Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Prezidenti Sudanın Suveren Keçid Şurasının Sədrini təbrik edib 

Cəmiyyət 01 Yanvar 2026, 11:55

171

Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu göndərib.

CityPost.az  xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Sudan Respublikasının müstəqilliyinin 70-ci ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Sudan arasında münasibətlərin və əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah sulu qar yağacaq - PROQNOZ 

Bakıda və Abşeron yarımadasında yanvarın 2-də günün birinci yarısında yarımadanın bəzi yerlərində intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a  verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.Bildirilib ki, havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti,...

01 Yanvar 2026, 12:31

DOST mərkəzlərində göstərilən xidmətlərin əhatə dairəsi genişləndirilib 

DOST mərkəzlərində göstərilən xidmətlərin sayı bu gündən artaraq 160-dan 162-yə çatıb.Bu barədə CityPost.az-a  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən, DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına daha iki xidmət əlavə edilib.Bu xidmətlərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ödənişlərinin təyin edilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə arayışlar verilməsi daxildir.Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir və hər iki xidməti də bu gündən DOST mərkəzləri göstərəcək.Xatırladaq ki, qanunvericiliyə edilmiş yeni dəyişikliklər dövlət...

01 Yanvar 2026, 12:05

Tamada, aşıq, bərbər, pinəçi, dayə, aşpaz, sürücü, bağban və ofisiantlar üçün sosial sığorta haqqı dəyişib 

Bu gündən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları dəyişib.CityPost.az   xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.Beləliklə, toy, şənlik və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər üçün sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 5 faizindən 8 faizinə qaldırılıb.Çəkməçi, pinəçi, bərbər, dərzi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, həmçinin ev qulluqçuları, dayələr, fərdi sürücülər, bağbanlar, aşpazlar, gözətçilər, ofisiantlar və fərdi...

01 Yanvar 2026, 10:43

Yeni ilin ilk günü Yer üçün maqnit fırtınası ilə başlayır 

Yeni 2026-cı il Yer üçün maqnit fırtınası ilə başlayır.CityPost.az  xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.Bildirilir ki, Günəşdə yaranan koronal dəlikdən çıxan yüksək sürətli plazma axınları və mümkün koronal kütlə atılmaları fonunda geomaqnit şəraitin güclənəcəyi gözlənilir.Məlumata görə, 1 yanvar tarixində G1 səviyyəli maqnit fırtınası proqnozlaşdırılır və onun qısa müddət ərzində G2 səviyyəsinədək güclənməsi ehtimalı var.2 yanvar ərzində isə maqnit fırtınasının zəifləyəcəyi, geomaqnit vəziyyətin əsasən sakit olacağı və ya G1 səviyyəsində qalacağı bildirilir....

01 Yanvar 2026, 10:22

2026-cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR  

Bu gündən Azərbaycanda bir sıra yeni qanunlara və qanunvericilik aktlarına edilən dəyişikliklər qüvvəyə minir. Bu normativ aktlar, əsasən, sosial təminat, vergi, maliyyə, sosial sığorta və dövlət idarəçiliyi sahələrini əhatə edir.CityPost.az  ilin ilk günündə qüvvəyə minən qanunları təqdim edir:"2026-cı il dövlət büdcəsi haqqında" Qanun. Milli Məclisin 2025-ci il dekabrın 9-da təsdiq etdiyi qanuna əsasən, büdcə gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manat məbləğində olacaq.2026-cı ilin ilk günündən qüvvəyə minən QANUNLARBundan başqa, Vergi Məcəlləsinə də dəyişiklik edilir ki, bu da üç blokdan ibarət olmaqla ümumilikdə 45 əsas maddə üzrə 145 istiqaməti əhatə edir.Dəyişikliyə əsasən, işğaldan...

01 Yanvar 2026, 10:20

Bu gün Azərbaycanın bəzi rayonlarında intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ 

Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən   verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

01 Yanvar 2026, 09:47