Gəncədə 72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalaraq ölüb
Hadisə 13 Dekabr 2025, 11:25
335
Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb.
Hadisə şəhərin S.Qazıyev küçəsində baş verib.
1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında - küçədə “VAZ-21011” markalı avtomobilini təmir edən zaman qaldırıcının qırılıb, nəticəsində avtomobil üzərinə düşüb. O, hadisə yerində ölüb.
Həmçinin oxuyun
Faktla bağlı araşdırma aprılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan gömrükçüləri mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlayıb
Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb.Bu barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən məlumat verilib.Bildirilib ki, idarənin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.Şarja-Bakı aviareyisi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çantalarına gömrük baxışı həyata keçirilib və gömrük orqanına bəyan edilməyən 2 ədəd mobil telefon, 3 ədəd fotoaparat, 10800 ədəd xarici markalı siqaret, 16 ədəd elektron siqaret, 10 ədəd qida əlavəsi, "Dyson" markalı saç feni və digər mallar aşkarlanıb.Gömrük nəzarəti tədbirləri zamanı sərnişinin özünü şübhəli apardığı müşahidə olunduğundan "Body-Scan" cihazı vasitəsilə yoxlama həyata keçirilib. Nəticədə həmin...
13 Dekabr 2025, 12:33
Bakı–Quba yolunda ağır qəza, 1 nəfər ölüb
Bakı–Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.
13 Dekabr 2025, 10:50
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Baku-Quba yolunun Yaşma bağları adlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.İlkin məlumata əsasən, yük avtomobili yolu keçən piyadanı (kişi) vurub. Nəticədə piyada (şəxsiyyəti dəqiqləşdirilir-red.) aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.Faktla bağlı araşdırma aparılır.
12 Dekabr 2025, 23:17
Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 12-də davam etdirilib.CityPost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən...
12 Dekabr 2025, 22:01
Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş
Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib.CityPost.az xəbər verir ki, ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.Gündüz Abbasov bu iş üzrə həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.İttiham ondan ibarətdir ki, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb.Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən...
12 Dekabr 2025, 19:38
Rusiyanın ən böyük neft emalı zavodlarından biri dron hücumuna məruz qalıb
Bu gecə Rusiyanın Yaroslavl şəhərində yerləşən ən iri neft emalı zavodlarından biri olan “Slavneft-YANOS”da pilotsuz uçuş aparatlarının zərbəsi nəticəsində güclü yanğın baş verib.CityPost.az xəbər verir ki, bu barədə “Unian“ Rusiyada sosial şəbəkələrdəki yanğını əks etdirən paylaşımlara və şahidlərə istinadən məlumat yayıb.Məlumata görə, zavodda ardıcıl olaraq yeddi partlayış baş verib və sonra güclü yanğın başlayıb.Bildirilir ki, “Slavneft-YANOS” Rusiyanın ən böyük beş neft emalı zavodundan biridir və ildə təxminən 15 milyon ton neft emal etmək gücünə malikdir. Müəssisə benzin, reaktiv yanacaq və yağlar da daxil olmaqla geniş çeşiddə neft məhsulları istehsal edir.Eyni zamanda, bu gün səhər Orenburq vilayətinin Orsk şəhərində yerləşən strateji...
12 Dekabr 2025, 13:53