Ərdoğanın Paşinyana məsləhəti: kitab oxu - ŞƏRH
Dünya 25 Sentyabr 2024, 16:26
11811
BMT dünya dövləti rolunu oynaya bilər. Təşkilatın Baş Assambleyasının 79-cu sessiyasında dövlət, hökumət başçıları, XİN rəhbərləri və ölkələrin başqa yüksək vəzifəli rəsmilərinin bir-biri ilə görüşləri, çıxışları bunu təsdiqləyir.
Müxtəlif dövlətlərin başçıları BMT-də islahatlarının aparılmasını təklif edib. Hətta, bu istiqamətdə tənqidi məqalələr və kitablar belə yazılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Daha ədalətli bir dünya mümkündür” (“Daha Adil Bir Dünya Mümkün”) kitabında bu məsələdən də bəhs edib.
Sentyabrın 24-də Türkiyə lideri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində “Türk evində” Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
Rəcəb Tayyib Ərdoğan ona kitabını hədiyyə verib.
Bunu Prezidentin hökumət başçısına özünəməxsus ismarışı da saymaq olar. Çünki belə görüşlərdə istənilən element təsadüfi sayılmaz.
Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin başlanmasına 15 il əvvəl cəhd edilmişdi. Onda Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Rəsmi İrəvan təcavüzkar üstünlüyündən istifadə edərək Türkiyəyə qarşı qondarma soyqırımı, ərazi iddialarından əl çəkmirdi. Bu azmış kimi Azərbaycan və Türkiyə məsələlərinin ayrılmasını təklif edirdi. Başqa sözlə o vaxt Ermənistanın əsas qanunu və müstəqillik haqqında konstitusiya aktı prosesin başlamasına ən böyük mane olmuşdu. Nəticədə məsələyə dair protokollar ləğv edildi.
Bundan sonra rəsmi Ankara Azərbaycan torpaqları işğaldan azad edilməyənədək bu ölkəyə sərhəd qapılarını açmayacağını bildirdi. İki ölkə arasında sərhəd-buraxılış məntəqələri indiyədək bağlıdır.
Buna səbəb yenə Ermənistanın müstəqillik haqqında konstitusiya aktı, əsas qanunu, tarix kitabları, gerbi, himni, bir sözlə, erməni etnik qrupu arasında on illərdir təbliğ olunan anti-Türkiyə və anti-Azərbaycan düşmənliyidir.
Nikol Paşinyan və komandasının üzvləri konstitusiya dəyişiklərinə hazır olduqlarını, qeyd etdiyimiz məsələlərdən, o cümlədən orta məktəblərdə tədris olunan tarix kitablarının dəyişdirilməsinin vacibliyini vurğulasalar da, indiyədək, bu istiqamətdə elə böyük işlər görülməyib. Yəni, İrəvan bu məsələdə bəyanatdan uzağa getməyib. Bununla belə müxtəlif görüşlərdə Paşinyan və hökumət üzvləri Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olduqlarından ağız dolusu danışırlar. Ermənistan rəhbərliyi həmin açıqlamaları ilə rəsmi Bakını beynəlxalq ictimaiyyətin qınaq obyektinə çevirməyə səy göstərir.
Ancaq 15 il əvvəl imzalanmış protokolların reallaşmamasının səbəbləri bu gün də aradan qalxmayıb.
Rəsmi İrəvan yeni konstitusiya üçün daha üç il gözlənilməsi bəyanatı ilə çıxış edir. Bu isə Azərbaycan və Türkiyə ilə normallaşma prosesinin başlanılmasının bilərəkdən yubadılması qənaətinə gəlməyə əsas verir. Ermənistanın Əsas qanununda dəyişiklik etməməsi Azərbaycanla sülh sazişinin imzalanmasına da böyük maneə olaraq qalmaqdadır.
Görüşdə Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan ölkələr arasında nizamlanma prosesini ilkin şərt olmadan davam etdirməyə və münasibətlərə yeni təkan verməyə hazır olduqlarını vurğulayıblar.
Həmçinin oxuyun
Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi çərçivəsində artıq atılmış addımlar və mövcud razılaşmalar barədə ətraflı danışıblar. Tərəflərin regional məsələləri də müzakirə etdikləri bildirilib.
Paşinyan Ərdoğana Ermənistanla Azərbaycan münasibətlərinin normallaşması prosesindəki mövcud vəziyyət, münasibətlərin nizamlanmasına dair saziş imzalamağa hazır olması, habelə hökumətin “Sülh kəsişməsi” təşəbbüsü barədə məlumat verib.
Türkiyə lideri Ermənistan hökumətinin başçısına bildirib ki, ölkələr ilkin şərt irəli sürmədən münasibətlərin normallaşdırılmasında mühüm irəliləyiş əldə ediblər və dialoq davam edəcək.
