Bizə yazın

Baku

-°C

USD

-

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib 

Cəmiyyət 31 Dekabr 2025, 13:58

1828

Milli Hidrometeorologiya Xidməti dekabrın 31-i, yanvarın 1-2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən   verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Balakən, Zaqatala, Qax, Kürdəmir, Yevlax, Bərdə, Tərtər, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Ağdaş, Cəbrayıl, Ucar, Zərdab, Ağcabədi, Xocavənd, Ağsu, Şamaxı, Gəncə, Gədəbəy, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİKİ HAVA 

Aprelin 5-i saat 11:00 olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 5-i saat 11:00 olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlər intensiv və güclü yağıntılar qeydə alınıb. Dağlıq ərazilərdə qar yağıb.Qar örtüyünün hündürlüyü Şahdağda 57, Qrızda 20, Əlibəydə 11(Zaqatala), Xınalıqda 17, Kəlbəcərdə 3 sm-dir.Bakıda və Abşeron yarımadasında 1 sutka ərzində aylıq normadan çox yağıntı olub, belə ki düşən yağıntının miqdarı 29 mm təşkil edib ki, bu da aylıq normanın 128%-dir.Respublikanın rayonlarında düşən yağıntının miqdarı:Xaçmazda 46 (aylıq normanın 152%-i), Qusarda 33 (aylıq normanın 69%-i), Qubada 27 (aylıq normanın 56%-i), Gədəbəydə 23, Şəki (Kişçay),...

05 Aprel 2026, 13:21

Eldar Əzizov Keşləyə getdi - Fotolar 

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində evləri su basıb.CityPost.az  xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov hadisə yerində olublar.Onlar hadisə ilə yerində maraqlanıb, əraziyə baxış keçiriblər.Eldar Əzizov qəsəbə sakinləri ilə görüşüb, onların problemlərini birbaşa dinləyib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.Hazırda kommunal xidmətin əməkdaşları su basmış evlərdən vətəndaşların təxliyəsində iştirak edir, zəruri təhlükəsizlik tədbirləri görürlər....

05 Aprel 2026, 13:14

Çıxarışlarla bağlı ŞAD XƏBƏR – 500 min evə… 

Bakıda və Abşeron yarımadasında on illərdir həllini gözləyən sənədsiz evlər problemi ilə bağlı yeni mərhələ başlayır.Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun açıqlamaları, bu sahədə genişmiqyaslı “əmlak amnistiyası”nın anonsu kimi qiymətləndirilir. Təxminən 500 mindən çox daşınmaz əmlakın taleyini müəyyənləşdirəcək bu proses həm vətəndaşların mülkiyyət hüquqlarının tanınması, həm də iqtisadi dövriyyənin canlanması baxımından böyük əhəmiyyət kəsb edir.CityPost.az xəbər verir ki, mövzu ilə bağlı NOCOMMENT.az-a danışan tikinti sahəsi üzrə ekspert Camal Abışov bildirib ki, sənədləşmə prosesinin sürətlənməsi tikinti sektorunda şəffaflığı təmin edəcək əsas amildir: “Uzun müddətdir ki, çıxarışı olmayan evlər həm dövlət büdcəsinə daxilolmalar, həm də vətəndaşların əmlak üzərində sərəncam vermək imkanları...

04 Aprel 2026, 22:40

Bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA 

Aprelin 4-ü saat 20:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır.CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Şahbuz, Şərur, Ordubad, Naxçıvan, Sədərək, Gədəbəy, Göygöl, Tovuz, Ağstafa, Naftalan, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Quba, Qusar, Şəki, Oğuz, İsmayıllı, Xaltan, Şabran, Göyçay, Mingəçevir, Zərdab, Sabirabad, Xankəndi, Xocalı, Qubadlı, Şuşada yağış, Kəlbəcər, Xınalıq, Şahdağ, Qrız, Daşkəsən, Sarıbaş (Qax), Laçında isə qar yağır.Yardımlıda saat 17:00-17:10 radələrində diametri 1.3 mm olan dolu düşüb.Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 20, Göyçay, Lerik,...

04 Aprel 2026, 22:17

Sabah yağış yağacaq 

Azərbaycanda aprelin 5-də havanın yağıntılı keçəcəyi gözlənilir.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 9-12° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman...

04 Aprel 2026, 13:00

Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ qeydə alınıb.Bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla saat 07:49-da və 74 km dərinlikdə baş verib.Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən zəlzələ Quba stansiyasından 69 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb.

04 Aprel 2026, 09:38