Polyaklar kütləvi şəkildə hərbi komissarlığa çağırılacaq
Dünya 14 İyul 2025, 16:40
4454
Polşa Müdafiə Nazirliyi kişilər, qadınlar və 50 yaşdan yuxarı insanlar da daxil olmaqla 235 minə yaxın vətəndaşı tibbi müayinəyə çağırır.
Hərbi ixtisas komissiyaları 2026-cı il fevralın 2-dən aprelin 30-dək fəaliyyət göstərəcək. Kampaniyanın məqsədi hərbi qeydləri yeniləmək və xidmətə yararlılığı müəyyən etməkdir, lakin bu, səfərbərliyə bərabər deyil.
Oxu24.com xəbər verir ki, bu barədə “Gazeta Wyborcza” nəşri məlumat yayıb.
Təxminən 235.000 polyak hərbi komissiyaların qarşısına çıxmalarını tələb edən çağırış vərəqələri alacaq. Çağırış vərəqələri 2026-cı ilin yanvar ayından etibarən göndəriləcək və hərbi ixtisas prosesi bayram günləri istisna olmaqla, 2 fevral - 30 aprel 2026-cı il tarixlərində keçiriləcək. Sənədlər çatdırılma təsdiqi ilə təhvil veriləcək. Məqsəd hərbi xidmətə fiziki və mənəvi hazırlığın qiymətləndirilməsidir.
Həmçinin oxuyun
Müdafiə Nazirliyi bununla bağlı qərar layihəsini təqdim edib. 19 yaşdan yuxarı kişilər və qadınların müəyyən qrupları həkim komissiyalarına çağırılacaq. İmtahandan sonra vətəndaşlar hərbi nümayəndə tərəfindən müsahibədən keçiriləcək və hərbi uçota alınacaqlar. Hər birinə sıravi rütbə veriləcək, lakin yalnız orduda xidmət etmək istəyən könüllülər hərbi bilet alacaqlar. Qalanları isə passiv ehtiyata köçürüləcək.
Çağırış vərəqəsinə gəlməmək bir neçə yüzdən bir neçə min zlotiyə qədər cərimə ilə nəticələnəcək. Bundan yayınma halında polis vətəndaşı məcburi şəkildə komissiyaya çatdıra bilər. Bundan yayınanların reyestrinə salınması və həbs də daxil olmaqla inzibati cəzaya məruz qalması da mümkündür.
Miri
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Lvovda naməlum şəxs məscidi yandırmağa cəhd edib
Ukraynanın Lvov vilayətində maskalı şəxs məscidi yandırmağa cəhd edib.Citypost.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Lvov vilayəti polsinə istinadən məlumat yayıb.Məlumata görə, hadisə aprelin 28-i axşam saatlarında baş verib.Qeyd olunur ki, naməlum şəxs məscidə içərisində yandırıcı maye olan iki şüşə ataraq qaçıb. Şüşələrdən birinin içindəki maye alovlanıb, lakin yanğınsöndürənlər gələnə qədər alov söndürülüb.Müsəlman icması bu hadisəni təxribat adlandırıb, onun məqsədinin dindarları qorxutmaq və cəmiyyət daxilində dini düşmənçiliyi alovlandırmaq olduğunu bildirib. (Report)...
29 Aprel 2026, 17:48
Ərdoğan: Ərəblər Osmanlıya xəyanət etməyib
“Bu gün tariximizin qürur mənbələrindən biri olan Qut-ül Amarə zəfərinin 110-cu ildönümünü qeyd edirik. Bu zəfər tariximizə şan və şərəflə yazılmış qəhrəmanlıq dastanı kimi milli yaddaşımıza həkk olunub”.Citypost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.“Bu zəfərin digər tərəfi isə bəzi dairələr tərəfindən yenidən qabardılan “ərəblər bizi arxadan vurdu” yalanını ifşa etməsidir. Ərəb xalqı mühasirəyə dəstək verib və bu uğurda şəhid olub. Ərəblərlə yanaşı, kürd tayfaları da Osmanlı ordusu ilə birgə döyüşüblər. Ərəb tayfaları arasında şiə olanlar da var idi. Bu isə vurğuladığımız türk-kürd-ərəb ittifaqının nə qədər önəmli olduğunu bizə xatırladır.Regionumuzun keçdiyi çətin dövrdə mənşə, məzhəb və digər...