Ərdoğan Ankaranın Bakı və İrəvan arasında davamlı sülhün bərqərar olmasını, “yeni tarixi dövrdə dostluq əlaqələrinin qurulmasını” fəal dəstəklədiyini vurğulayıb.
Nyu-York görüşünün Ermənistanla Azərbaycan və Türkiyə rəsmilərinin, işçi qruplarının yeni dialoqu üçün zəmin ola biləcəyi də mümkündür.
Ancaq bu görüşlər münasibətlərin tənzimlənməsi prosesi istiqamətində əməli addıma çevrilmirsə, o halda belə danışıqlar Ermənistan tərəfdən gözdən pərdə asmaqdan başqa bir nəsnə deyil.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisinin ilk iclasındakı çıxışında Ermənistanla sülhə dair məsələdən də bəhs edib. O bildirib ki, sülh danışıqları Azərbaycanın təşəbbüsüdür. Prezidentin sözlərinə görə, Ermənistan bu məsələni süni şəkildə uzadır: “Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər. Bu birincisi. İkincisi, nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar. Amma bunu unutmaq istəyirlər və unutdurmaq istəyirlər”.
Bu, Ermənistana sülh danışıqları ilə bağlı daha bir çağırışdır. Başqa sözlə, Prezident Ermənistan rəhbərliyinə bir daha sülhdən danışmaqdansa, bu yöndə addım atılmasını çatdırıb: “İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasına heç kim sülh müqaviləsi təklif etməyib. Faşist Almaniyası bir neçə yerə bölünmüşdü, kapitulyasiyaya uğrayan faşist dövlət cəzalandırıldı. Burada isə kapitulyasiyaya uğrayan faşist dövlət nəinki cəzalandırılmadı, hətta onlara bütün preferensiyalar verilir”.
Təəssüf ki, Ermənistan hələ də xaricdəki havadarlarının təlimatları əsasında sülh və normallaşma prosesini tormozlayır.
Paşniyanın “Türk evi”ndə Ərdoğanla görüşə razılıq verməsini də diplomatik jest kimi qiymətləndirmək olar. Belə ehtimal etmək olar ki, Ermənistan hökumətinin başçısı buranı danışıqlar üçün BMT-nin mənzil-qərargahından daha etibarlı sayıb. Bundan başqa ilkin şərtsiz Türkiyə ilə normallaşmaya hazırdırlar. O bu addımı ilə “hara deyirsiz gəlim, təki qapıları açın” ismarışını verib.
Rəcəb Tayyib Ərdoğan isə “Daha ədalətli bir dünya mümkündür” kitabı ilə Paşinyanı daha düzgün münasibət qurmağa çağırıb. Kitab təqdimatı ilə ona bir daha oxumağı məsləhət görüb.
Hər halda rəsmi İrəvanın növbəti davranışlarından, çıxışlarından hazırlıq səviyyəsi müşahidə olunacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Türkiyənin Aydın vilayətinin Didim rayonunda 25 qanunsuz miqrant saxlanılıb."Report" DHA-ya istinadən xəbər verir ki, polis əməkdaşları qanunsuz miqrasiya və insan alverinin qarşısının alınması istiqamətində əməliyyat keçiriblər.Araşdırma zamanı qanunsuz miqrasiyanı təşkil etdikləri ehtimal edilən 4 şübhəli saxlanılıb: "Şübhəlilərdən 3-ü həbs edilib, digəri isə sərbəst buraxılıb".Miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.
20 Oktyabr 2026, 20:13
Peskov: Putinin Uitkoff və Kuşnerlə yaxın vaxtlarda görüşəcəyinə ümid edirik
Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə yaxın vaxtlarda görüşünün keçirilməsi gözlənilir."Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.Onun sözlərinə görə, danışıqların əsas mövzuları xüsusi elçilərin Ukrayna və Avropa tərəfləri ilə təmaslarının yekunları, eləcə də digər vacib məsələlər üzrə mövqe mübadiləsi olmalıdır."Ümid edirik ki, yaxın vaxtlarda görüş təşkil etmək mümkün olacaq və amerikalı nümayəndələr, o cümlədən cənab Uitkoff özlərinin həm ukraynalılar, həm də avropalılarla təmasları barədə Prezident Putinə məlumat verə, eləcə də Vaşinqtonla Moskva arasında bir sıra mühüm mövzular üzrə qarşılıqlı mesajların mübadiləsini davam...
