsdür. Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında bildirib.Deputat vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də başlayan “44 günlük Vətən müharibəsi” Azərbaycan tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub. Müharibə dövründə...

25 Sentyabr 2026, 12:48

İlham Əliyev Gürcüstanın Baş nazirinə zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.Citypost.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar, həmçinin gürcü xalqına rifah arzulayıb.Gürcüstanın Baş naziri göstərilən diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.Telefon danışığı zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və mehriban qonşuluq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb....

25 Sentyabr 2026, 12:13

Deputat: “Paşinyan verilən kitaba xəbərdarlıq notası kimi baxır”

Milli Məclisin deputatı Sahib Alıyev İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində keçirdiyi görüşlər zamanı təqdim etdiyi kitaba diqqət çəkib.Citypost.az xəbər verir ki, S.Alıyevin sözlərinə görə, Pezeşkian ikitərəfli görüşlər zamanı “Donald Trampın İran xalqına vəd etdiyi yardım” adlı kitabı hədiyyə edir. Onun bildirdiyinə görə, kitab ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində yaranan dağıntı və itkiləri əks etdirən fotolardan tərtib olunub.Deputat qeyd edib ki, İran Prezidenti bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra ona da həmin kitabdan hədiyyə edib.S.Alıyev Paşinyanın reaksiyasının kitabın sadəcə hədiyyə kimi deyil, xəbərdarlıq mesajı kimi qəbul edildiyini göstərdiyini bildirib.“Paşinyanın reaksiyası göstərir ki, o,...

25 Sentyabr 2026, 08:56

Qərb niyə siyasi islahatlara getdi? – Kənan Rövşənoğlu AÇIQLADI

Siyasi şərhçi Kənan Rövşənoğlu Şərq və Qərbin siyasi inkişaf tarixindəki fərqlərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, K.Rövşənoğlunun fikrincə, Avropanın siyasi inkişafında əsas amillərdən biri hakimiyyətin islahatlara və səlahiyyətlərini cəmiyyətlə bölüşməyə məcbur edilməsi olub. O, Britaniyada kral hakimiyyətinin məhdudlaşdırılmasını, Fransada isə monarxiyanın devrilməsini nümunə göstərib.Şərqdə isə islahat və yeniliklərin uzun müddət hökmdarın iradəsindən asılı olduğunu qeyd edən siyasi şərhçi bildirib ki, orta əsrlərdən etibarən Şərq siyasi düşüncəsində islahatlar və yeniliklər hökmdardan tələb olunan bir “mərhəmət” kimi təqdim edilib.K.Rövşənoğlu Osmanlı və Qacarlar dövrünü də nümunə göstərərək, XIX və XX əsrin əvvəllərində hər iki imperiyada xalqa konstitusiya və parlament verildiyini, lakin sonradan...

25 Sentyabr 2026, 08:45