Tağı Əhmədovun xanımı təltif olundu
Cəmiyyət 18 Dekabr 2025, 14:28
9951
Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edib.
CityPost.az xəbər verir ki,təltif olunanlar arasında Salatın Alı qızı Əhmədova da var.
O,“Tərəqqi” medalı ilə təltif olunub.
Salatın Əhmədova Bakı metropolitenin keçmiş rəisi,mərhum Tağı Əhmədovun xanımıdır.
Həmçinin oxuyun
O,18 oktyabr 1956-cı ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.
Hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetiin Azərbaycan dili və ədəbiyyat müəllimidir.
İki övladı və beş nəvəsi var.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hazırkı qəbul sistemi şagird üçün yükdür- Təhsil ekspertindən ÇAĞIRIŞ
Azərbaycanda ali təhsil müəssisələrinə qəbul qaydaları və imtahan formatı ilə bağlı müzakirələr davam edir. Təhsil sistemində mövcud modelin dəyişdirilməsi və qəbul prosesinin sadələşdirilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülür.Citypost.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndiyev hesab edir ki, ali məktəblərə qəbul qaydaları və imtahan formatı yenidən nəzərdən keçirilməlidir.Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkələrində Azərbaycandakı kimi ixtisas qrupları sistemi tətbiq edilmir və abituriyentlərdən bu qədər çox fənn üzrə imtahan tələb olunmur. Onun fikrincə, hazırkı sistem həm şagirdlər, həm də valideynlər üçün ciddi yük yaradır. 6–7 fənn üzrə imtahana hazırlaşan abituriyentlər yalnız məktəb təhsili ilə kifayətlənə bilmir və əlavə hazırlıq...
12 Mart 2026, 11:44
Azərbaycanda 2 mindən çox sayta giriş məhdudlaşdırılıb
Elektron Təhlükəsizlik Xidməti tərəfindən son altı ay ərzində zərərli kontent yayan 2 mindən çox internet resursu müəyyən edilərək məhdudlaşdırılıb, 184 veb DDoS hücumu operativ şəkildə zərərsizləşdirilib və 1,5 milyondan artıq məlumat sızıntısı faktı aşkarlanaraq müvafiq tədbirlər görülüb.Citypost.az xəbər verir ki, bu fikirləri 15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib. Nazir müavininin sözlərinə görə, bu sistemin mühüm tərkib hissələrindən biri də vətəndaşların rəqəmsal savadlılığının artırılmasıdır.“Kiber müdafiə mexanizmləri nə qədər güclü olsa da, rəqəmsal mühitdə təhlükəsizlik qaydalarına...
12 Mart 2026, 11:30
Azərbaycan Lideri: Yeni nəqliyyat dəhlizi bir çox ölkələr üçün əlavə imkanlar yaradacaq
Ermənistan müstəqillik tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.“Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni bir qolunun yaradılması istiqamətində sıx əməkdaşlıq edirik. Bu marşrut Ermənistan ərazisindən keçəcək və Ermənistan müstəqillik tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək. Hazırda isə belə statusa malik deyil. Bu layihə Azərbaycanın iki hissəsini – əsas ərazini və Naxçıvan Muxtar Respublikasını – davamlı nəqliyyat xətti, enerji xətti, fiber-optik kabel, elektrik xətləri və potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Bu isə hamı üçün faydalı bir vəziyyət yaradacaq. Çünki həm Azərbaycanın iki hissəsi...
12 Mart 2026, 10:43
İlham Əliyev: 7 aydır ki, biz sülh şəraitində yaşayırıq
Ermənistanla Azərbaycan arasında sülh əldə etdiyimiz müsbət dinamika nəzərə alınmaqla çox unikal bir haldırCitypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bəyan edib.Dövlət başçısı xatırladıb ki, Azərbaycan əraziləri 30 il ərzində işğal altında olmuş ölkədir. Bu baxımdan Azərbaycan sülhə və təhlükəsizliyə böyük önəm verir. "Bizim münaqişəmiz 30 ildən çox davam etdi. Lakin artıq 7 aydır ki, biz sülh şəraitində yaşayırıq", - o qeyd edib.Prezident həmçinin vurğulayıb ki, işğal illərində Azərbaycan dünya birliyindən dəstək görməyib."Ermənistanla Azərbaycan arasında sülh əldə etdiyimiz müsbət dinamika nəzərə alınmaqla çox unikal bir haldır", - o bildirib....
12 Mart 2026, 10:27
Prezident Qlobal Bakı Forumunun açılışında
Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.
12 Mart 2026, 10:15
Bu kənddə işıq kəsiləcək
Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisi olmayacaq."Azərişıq"dan Citypost.az-a verilən məlumata görə, martın 12-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq “Pirşağı" yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....
12 Mart 2026, 10:15