20 Oktyabr 2026, 17:34
Hindistanlı reperlər iqlim böhranı ilə bağlı çoxdilli albom hazırlayıblar
Hindistanlı reperlər iqlim böhranı, su qıtlığı və ekstremal hava hadisələri ilə bağlı problemləri musiqi vasitəsilə ictimaiyyətə çatdırmağa çalışırlar. Bu məqsədlə ölkədə iqlim dəyişikliyinə həsr olunmuş çoxdilli rep albomu hazırlanıb.Citypost.az AFP-ə istinadən xəbər verir ki, “Climate Emergency Mixtape” adlı albomda altı mahnı yer alır. Onlardan biri Benqaluruda böyüyən 29 yaşlı reper Kalinin kannada dilində ifa etdiyi “Neer Kodu” (“Su ver”) mahnısıdır. Sənətçi uşaqlıqda ictimai kranlardan su daşıması ilə bağlı xatirələrindən bəhrələnərək su qıtlığı problemini musiqidə əks etdirib.Hindistanın texnologiya mərkəzi hesab edilən Benqaluru uzun müddətdir su çatışmazlığı ilə üzləşir. İqlim dəyişikliyi nəticəsində temperaturun yüksəlməsi və yağıntı rejiminin dəyişməsi problemin daha da dərinləşməsinə...
20 Oktyabr 2026, 09:55
El Nino səbəbindən Sakit Okeanın rəngi dəyişir
Güclü El Nino iqlim fenomeni Sakit Okeanda nəzərəçarpan dəyişikliklərə səbəb olur. NASA-nın peyk görüntülərinə əsasən, son bir ildə okeanın ekvatorial hissəsində suyun rəngi yaşılımtıl çalarlardan parlaq maviyə doğru dəyişib.Citypost.az ABŞ mediasına istinadən xəbər verir ki, Alimlər bunu dəniz qida zəncirinin əsasını təşkil edən fitoplanktonun azalması ilə əlaqələndirirlər. Ticarət küləklərinin zəifləməsi isti suların Sakit Okeanın mərkəzi və şərq hissələrinə yayılmasına, qida maddələri ilə zəngin soyuq suların səthə qalxmasının azalmasına səbəb olur. Nəticədə fitoplanktonun miqdarı azalır və okeanın rəngi dəyişir.Məlumata görə, El Nino okean temperaturunun yüksəlməsi ilə yanaşı, güclü yağışlara, daşqınlara, iri dalğalara və sahil eroziyasına da səbəb ola bilər. Bu fenomen...
20 Oktyabr 2026, 09:49
90 illik sirr açılmadı: Amelia Earhartın təyyarəsi yenə tapılmadı
Məşhur amerikalı pilot Amelia Earhartın itkin düşmüş təyyarəsini tapmaq məqsədilə Sakit okeandakı Nikumaroro atoluna təşkil edilən ekspedisiya nəticəsiz başa çatıb. Peyk görüntülərində təyyarə qalıqları olduğu ehtimal edilən obyektin əslində sahilə yığılmış ağac parçaları olduğu müəyyənləşib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, 17 nəfərdən ibarət ekspedisiya qrupu Kiribati ərazisində yerləşən atolda bir neçə gün araşdırma aparıb. Tədqiqatçılar metal detektorlardan da istifadə etsələr də, təyyarəyə aid hər hansı qəti sübut tapa bilməyiblər. Purdue Universitetinin nümayəndələri görüntülərdə metal parıltısı təsiri yaradan səthin təbii karbonat örtüyü ilə əlaqəli olduğunu bildiriblər.Amelia Earhart və onun naviqatoru Fred Noonan 1937-ci ildə dünyanı təyyarə ilə dövrə vurmaq cəhdi...
20 Oktyabr 2026, 09:49
“Max Factor” qurucusunun nəvəsi 23 il sonra həbsdən azad edildi
“Max Factor” kosmetika imperiyasının qurucusunun nəvəsi Endryu Laster 23 il həbsdə qaldıqdan sonra şərti azadlığa buraxılıb. Kaliforniya İslahatlar Departamentinin məlumatına görə, 62 yaşlı Laster oktyabrın 11-də azadlığa çıxıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Laster 2003-cü ildə Kaliforniyanın Ventura qraflığında üç qadına narkotik maddə vermək və onları zorlamaq ittihamları ilə 86 maddə üzrə məhkum edilib. O, əvvəlcə 124 il həbs cəzasına məhkum olunsa da, 2013-cü ildə cəzası 50 ilə endirilib.İstintaq materiallarına görə, Laster 1996-cı ilin oktyabrından 2000-ci ilin iyulunadək universitet barlarında gənc qadınları izləyib, onların içkilərinə qamma-hidroksibutirat (GHB) əlavə edib və daha sonra onlara qarşı cinsi zorakılıq törədib. O, hadisələri...
20 Oktyabr 2026, 09:47