İlham Əliyev tranzit yükdaşımaları ilə bağlı HƏDƏFLƏRİ AÇIQLADI
Cəmiyyət 26 Sentyabr 2026, 09:16
498
Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq.
Citypost.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Prezident bildirib ki, hədəf 2030-cu ilədək tranzit yüklərin həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır.
“Tranzit yükdaşımalarında sürətli artıma nail olmuşuq. Məhz buna çalışırdıq. Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək bu göstəricini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır”, – dövlət başçısı vurğulayıb.
İlham Əliyev qeyd edib ki, bu məqsədlə fiziki infrastruktur qurulub, əsasən dəmir yollarına, dəniz limanlarına, hava yükdaşımalarına və avtomobil magistrallarına sərmayə yatırılıb.
“Dəmir yollarımızın 60 faizi elektrikləşdirilib və bu proses davam edir. Bütün qonşularımızla, eləcə də ölkə daxilində dəmir yolu əlaqəmiz var. Bu, işin mühüm hissəsi idi. İnkişaf etmiş ölkəyə çevrilmək üçün, şübhəsiz ki, qonşularımızla və qonşularımızın qonşuları ilə yaxşı münasibətlərimiz olmalıdır”, – Prezident deyib.
Dövlət başçısı bildirib ki, əks halda, dənizə çıxışı olmayan ölkə kimi nə qədər çalışsanız da, uğur qazana bilməyəcəksiniz. Onun sözlərinə görə, bu istiqamətdə də işlər görülüb və bu gün bütün qonşularla münasibətlər çox aydın və ən əsası, proqnozlaşdırılandır.
Prezident qeyd edib ki, yük göndərənlərin Azərbaycan marşrutunu seçməsi üçün müvafiq mühit və stimullar yaradılmalı idi.
Həmçinin oxuyun
“Biz bunu hətta hazırkı geosiyasi dəyişikliklərdən əvvəl etmişdik. Çünki indi əlavə təchizat zəncirlərinin də pozula biləcəyini təsəvvür etməyin belə çətin olduğu bir dövrdən keçirik”, – İlham Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, yük göndərənlərin Azərbaycan ərazisindən keçərkən multimodal daşımalardan istifadə etməyi seçməsi üçün müvafiq fiziki və inzibati mühitin yaradılması qarşıya məqsəd qoyulub. Prezident qeyd edib ki, Azərbaycan ərazisindən keçən yüklərin daşınması zamanı bərə nəqliyyatından da istifadə edilməlidir.
“Bu gün istər Şərq–Qərb, istərsə də Şimal–Cənub istiqamətində Azərbaycan ərazisindən yükdaşımaya tələbatın artdığını görürük. Biz bu iki mühüm marşrutun kəsişməsində yerləşirik. Yeri gəlmişkən, Azərbaycan hər iki nəqliyyat layihəsinin fəal iştirakçısı olan çox az sayda ölkədən biridir”, – İlham Əliyev vurğulayıb.
Prezident bildirib ki, Azərbaycan Şərq–Qərb və Şimal–Cənub istiqamətlərinin hər ikisi üzrə qonşu ölkələrlə fəal əməkdaşlıq edir.
“Siz Mərkəzi Asiyanı qeyd etdiniz. Azərbaycan ötən ilin noyabrından Mərkəzi Asiya Məşvərət Şurasının üzvüdür. Bu, əslində, görünməmiş hadisədir. Çünki coğrafi baxımdan Cənubi Qafqazda yerləşirik, lakin siyasi, iqtisadi və nəqliyyat baxımından artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik”, – dövlət başçısı deyib.
İlham Əliyev əlavə edib ki, nəqliyyatın idarə edilməsi və rəqəmsallaşdırılması, gömrük inzibatçılığı, eləcə də Azərbaycanda investorlar üçün çox aydın və anlaşılan qaydalar ölkənin potensialını gücləndirir.
“Regionumuzdakı geosiyasi vəziyyət dəyişərək beş il əvvəlki vəziyyətə qayıtsa belə, biz yenə də yükdaşıyanlar üçün cəlbedici olmalıyıq. Bu, çox maraqlıdır və burada qarşıya qoyulan məqsədlərdən biridir”, – Prezident vurğulayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev: Xarici borcumuzu bir gündə sıfırlamaq mümkündür
Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir, onu bir gündə sıfırlamaq da olar.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.Dövlət başçısı deyib ki, Azərbaycanda çox mühüm siyasi və iqtisadi sabitlik mövcuddur:"Artıq Azərbaycanda 30 ildən çoxdur ki, bu istiqamətdə mühüm proseslər gedir. 90-cı illərdə, xüsusilə 90-cı illərin əvvəllərində, ərazimizin böyük bir hissəsi işğal altında idi və təxminən bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi Bu da ölkənin sosial-iqtisadi vəziyyətinə...
26 Sentyabr 2026, 09:25
Prezident: Azərbaycan beynəlxalq şirkətlər üçün etibarlı tərəfdaşdır
Azərbaycanda çox yaxşı investisiya mühiti var.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.Dövlət başçısı vurğulayıb ki, bir çox aparıcı beynəlxalq şirkətlər iqtisadiyyatın müxtəlif sektorlarında Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər: "Artıq ölkədə çox yaxşı bir investisiya mühiti var. Azərbaycana son 20 ildə 350 milyard ABŞ dollar investisiya yatırılıb və bunun yarısı xarici investisiyalardır"....
26 Sentyabr 2026, 09:14
Azərbaycanda vulkan püskürdü
Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb.Bu barədə Citypost.az AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.Məlumata əsasən, təbiət hadisəsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.
26 Sentyabr 2026, 09:12
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir
Bakıda Prezident İlham Əliyevin himayəsi altında ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) ikinci günü keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub.Forum nüfuzlu beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil edilib. Forumun strateji tərəfdaşı olan "The European House – Ambrosetti & TEHA Group" Avropanın aparıcı beyin mərkəzlərindəndir və iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik üzrə analitik araşdırmaları ilə tanınır.Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, təchizat...
26 Sentyabr 2026, 09:00
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.Citypost.az xəbər verir ki, başsağlığı mətnində deyilir:"Hörmətli Kasım-Jomart Kemeleviç,Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin!"Xatırladaq ki, ötən gün Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi səbəbindən Xəzərdə təlimlər zamanı hərbçiləri axın aparıb, 14 nəfər həlak olub....
25 Sentyabr 2026, 20:21
‘’İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir’’ mövzusunda konfrans keçirilib
‘’İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir’’ mövzusunda konfrans keçirilib
25 Sentyabr 2026, 19:10