Bizə yazın

Baku

-°C

USD

-

“Göyərti” yükündə gizlədilən 52 kiloqram marixuana TAPILDI

Hadisə 06 Fevral 2026, 11:52

241

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Citypost.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, narkotik vasitə “Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “göyərti” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 51 kiloqram 941 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində... 

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" Liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi güllələyib.CityPost.az   "Unikal"-a istinadla xəbər verir ki müəllimi güllələyən uşağın atası Samir Şirinov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb.Hazırda isə işsiz olduğu bildirilir.

06 Fevral 2026, 11:30

Bakıda liseydə şagirdin müəllimi güllələməsi ilə bağlı cinayət işi başlanıb 

Bakıda "İdrak" liseyində müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.CityPost.az  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən tutulub.Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya...

06 Fevral 2026, 11:24

Litseydəki insidentlə bağlı DİN-dən AÇIQLAMA 

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.Faktla bağlı araşdırma aparılır.

06 Fevral 2026, 11:02

Daha bir soydaşımız müharibədə öldürüldü 

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.Citypost.az xəbər verir ki, Baxşıyev İlham Qüdrət oğlu (2000-ci il təvəllüdlü) Ukraynanın Zaporojye vilayəti istiqmətində gedən döyüşlərdə həlak olub.Onun Rusiya ordusunun tərkibində xidmət etdiyi və Xakasiya Respublikasından hərbi xidmətə çağırıldığı bildirilir.Xatırladaq ki, 2026-cı ildə azı 20 soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak olub.  (Modern.az)

05 Fevral 2026, 12:21

Sumqayıtda avtomobil hasara çırpılıb, xəsarət alanlar var 

Sumqayıt şəhərində avtomobilin hasara çırpılması nəticəsində xəsarət alanlar var.Citypost.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində baş verib.İdarəetmədən çıxan "Hyundai Getz" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.

05 Fevral 2026, 11:59

Masallıda məktəbdə yanğın baş verib, şagird və müəllimlər təxliyə olunub

Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib.Citypost.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq , Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilibƏvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və pedaqoji kollektiv təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların səhhətində heç bir problem yaranmayıb.İlkin ehtimallara görə yanğına səbəb elektrik xətlərində yaranmış qısaqapanma olub. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. Bu gün tədris prosesi fasiləsiz şəkildə davam edir....

05 Fevral 2026, 11:14