Bizə yazın

Baku

-°C

USD

-

Amnistiya aktında ziddiyətli məqamlar var? -Hüquqşünasın ŞƏRHİ  

Cəmiyyət 22 Dekabr 2025, 16:56

2760

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktının icrasına başlanılıb.

Amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində həyata keçirilir.

Qeyd olunan hadisə bayram öncəsi  həm məhkumlar,həm də onların ailələri tərəfindən böyük sevinclə qarşılanıb.

Bu,humanizmi özündə əks etdirən  addım kimi  qəbul  edilib.

Amnistiya böyük müsbət nəticələrə səbəb olsa da,bəzi şəxslər bu aktın hazırlanması zamanı müəyyən boşluqlara yol verildiyini qeyd edir.

Bu barədə CityPost.az-la  fikirlərini bölüşən hüquqşünas  Raqif Muradov  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin özündə ədalət və humanizmi təcəssüm edən Milli Məclisə göndərdiyi Amnistiya haqqında Qanun Milli Məclisdə ziddiyyətli qərarlarla qəbul edilmişdir. Bəzi təzadları  diqqətinizə çatdırıram. 

          “Maddə 2.4- Bu qərarın 2-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətdə azadlıqdan məhrumetmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər: 

-İzah: Bu maddə ilə bildirilir ki,ilk dəfə ağır cinayət törətmiş şəxslərin cəza  müddəti 6 aydan az qalırsa, cəzası 6 ay azaldılır və onlar azad edilir.

           Amnistiyanın tətbiqinə dair məhdudiyyətlər bölməsində 7.1 və 7.4 maddələrində ağır cinayət törətmiş şəxslərə qanunla məhdudiyyətlər qoyulur. Bu maddə 2.4 maddəsini inkar edir. 

3.2 Maddəsi ilə ehtiyatsızlıqdan ağır cinayət törətməyə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasının bu qərar qüvvəyə midiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxlər: 

-İzah: yəni artıq 2.4 maddəsindən fərqli olaraq ehtiyatsızlıqdan ağır cinayət törətmiş məhkumların işi 6 ay azaldılır. 

Şərh: Əgər bir məhbusun cəza müddətinin bitməsinə son 6 ay  qalıbsa (2.4 maddəsi) azadlığa buraxılır. 6 aydan 10 gün və yaxud 1 il çox qalırsa, 2.4-ə uygun olaraq eyni cinayət əməlini törətmiş məhkumların işləri 6 ay azaldılmır. Amnistiyada ilk növbədə ədalət və humanizm prinsipləri əsas götürülməlidir. Məhbuslar arasında ayrı-seçkiliyi qanun şəklində qəbul etmək nə deməkdir? Azərbaycan Prezidenti İlham Əliyevin Amnistiya Haqqında bu təşəbbüsünün belə ziddiyyətli qərarlarla gözdən salmaq kimə və nəyə lazımdır? İcraçılar nə etsinlər? 2.4 maddəsinin yoxsa 7.1 vəya 7.4 maddəsini qəbul etsinlər. Digər tərəfdən eyni əməlləri törətmiş məhkumların bir hissəsinin işi 6 ay azaldılaraq azadlığa buraxılır digərlərinə amnistiya aktı tətbiq edilmir. Bu ayrı-seçkilik qanunun humanistliyinə kölgə salmırmı? Diqqətlə baxsanız 1995-ci ildən bu günədək qəbul edilmiş Amnistiya aktlarının  tətbiqinə qoyulmuş məhdudiyyətlər, olduğu kimi saxlanılıb. Belə ziddiyyətlərin də yaranmasına əsas səbəb odur. Yaxşı olar ki, Milli Məclis və digər əlaqədar qurumlar bu maddələrin icrasının necə aparılacağına  bir daha aydınlıq  gətirsinlər”,-deyə hüquqşünas  bildirib.

             

Müşərrəfxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qarabağ Ərazi Vergilər Baş İdarəsinə yeni təyinatlar olub 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsinə yeni təyinatlar olub.CityPost.az  xəbər verir ki, Şahin Abbasov Qarabağ Ərazi Vergilər Baş İdarəsinin müavini təyin edilib.Eyni zamanda, Rauf Kərimov operativ vergi nəzarəti şöbəsinin rəisi təyin edilib.

22 Dekabr 2025, 16:38

Əhməd İsmayılov "Media Savadlılığı Konfransı"da çıxış edib

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə sağlam informasiya mühitinin qorunması mühüm əhəmiyyət daşıyır.CityPost.az  xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "Media Savadlılığı Konfransı"da deyib.Onun sözlərinə görə, artıq dörd ildir ki, ilin son günlərində media savadlılığı mövzusu ətrafında sistemli, ardıcıl, həmrəy fəaliyyətin təşkili Azərbaycanda ənənəyə çevrilib:"Rəqəmsallaşmanın sürətlə dərinləşdiyi, informasiya istehsalı və istehlakının miqyasının əhəmiyyətli dərəcədə artdığı bir dövrdə təhlükəsizlik, məsuliyyətlilik və etibarlılıq prinsiplərini özündə birləşdirən media savadlılığı anlayışı xüsusi aktuallıq kəsb edir. Bu yanaşma yalnız informasiya sahəsinin iştirakçıları üçün deyil, bütövlükdə cəmiyyət üçün mühüm dəyər və davranış modelini formalaşdırır".İcraçı direktor vurğulayıb ki, milli mətbuatın zəngin...

22 Dekabr 2025, 15:46

Vüqar Qurbanov şeyxin polkovnik qohumuna vəzifə veribmiş 

Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin sabiq rəisi Elçin Əligülova yeni vəzifə verilibmiş. Qaynarinfo-nun məlumatına görə, o, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Aparatında Baş məsləhətçi vəzifəsinə təyin edilibmiş. Bir müddət əvvəl TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb. Qeyd edək ki, polkovnik Elçin Əligülov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumudur.

22 Dekabr 2025, 15:27

Zahid Orucdan mühüm AÇIQLAMA 

“Bu gün 300-ə qədər məhkum olunan şəxslər, həmçinin, istintaq təcridxanasında hələki haqqında hökm çıxarılmamış insanlar da azadlıqlarına qovuşa biləcəklər”.CityPost.az  xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Amnistiya aktının icrası ilə bağlı jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, amnistiya şəxslərə deyil, maddələrə tətbiq edilir:"Bu gün alternativ cəzalarla, 3500-dən artıq şəxs həbs cəzasını belə müəssisələrdə deyil, cəza bilərziyi ilə öz evlərində məsuliyyətlərini daşıyıb, məhkum edilmiş sayılırlar. Bu qərar cəmiyyətdəki barışa, insanlar arasındakı həmrəyliyə, sülhə xidmət etməklə yanaşı həm də cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmış olacaq. Bu, bir həqiqətdir ki, bizdə yeni...

22 Dekabr 2025, 15:10

Ötən həftə min hektardan çox ərazi minalardan təmizlənib 

Azad olunan ərazilərdə dekabrın 15-dən 21-nə qədər 46 tank əleyhinə mina, 145 piyada əleyhinə mina, 525 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.Məlumata əsasən, 1 299 hektar ərazi minalardan təmizlənib.Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib....

22 Dekabr 2025, 14:15

2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu - Sərəncam 

Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.CityPost.az   xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, Prezident Administrasiyası Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

22 Dekabr 2025, 13:36