Bizə yazın

Baku

-°C

USD

-

“Türk dövlətlərinin Xocavənddəki birgə hərbi təlimləri sülh və təhlükəsizliyə xidmət edir” - Cəlil Xəlilov

Cəmiyyət 23 Sentyabr 2026, 18:19

413

“Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Xocavənddə keçridiyi birgə təlimlər sülh və təhlükəsziliyə xidmət edir”.

Bunu Redaktor.az-a açıqlamasıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirdi. Polkovnik qeyd edib ki, bu təlimlər Azərbaycan və digər qardaş türk dövlətlərinin qlobal müstəvidəki təhdid və təhlükələrə adekvat reaksiyasıdır:

 

“Bildiyiniz kimi, müasir dünyamızda regional və qlobal təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur. Dünyada münaqişə və qarşıdurmaların, eləcə də hibrid müharibələrin çoxalması bu təhlükələrə çevik reaksiya verməyi, onları zamanında önləməyi zəruri edir. Bu isə hər bir dövlətdən güclü ordu ilə yanaşı, həm də etibarlı müttəfiqlər, qlobal müstəvidə səmimi əməkdaşlıq tələb edir. Bu gün Xocavanddə keçirilən hərbi təlimlər sübut edir ki, türk dünyası öz hərbi gücünü, Silahlı Qüvvələrinin peşəkarlığını dinamik şəkildə artırmaqla yanaşı, qarşılıqlı əməkdaşlığa da xüsusi önəm verir, bu məsələdə vahid, koordinasiyalı mövqe ortaya qoyur”.

 

Polkovnik qeyd edib ki, Xocavənddəki təlimlər gələcəkdə oxşar tədbirlərin daha geniş tərkibdə keçirilməsi üçün ciddi zəmin formalaşdırır:

 

“Heç kimə sirr deyil ki, Azərbaycan dövləti hər zaman, eləcə də günümüzdə qardaş Türkiyə dövləti ilə çoxlu sayda silsilə təlimlər keçirib və bu təlimlər gələcəkdə də davam etdiriləcək. Xocavənddəki təlimlərin əsas özəlliklərindən biri bu təlimlərə qardaş Özbəkistan dövlərinin də qoşulmasıdır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə əksər türk dövlətlərinin iştirakı ilə birgə təlimlər keçirilə bilər ki, bu da türk dünyası daxilində hərbi əməkdaşlığı genişləndirməklə yanaşı, xalqlarımızın birliyinə də böyük töhfə vermiş olar.

 

Əminəm ki, biz qarşıdakı dönəmdə oxşar hərbi təlimlərin Türkiyə və Özbəkistan ərazisində də keçiriləcəyinə şahid olacaq, türk dünyası daxilində hərbi əməkdaşlığın güclənməsi meyillərini qürurla izləyəcəyik”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fazil Mustafadan sensasion açıqlamalar – DEPUTAT HÖKUMƏTƏ ÇAĞIRIŞ ETDİ

Son günlər paytaxt Bakının yüklənməsi, yollardakı tıxac, bölgələrdəki vəziyyət və digər məsələlər ölkə vətəndaşının ən çox müzakirə etdiyi mövzulardandır. Milli Məclisin payız sessiyasının ilk komitə iclaslarında da deputatların bu problemlərlə bağlı sərt çıxışları, hətta ayrı-ayrı qurumlara yönəlik tənqidləri də oldu.Deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bununla bağlı Musavat.com-un suallarını cavablandırıb.Müsahibəni təqdim edirik:- Fazil bəy, Milli Məclisin payız sessiyasının ilk komitə iclasında Bakını hansı yollarla tıxac problemindən xilas etmək olar mövzusunda müzakirələr oldu, deputatların təklifləri səsləndi, ümumiyyətlə, Azərbaycanın mövcud problemləri müzakirə olundu. Mövcud vəziyyət yəqin ki, sizi də narahat edir. Durumla bağlı hansı təklifləriniz var?-...

23 Sentyabr 2026, 17:56

Deputatlar Anım Günündə Zəfər abidəsini ziyarət edəcəklər

Milli Məclisin deputatları 27 sentyabr – Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edəcəklər.Citypost.az  verir ki, deputatlar sentyabrın 27-də saat 10:10-da Hərbi Qənimətlər Parkında toplaşacaqlar. Onlara abidə önünə qoyulmaq üçün güllər təqdim ediləcək.Ziyarət Vətən müharibəsinin başlanmasının altıncı ildönümü səbəbi ilə olacaq.Qeyd edək ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinə çevrilib.Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü təsis edilib. Bu gün ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad olunur...

23 Sentyabr 2026, 17:45

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır.Bu barədə Citypost.az Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu il Həcc ziyarətinə sənədlərinin qəbulu keçən ildən daha erkən başlayacaq.İlkin olaraq QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib."Qiymətin az miqdarda artma ehtimalı da istisna deyil. Dünyada baş verən məlum hadisələr fonunda, habelə Krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin 4-dən 3-ə endirilməsi, yeni xidmətlərin artırılması səbəbi ilə müəyyən qiymət artımlarının olması qaçılmazdır. Ziyarət həmişə olduğu kimi...

23 Sentyabr 2026, 17:33

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

Xocavənd rayonunun Ağkənd və Qarakənd, Xocalı rayonunun isə Təzəkənd və Badara kəndlərinə gedən avtomobil yollarında əsaslı yenidənqurma işləri həyata keçirilir.Citypost.az  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, yollar müasir tələblərə uyğun şəkildə yenilənir, yol infrastrukturu yaxşılaşdırılır, yaşayış məntəqələrinin rahat və təhlükəsiz nəqliyyat əlaqəsinin təmin olunması istiqamətində kompleks tədbirlər görülür.

23 Sentyabr 2026, 17:15

Parlamentin ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

Milli Məclisin 2026-cı il payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.Citypost.az  xəbər verir ki, iclas saat 11:00-da başlayacaq.Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-dan dekabrın 30-dək davam edir. Sessiya müddətində deputatlar qanun layihələrini plenar iclaslarda müzakirə edəcək, parlament komitələri isə öz fəaliyyət istiqamətləri üzrə məsələlərə baxacaqlar.Parlamentin komitələri artıq payız sessiyası üzrə ilk iclaslarını keçirib, iş planlarını və qanun layihələrini müzakirə ediblər. ...

23 Sentyabr 2026, 17:13

Əfv sərəncamının icrası başa çatıb

Əfv sərəncamının icrası başa çatıb.Citypost.az xəbər verir ki, sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində icra olunub.Qeyd edək ki, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.Əfv olunanlar arasında Azərbaycanda cəza çəkən 5 əcnəbi də var....

23 Sentyabr 2026, 16:48