29 Aprel 2026, 17:33
İki ayda İranda 21 nəfəri asıblar
BMT-nin İnsan Hüquqları üzrə İdarəsinin məlumatına görə, ABŞ və İsraillə müharibə başlayandan bəri İranda ən azı 21 nəfər edam edilib.Modern.az xəbər verir ki, bu barədə CNN BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkə istinadən bildirib.Komissarın sözlərinə görə, edamlar İranın fərqli düşüncəni boğması fonunda həyata keçirilib, xüsusilə də “milli təhlükəsizliklə bağlı ittihamlar” əsasında.O bildirib ki, ən azı 9 nəfər 2026-cı ilin yanvar ayında baş verən etirazlarla əlaqədar, 10 nəfər müxalif qruplara üzv olmaqda şübhəli bilindiyi üçün, 2 nəfər isə casusluq ittihamı ilə edam edilib.Hesabatda qeyd olunur ki, fevralın 28-də İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatları başlayandan bəri “İranda milli təhlükəsizliklə bağlı...
29 Aprel 2026, 17:25
Bolqarıstanda əhalinin sayı açıqlanıb
Bolqarıstanın əhalisi 2025-ci il dekabrın 31-nə olan məlumata görə, 6 milyon 423 min 207 nəfər təşkil edib.AZƏRTAC BolqarIstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İnstitutu məlumat yayıb. Bildirilib ki, əhali bir il ərzində 0,22 faiz azalıb. Məlumata görə, əhalinin 24,3 faizini 65 yaşdan yuxarı yaşlılar, 13,9 faizini isə 15 yaşadək olan uşaqlar təşkil edir. Orta yaş həddi 45,4-ə çatıb.Qeyd olunub ki, 2025-ci ildə ölkəyə 44 mindən çox immiqrant gəlib, 9 mindən artıq şəxs isə ölkəni tərk edib. ...
29 Aprel 2026, 17:00
Rusiyada səkkiz nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədar 5 nəfər saxlanılıb
Aprelin 28-də Moskvada tikinti sahəsində səkkiz nəfərin ölümü ilə nəticələnən yanğının araşdırılması çərçivəsində 5 nəfər, o cümlədən inşaatçı şirkətin nümayəndəsi və tikinti şirkətinin baş direktoru saxlanılıb."Report" bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən xəbər verir."Cinayət işi çərçivəsində inşaatçı şirkətə, texniki sifarişçiyə və obyektin tikintisi üzrə baş podratçıya təkbaşına rəhbərlik edən inşaatçının benefisiarı və inşaatçı şirkətin baş direktoru saxlanılıb", - İstintaq Komitəsi qeyd edib.Məlumata görə, yanğın inşaatçı, texniki sifarişçi və baş podratçının vəzifəli şəxsləri tərəfindən yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və tikinti normaları sahəsində tələblərin sistematik şəkildə yerinə yetirilməməsi səbəbindən mümkün olub."Bununla yanaşı, işlək avtomatik yanğın siqnalizasiyası və yanğınsöndürmə sistemlərinin olmaması, tezalışan...
29 Aprel 2026, 16:15
Cənubi Koreyanın sabiq prezidentinin həbs müddəti artırıldı
İkinci instansiya məhkəməsi Koreya Respublikasının sabiq prezidenti Yun Sok Yola qarşı hakimiyyət orqanlarına mane olma işi üzrə cəzanı ağırlaşdıraraq azadlıqdan məhrumetmə müddətini yeddi ilə qədər artırıb.Citypost.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.Qeyd edək ki, 2026-cı il yanvarın 16-da birinci instansiya məhkəməsi keçmiş dövlət başçısını həbsə mane olmaqda təqsirli bilərək beş il müddətinə azadlıqdan məhrum edib. 2025-ci ilin yanvarında prezidentin mühafizə xidməti hüquq-mühafizə orqanları əməkdaşlarına Yun Sok Yolu Seuldakı iqamətgahında saxlamağa imkan verməyib. Bunu yalnız ikinci cəhddə reallaşdırmaq mümkün olub. Xatırladaq ki, Yun Sok Yol 2025-ci ilin aprelində prezident vəzifəsindən kənarlaşdırılıb. Sözügedən iş üzrə prokurorluq onun üçün 10...
29 Aprel 2026, 16:06