Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb 

Hadisə 02 Yanvar 2026, 17:24

206

Azərbaycanda yanvarın 1-də cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin ötən gün narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Biri azyaşlı olmaqla 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Ötən gün Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1-i kişi, 2-si qadın olmaqla xəsarət alan 3 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Bu barədə  Goranboy Rayon Mərkəzi Xəstəxanasının bildirilib.Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub."Xəsarət alan şəxslərdən 2 qadına zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50 radələrində 2009-cu il təvəllüdlü azyaşlının ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb....

02 Yanvar 2026, 12:38

Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib 

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Bu barədə CityPost.az-a Ədliyyə Nazirliyindən bildirilib.Qeytd edilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş “AKS-74” tipli "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb....

02 Yanvar 2026, 12:33

Azərbaycanda ötən gün 26 cinayətin açılması təmin olunub 

Azərbaycanda yanvarın 1-də 26 cinayətin açılması təmin edilib.Bu barədə CityPost.az-a   Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

02 Yanvar 2026, 12:03

Tovuzda göldən qadın meyiti tapılıb 

Tovuzda göldə qadın meyiti aşkarlanıb.Hadisə rayonun Vahidli kəndində yerləşən göldə (Tovuzçay su anbarı) qeydə alınıb.Belə ki, sözügedən göldən rayon sakini 2000-ci il təvəllüdü N. Cəfərovanın meyiti tapılıb.Meyit aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.Araşdırma zamanı qadının üzərində zorakılıq işləri aşkar edilməyib. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

01 Yanvar 2026, 22:30

32 yaşlı kişi bayram gecəsi klubun qarşısında öldürüldü 

Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən “Purple Karaoke & Live Bar” gecə klubunun qarşısında qətl törədilib.CİTYpOST.AZ  xəbər verir ki, müştərilər arasında baş verən mübahisə qanla bitib.Yanvarın 1-i gecə 2 radələrində 36 yaşlı H.Məcidovla 32 yaşlı E.Rəcəbli arasında klubda mübahisə yaranıb. Daha sonra obyektin qarşısında H.Məcidov E.Rəcəblini bıçaqlayıb. Ağır xəsarət alan sonuncunun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.Hadisəni törətməkdə şübhəli bilinən H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ilkin istintaq hərəkətləri aparılır....

01 Yanvar 2026, 21:33

Azərbaycanda dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılıb 

Azərbaycanda dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılıb.DİN-in mətbuat xidmətindən Citpost.az-a verilən məlumata görə, polis əməkdaşlarının dekabrın 31-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

01 Yanvar 2026, 10:48