Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir

Cəmiyyət 26 Sentyabr 2026, 09:00

347

Bakıda Prezident İlham Əliyevin himayəsi altında ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) ikinci günü keçirilir.

Citypost.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub.

Forum nüfuzlu beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil edilib. Forumun strateji tərəfdaşı olan "The European House – Ambrosetti & TEHA Group" Avropanın aparıcı beyin mərkəzlərindəndir və iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik üzrə analitik araşdırmaları ilə tanınır.

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması, yeni nəqliyyat və enerji marşrutlarının yaranması, texnologiya və süni intellektin iqtisadi proseslərə təsirinin artması investisiya gündəliyinə də yeni yanaşmalar gətirir. Bu şəraitdə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi onun regional və qlobal bağlantılarda rolunu daha da artırır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev: Xarici borcumuzu bir gündə sıfırlamaq mümkündür

Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir, onu bir gündə sıfırlamaq da olar.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.Dövlət başçısı deyib ki, Azərbaycanda çox mühüm siyasi və iqtisadi sabitlik mövcuddur:"Artıq Azərbaycanda 30 ildən çoxdur ki, bu istiqamətdə mühüm proseslər gedir. 90-cı illərdə, xüsusilə 90-cı illərin əvvəllərində, ərazimizin böyük bir hissəsi işğal altında idi və təxminən bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi Bu da ölkənin sosial-iqtisadi vəziyyətinə...

26 Sentyabr 2026, 09:25

İlham Əliyev tranzit yükdaşımaları ilə bağlı HƏDƏFLƏRİ AÇIQLADI

Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.Prezident bildirib ki, hədəf 2030-cu ilədək tranzit yüklərin həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır.“Tranzit yükdaşımalarında sürətli artıma nail olmuşuq. Məhz buna çalışırdıq. Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək bu göstəricini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır”, – dövlət başçısı vurğulayıb.İlham...

26 Sentyabr 2026, 09:16

Prezident: Azərbaycan beynəlxalq şirkətlər üçün etibarlı tərəfdaşdır

Azərbaycanda çox yaxşı investisiya mühiti var.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.Dövlət başçısı vurğulayıb ki, bir çox aparıcı beynəlxalq şirkətlər iqtisadiyyatın müxtəlif sektorlarında Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər: "Artıq ölkədə çox yaxşı bir investisiya mühiti var. Azərbaycana son 20 ildə 350 milyard ABŞ dollar investisiya yatırılıb və bunun yarısı xarici investisiyalardır"....

26 Sentyabr 2026, 09:14

Azərbaycanda vulkan püskürdü

Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb.Bu barədə Citypost.az AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.Məlumata əsasən, təbiət hadisəsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.

26 Sentyabr 2026, 09:12

İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.Citypost.az  xəbər verir ki, başsağlığı mətnində deyilir:"Hörmətli Kasım-Jomart Kemeleviç,Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin!"Xatırladaq ki, ötən gün Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi səbəbindən Xəzərdə təlimlər zamanı hərbçiləri axın aparıb, 14 nəfər həlak olub....

25 Sentyabr 2026, 20:21

‘’İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir’’ mövzusunda konfrans keçirilib 

‘’İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir’’ mövzusunda konfrans keçirilib

25 Sentyabr 2026, 19:10