Aİ Rusiyanın dondurulmuş aktivlərini müddətsiz bloklayıb
Dünya 12 Dekabr 2025, 23:10
1522
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması barədə qərar qəbul edib.
Bu barədə Danimarkanın Aİ Şurasına Sədrliyinin bəyanatında bildirilir.
"Aİ Şurası Rusiyanın aktivlərinin müddətsiz bloklanmasını təsdiqləyib", - bəyanatda deyilir.
"Reuters" qeyd edib ki, Avropa İttifaqı bununla da Ukraynaya yardım məqsədilə həmin vəsaitlərin istifadəsinə ən ciddi maneəni aradan qaldırıb.
Həmçinin oxuyun
"Aİ Ukraynanın maliyyələşdirilməsini saxlamaq istəyir, çünki Rusiyanın işğalını öz təhlükəsizliyinə təhdid hesab edir. Bunun üçün Aİ dövlətləri 2022 - ci ildə Ukraynaya hücumdan sonra blokladıqları Rusiyanın suveren aktivlərinin bir hissəsini cəlb etməyə çalışırlar", - məqalədə deyilir.
Aİ ölkələri hökumətləri tərəfindən razılaşdırılmış ilk vacib addım, aktivlərin dondurulmasının uzadılması məsələsində hər altı ayda bir səs vermək əvəzinə, Rusiyanın 210 milyard avro (246 milyard dollar) dəyərində aktivlərinin lazımi müddətə bloklanmasıdır. Bu, Moskva ilə digər Aİ dövlətlərinə nisbətən "isti münasibətləri" olan Macarıstan və Slovakiyanın hansısa bir anda dondurma müddətini uzatmaqdan imtina edə bilməsi və Aİ-ni Rusiyanın pullarını geri qaytarmağa məcbur etməsi riskini aradan qaldırır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ərdoğan: İrana hücum beynəlxalq hüququn pozulmasıdır
Türkiyə ABŞ və İsrailin İrana hücumu nəticəsində yaşanan savaşın dayandırılması üçün səy göstərir.CityPost.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiya üzvləri ilə iftar proqramında çıxışı zamanı deyib."İran xalqının dərdinə şərikik. Savaşı dayandırmaq üçün diplomatik təmasları davam etdiririk" , - Ərdoğan bildirib və vurğulayıb ki, İrana qarşı hücumlar beynəlxalq hüququn pozulmasıdır."Hücumlarda İranın dini lideri Əli Xamenei, mülki və hərbi məsul şəxslər, günahsız uşaqlar həyatını itirib" , - Ərdoğan deyib və İran xalqına başsağlığı verib.Türkiyə Prezidenti çıxışının davamında İranın Fars körfəzi ölkələrinə hücumuna da münasibət bildirib və atəşkəsin əldə olunmasının vacibliyini qabardıb....
02 Mart 2026, 21:41
Donald Tramp: Tezliklə İrana daha güclü zərbələr endiriləcək
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatı əhəmiyyətli dərəcədə gücləndirmək niyyətində olduğunu bəyan edərək ən böyük zərbə dalğasının tezliklə həyata keçiriləcəyini bildirib.Citypost.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu CNN-ə açıqlayıb."Biz onların arasında xaos yaradırıq və bu, çox yaxşı gedir. İrana güclü zərbə endirəcəyik. Əməliyyat çox yaxşı gedir", - Tramp deyib.O əlavə edib ki, əməliyyatın ən genişmiqyaslı mərhələsi hələ başlamayıb: "Biz hələ ciddi zərbələr endirməyə başlamamışıq. Böyük dalğa hələ başlamayıb, amma tezliklə başlayacaq".Tramp həmçinin bəyan edib ki, ABŞ regionda uzunmüddətli münaqişədə maraqlı deyil."Mən düşünürdüm ki, bu, dörd həftə çəkəcək və biz qrafikdən bir az qabağıq", - o vurğulayıb.O ki...
02 Mart 2026, 20:17
Xameneinin arvadı da öldü
İranın mərhum Ali dini Lideri Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocastə Bağırzadə öldürülüb. Citypost.az xəbər verir ki, bu barədə İran mediası yazıb. Bağırzadə İsrail və Amerikanın Xameneinin ofisinə hücumlarından sonra komaya düşmüşdü. Həkimlər onun həyatını xilas edə bilməyib.
02 Mart 2026, 17:38
İran Qətəri vurdu, Avropada qaz bahalaşdı
Avropa bazarında qazın qiyməti bahalaşıb.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Qətərin maye qaz istehsalını dayandırmasıdır.Nəticədə Avropa bazarında min kubmetr qazın qiyməti 500 dolları keçib.Hazırda Niderland bazarında 1 min kubmetr maye qaz, təxminən, 515 dollardır.
02 Mart 2026, 17:31
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat qərargahının rəisi öldürülüb
İsrailin Livana hücumlarında Hizbullahın kəşfiyyat qərargahının rəisi öldürülüb.APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.Qeyd edilib ki, tən gecə Livanın paytaxtı Beyruta endirilən aviazərbələrdə Hizbullahın kəşfiyyat qərargahının rəisi Hüseyn Makled öldürülüb.
02 Mart 2026, 17:16
İranın müdafiə naziri vəzifələrini icra edən şəxs təyin olunub
General Seyyid Məcid İbn Əl-Rza İranın müdafiə nazirinin vəzifələrini müvəqqəti icra edən təyin edilib.APA Təsnimə istinadən xəbər verir ki, bununla bağlı İran prezidenti Məsud Pezeşkian əmr imzalayıb.Qeyd edək ki, İranın əvvəlki müdafiə naziri Əziz Nəsirzadə İsrail və ABŞ-ın hava zərbələri nəticəsində ölüb.
02 Mart 2026, 15:08