Bizə yazın

Baku

-°C

USD

-

Tovuzda göldən qadın meyiti tapılıb 

Hadisə 01 Yanvar 2026, 22:30

206

Tovuzda göldə qadın meyiti aşkarlanıb.

Hadisə rayonun Vahidli kəndində yerləşən göldə (Tovuzçay su anbarı) qeydə alınıb.

Belə ki, sözügedən göldən rayon sakini 2000-ci il təvəllüdü N. Cəfərovanın meyiti tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Araşdırma zamanı qadının üzərində zorakılıq işləri aşkar edilməyib. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

32 yaşlı kişi bayram gecəsi klubun qarşısında öldürüldü 

Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən “Purple Karaoke & Live Bar” gecə klubunun qarşısında qətl törədilib.CİTYpOST.AZ  xəbər verir ki, müştərilər arasında baş verən mübahisə qanla bitib.Yanvarın 1-i gecə 2 radələrində 36 yaşlı H.Məcidovla 32 yaşlı E.Rəcəbli arasında klubda mübahisə yaranıb. Daha sonra obyektin qarşısında H.Məcidov E.Rəcəblini bıçaqlayıb. Ağır xəsarət alan sonuncunun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.Hadisəni törətməkdə şübhəli bilinən H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ilkin istintaq hərəkətləri aparılır....

01 Yanvar 2026, 21:33

Azərbaycanda dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılıb 

Azərbaycanda dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılıb.DİN-in mətbuat xidmətindən Citpost.az-a verilən məlumata görə, polis əməkdaşlarının dekabrın 31-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

01 Yanvar 2026, 10:48

Bayram günü cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb 

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.CityPost.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, dekabrın 31-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

01 Yanvar 2026, 10:27

Azərbaycanda axtarışda olan 175 nəfər SAXLANILIB 

Dekabrın 30-da ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Citypost.az  xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 175, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.       Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb....

31 Dekabr 2025, 12:25

Şərurda yol qəzası nəticəsində qaz xətti zədələnib 

Şərurda qəza nəticəsində qaz xətti yararsız hala düşüb.Şərur rayonunda minik avtomobili paylayıcı yerli qaz kəmərinə çırpılıb, nəticədə kəmər zədələnib. Təhlükəsizliklə bağlı Alışar kəndində 322 abonentin qaz təchizatı dayandırılıb.Məlumata görə, bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

29 Dekabr 2025, 11:08

Goranboyda təcili yardım avtomobili qadını vuraraq öldürüb 

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki hərəkətdə olan Gəncə Beynəlxalq Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.Hazırda qadının kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

29 Dekabr 2025, 10:27