Bizə yazın

Baku

-°C

USD

-

Tamada, aşıq, bərbər, pinəçi, dayə, aşpaz, sürücü, bağban və ofisiantlar üçün sosial sığorta haqqı dəyişib 

Cəmiyyət 01 Yanvar 2026, 10:43

183

Bu gündən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları dəyişib.

CityPost.az   xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Beləliklə, toy, şənlik və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər üçün sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 5 faizindən 8 faizinə qaldırılıb.

Çəkməçi, pinəçi, bərbər, dərzi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, həmçinin ev qulluqçuları, dayələr, fərdi sürücülər, bağbanlar, aşpazlar, gözətçilər, ofisiantlar və fərdi baytarlar üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 3 faizindən 5 faizinə yüksəldilib.

Bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləğinə tətbiq edilən əmsallar isə hazırkı kimi qalacaq. Başqa sözlə, bu fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği əmsallar tətbiq edilməklə müəyyən olunur.

2026-cı il yanvarın 1-dək aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunub:

Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

Digər şəhər və rayonlarda – 1,0.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DOST mərkəzlərində göstərilən xidmətlərin əhatə dairəsi genişləndirilib 

DOST mərkəzlərində göstərilən xidmətlərin sayı bu gündən artaraq 160-dan 162-yə çatıb.Bu barədə CityPost.az-a  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən, DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına daha iki xidmət əlavə edilib.Bu xidmətlərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ödənişlərinin təyin edilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə arayışlar verilməsi daxildir.Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir və hər iki xidməti də bu gündən DOST mərkəzləri göstərəcək.Xatırladaq ki, qanunvericiliyə edilmiş yeni dəyişikliklər dövlət...

01 Yanvar 2026, 12:05

Azərbaycan Prezidenti Sudanın Suveren Keçid Şurasının Sədrini təbrik edib 

Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu göndərib.CityPost.az  xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Sədr,Sudan Respublikasının müstəqilliyinin 70-ci ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.İnanıram ki, Azərbaycan ilə Sudan arasında münasibətlərin və əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram"....

01 Yanvar 2026, 11:55

Yeni ilin ilk günü Yer üçün maqnit fırtınası ilə başlayır 

Yeni 2026-cı il Yer üçün maqnit fırtınası ilə başlayır.CityPost.az  xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.Bildirilir ki, Günəşdə yaranan koronal dəlikdən çıxan yüksək sürətli plazma axınları və mümkün koronal kütlə atılmaları fonunda geomaqnit şəraitin güclənəcəyi gözlənilir.Məlumata görə, 1 yanvar tarixində G1 səviyyəli maqnit fırtınası proqnozlaşdırılır və onun qısa müddət ərzində G2 səviyyəsinədək güclənməsi ehtimalı var.2 yanvar ərzində isə maqnit fırtınasının zəifləyəcəyi, geomaqnit vəziyyətin əsasən sakit olacağı və ya G1 səviyyəsində qalacağı bildirilir....

01 Yanvar 2026, 10:22

2026-cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR  

Bu gündən Azərbaycanda bir sıra yeni qanunlara və qanunvericilik aktlarına edilən dəyişikliklər qüvvəyə minir. Bu normativ aktlar, əsasən, sosial təminat, vergi, maliyyə, sosial sığorta və dövlət idarəçiliyi sahələrini əhatə edir.CityPost.az  ilin ilk günündə qüvvəyə minən qanunları təqdim edir:"2026-cı il dövlət büdcəsi haqqında" Qanun. Milli Məclisin 2025-ci il dekabrın 9-da təsdiq etdiyi qanuna əsasən, büdcə gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manat məbləğində olacaq.2026-cı ilin ilk günündən qüvvəyə minən QANUNLARBundan başqa, Vergi Məcəlləsinə də dəyişiklik edilir ki, bu da üç blokdan ibarət olmaqla ümumilikdə 45 əsas maddə üzrə 145 istiqaməti əhatə edir.Dəyişikliyə əsasən, işğaldan...

01 Yanvar 2026, 10:20

Bu gün Azərbaycanın bəzi rayonlarında intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ 

Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən   verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

01 Yanvar 2026, 09:47

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə müraciət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə müraciət edib.CİTYPOST.AZ  müraciəti təqdim edir:"Əziz həmvətənlər.2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir.Bu il biz şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etmişik. Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr...

01 Yanvar 2026, 00:15